Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə62/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   58   59   60   61   62   63   64   65   ...   135

Dövlät Maliyyäsi 
 
137 
Büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının tam əks et-
dirilməsi o deməkdir ki, büdcələrin bütün gəlir və xərcləri, büdcədənkənar fondlar 
və digər daxilolmalar tam və dolğun büdcələrdə, büdcədənkənar fondlarda öz ək-
sini tapmalıdır. 
Büdcənin balanslaşdırılması; hər bir büdcə balanslaşdırılmalıdır, yəni büdcədə 
nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsirinin maliyyə-
ləşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır. 
Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi o deməkdir ki, büd-
cələrin tərtibi və icrası zamanı icra orqanları və büdcə vəsaiti alanlar müəyyən büd-
cə vəsaiti balansına, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmalı-
dırlar. 
Büdcə  xərclərinin ödənilməsinin ümumiliyi o deməkdir ki, büdcənin bütün 
xərcləri ümumi gəlirdən maliyyələşdirilməlidir. 
Aşkarlıq təsdiq edilmiş büdcənin və onun icrası haqqında hesabatın, büdcənin 
icrası zamanı informasiyanın dolğun verilməsi, eyni zamanda, qanunverici və yerli 
idarəetmə orqanlarının qərarlarının və digər məlumatların Kəsir nəşri büdcə layihə-
sinə baxılması  və  qərarın qəbul edilməsi üsulunun və digər məsələlərin cəmiyyət 
və kütləvi informasiya vasitələri üçün açıq-aşkar olması kimi başa düşülür. 
Büdcənin həqiqiliyi müvafiq bölgənin sosial-iqtisadi inkişaf göstəricilərinin və 
büdcənin gəlir və xərclərinin reallığını göstərir. 
Büdcə  vəsaitlərindən istifadənin ünvanlılığı  və  məqsədli xarakteri konkret 
məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərəncamına verilir.  
Büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı yuxarıda qeyd edilən 
prinsiplərə riayət olunması  gələcəkdə büdcənin fayda verəcək  şəkildə real yerinə 
yetirilməsi üçün ilkin şərtlərdir. Bu prinsiplərdən kənarlaşdıqda bu, büdcəyə nəza-
rət edilməsi və təhlili prosesini çətinləşdirir. 
7.2.  AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT 
BÜDCƏSİNİN HAZIRLANMA PROSESİ 
Büdcə proqnozlaşdırılmasının növbəti mərhələsi – büdcə layihəsinin tərtibi 
prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və 
yerli idarəetmə orqanları üzərinə qoyulmuş funksiyaların dövlət və yerli özünü-
idarəetmənin iqtisadi və sosial proqnozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin 
maliyyə təminatının həyata keçirilməsi məqsədi ilə büdcədə mərkəzləşdirilmiş pul 
vəsaitlərinin həcminin müəyyən edilməsidir. 
Büdcə layihəsinin tərtib edilməsi üçün AR-nın, NMR-nın, bələdiyyələrin və iq-
tisadiyyatın digər müxtəlif sahələrinin iqtisadi-sosial inkişaf proqnozları  işlənib 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
138 
hazırlanır.  İcra hakimiyyəti orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas 
sayılan icmal maliyyə balansı hazırlanır.  
Büdcə layihəsinin tərtib edilməsi AR hökumətinin, NMR-nın və yerli özünü-
idarə etmə orqanlarının, müvafiq icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.  
Büdcə layihəsinin tərtib edilməsini bilavasitə AR-nın Maliyyə Nazirliyi, NMR-
nın Maliyyə Nazirliyi, və bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər. 
Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq orqan-
lardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır. 
Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır; 
  Qüvvədə olan mövcud vergi qanunvericiliyi; 
  Büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri; 
  AR-nın dövlət büdcəsinin digər büdcələrə maliyyə yardımının nəzərdə tu-
tulan həcmi; 
  AR-nın dövlət büdcəsinin digər büdcələrə verəcəyi xərclərin növü və həcmi
  Dövlət və ya bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin 
normativləri; 
  Minimum maliyyə təminatı normativləri. 
Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır: 
  AR-nın Prezidentinin büdcə göndərişinə; 
  Növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin sosial-iqtisadi proqnozuna; 
  Növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə  və vergi siyasətinin  əsas 
istiqamətlərinə; 
  Növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və 
ya bələdiyyə bölməsinin inkişaf planına. 
İnzibati-ərazi vahidinin sosial-iqtisadi inkişaf proqnozu son hesabat ilində hə-
min ərazinin sosial-iqtisadi inkişafı haqqında məlumatlar, maliyyə ilinin sonuna qə-
dər ərazinin sosial-iqtisadi inkişaf proqnozu və planlaşdırılan maliyyə ilinə iqtisa-
diyyatın və sosial sahənin inkişaf meyilləri əsasında işlənib hazırlanır.  
Büdcə layihəsinin tərtib edilməsi, mövcud büdcə qanunvericiliyi əsasında hə-
yata keçirilir. 
Əhaliyə ödənilməli müavinət, pensiya, kompensasiya, dotasiya və digər ödəniş 
növlərinin hesablanması üçün qüvvədə olan hüquqi aktlara edilmiş müxtəlifliklər 
və əlavələr nəzərə alınır. 
Büdcə haqqında qanun layihəsində büdcənin əsas xarakteristikası öz əksini tap-
malıdır. 


Dövlät Maliyyäsi 
 
139 
Büdcə haqqında qanun layihəsinin əsas xarakteristikasına aşağıdakılar aiddir: 
  Büdcə gəlirlərinin ümumi həcmi; 
  Büdcə xərclərinin ümumi həcmi; 
  Büdcə kəsiri. 
Büdcə layihəsinin tərtib edilməsi üçün ilkin makroiqtisadi göstəricilər bunlardır: 
  Növbəti maliyyə ilinə ÜDM- un həcmi və növbəti maliyyə ilində ÜDM-un 
artım sürəti; 
  İnflyasiyanın səviyyəsi. 
Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış 
başlanır və büdcə layihəsinin AR-nın Milli Məclisinə təqdim edildiyi günədək olan 
dövrü əhatə edir.
63
  
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin 
iqtisadi və sosial inkişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqti-
sadiyyatın sahələrinin, inzibati rayonların, mülkiyyət formasından asılı olmayaraq, 
bütün müəssisələrin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticə-
lərinin qiymətləndirilməsi əsasında hazırlanır. Dövlət büdcəsinin hazırlıq prosesinə 
yanvar ayının üçüncü on günlüyü ərzində müvafiq icra hakimiyyəti orqanının mət-
buatda dərc olunan qərarı ilə başlanır. Bu qərara uyğun olaraq, fevral ayının sonu-
nadək müvafiq icra hakimiyyəti orqanları  tərəfindən tərtib edilmiş ölkənin orta 
müddətli iqtisadi və sosial inkişaf proqramı  dəqiqləşdirilir. Dəqiqləşdirilmiş orta 
müddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq olaraq, cari ilin mart ayında 
növbəti il üçün ilkin orta müddətli büdcə proqnozu və investisiya proqramı tərtib 
edilir. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqti-
sadi və sosial proqramların hazırlanması barədə  əsaslandırılmış  sənədlər müvafiq 
icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilən müddət  ərzində  və qaydada 
hazırlanıb ona təqdim edilir.  
Dövlət büdcəsinin formalaşdırılmasının birinci mərhələsində AR-nın hökuməti 
və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən iqtisadiyyatın vəziyyətini əks et-
dirən makroiqtisadi göstəriciləri  əsasında növbəti maliyyə ilinə AR-nın iqtisadiy-
yatının fəaliyyət proqnoz-planı işlənib hazırlanır.
64
 
Proqnoz-plan əsasında AR-nın Maliyyə Nazirliyi növbəti maliyyə ilinə dövlət 
büdcəsinin gəlirlər və xərclər üzrə əsas göstəricilərinin layihələrini hazırlayır. AR 
dövlət büdcəsi xərclərinin funksional təsnifatına uyğun olaraq, növbəti maliyyə ili 
üçün dövlət büdcəsi xərclərinin bölgüsünü müəyyən edir. Cari ilin aprel ayının on 
                                                 
63
  Azərbaycan Respublikasının, Büdcə Sistemi Haqqında Qanunu, 2008 
64
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanova.k.ə, s. 302 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə