Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə60/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   56   57   58   59   60   61   62   63   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
132 
riya olmaqla, müəyyən funksiyaları yerinə yetirir və bu funksiyaların məzmununu 
açmaqla «büdcənin» dövlət büdcəsinin sosial-iqtisadi məzmununu aydınlaşdırmaq 
olar. Bir çox iqtisadçı alimlər bu və ya digər iqtisadi kateqoriyanın mahiyyətini 
açarkən, onun yerinə yetirdiyi funksiyaların əsas meyar olduğunu göstərirlər. Büd-
cə kateqoriyası da geniş ictimai münasibətlər sistemini əks etdirməyinə görə 
maliyyəyə aid olan bütün funksiyaları özündə əks etdirir. Lakin büdcənin spesifik 
cəhətlərini də ümumi maliyyə münasibətlərindən ayırmaq olar. Belə ki, ən  əvvəl 
büdcəyə maliyyə münasibətlərinin tərkib hissəsi kimi baxmalıyıq; ikinci, büdcə 
maliyyə planı kimi səciyyələnməlidir; üçüncü, büdcə mərkəzləşdirilmiş pul vəsaiti 
fondudur. Bu cür xarakterik cəhətlərini nəzərə almaqla görürük ki, büdcə kateqori-
yası müəyyən konkret istiqamətlər üzrə xarakterizə olunur. Bunlar aşağıdakılardır: 
1) büdcə fondunun yaranması (yəni büdcənin gəlirlərinin əmələ cəlməsi); 
2) büdcə fondunun istifadə olunması (yəni büdcənin xərclərinin maliyyələşdi-
rilməsi). 
3) büdcənin gəlirləri və xərclərinin formalaşması üzərində nəzarət. 
Birinci funksiyanı, gəlirlərin yaranması ilə yerinə yetirir. Təsərrüfat təşkilatla-
rından (hüquqi şəxslərdən, fiziki şəxslərdən) vergilərin daxil olması, istiqrazların 
reallaşması dövlət əmlakına misaldır. Lakin nəzərə almalıyıq ki, büdcə gəlirlərinin 
əsas mənbəyi ümumi daxili məhsulun ilkin bölgüsü zamanı yaranın təsərrüfat 
subyektlərinin pul vəsaiti fondlarıdır. Bunlara aiddir: 
1) işçilərin əmək haqqı fondu; 
 
2) sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən mənfəət; 
3) qeyri-muzdlu işçilərin əmək haqqı fondu; 
4) torpaq sahiblərinin renta gəlirləri; 
5)   ssuda fondunun faizi (bankların mənfəəti). 
Büdcənin gəlirlərinin bu cür ümumi sxemi, əlbəttə, daimi deyil, konkret iqtisadi-
ictimai  şəraitdən asılı olaraq dəyişir. Məlumdur ki, dövlət cəmiyyət miqyasında 
ümumi təsərrüfat subyekti kimi çıxış edir. Bu zaman istehsalçıların ümumi məna-
feyi nəzərə alır və buna görə  də büdcə ölkənin bütün iqtisadi sisteminin inkişaf 
mənafeyini nəzərə alınmaqla, iqtisadi proseslərin nizamlandırılmasına təsir gös-
tərir. Ölkənin bütün xalq təsərrüfatında makro-iqtisadi proporsiyaların gözlənilməsi 
üçün, qeyri-istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi, əhalinin ümumi tələ-
batının ödənilməsi, müxtəlif mülkiyyət formalarının iqtisadi inkişafı və s. büdcənin 
ümumi ölkənin mənafeyi üçün istifadə olunmasını zəruri edir. 
Büdcənin xərcləri də onun gəlirləri kimi müəyyən  şərtlərə  əsaslanır. Lakin 
gəlirlərə nisbətən xərclərin istiqamətinin, quruluşunun dəyişilməsi daha çevikdir. 
İqtisadi və siyasi vəziyyət dəyişəndə, büdcə  xərcləri hərbi, sosial, iqtisadisiyasi 
məqsədlərin mənafeyinə uyğun dəyişir. Belə ki, büdcənin xərclərinin hərbi və so-


Dövlät Maliyyäsi 
 
133 
sial məqsədlərə bölünməsi nisbətləri ayrı-ayrı hallarda kəskin dəyişə bilər. İqtisadi 
böhranlar, hərbi münaqişələr zamanı büdcə xərcləri hərbi ehtiyacları ödəmək üçün 
daha çox dəyişilir. 
Beləliklə, büdcənin sosial-iqtisadi məzmunu onun gəlirləri və  xərclərinin tər-
kibi və quruluşu ilə müəyyən olunur. Bu barədə sonrakı paraqraflarda daha geniş 
izah veriləcək. 
Büdcənin nəzarət funksiyası da mövcud vəziyyətdən asılı olaraq müxtəlif isti-
qamətlərdə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, büdcənin nəzarət funk-
siyası  həm gəlirlərin formalaşması zamanı, həm də onların xərclərinin maliyyə-
ləşdirilməsi zamanı həyata keçirilir. Bununla belə, büdcənin nəzarət funksiyası iqti-
sadi proseslərə təsir etməklə pul vəsaiti fondlarının düzgün formalaşması və məq-
sədli istifadəsi üçün şərait yaradır. Lakin nəzarət funksiyası  həm ümumi maliyyə 
nəzarəti kimi, həm də maliyyə orqanlarının nəzarət vəzifəsi kimi qarşılıqlı  vəh-
dətdə aparılır. Büdcənin nəzarət funksiyası maliyyənin nəzarət funksiyasının tərkib 
hissəsidir. Büdcənin iqtisadi-sosial məzmunu həm də onun geniş təkrar istehsaldakı 
rolu ilə müəyyən edilir. Dövlət, büdcə fondundan ölkənin ümumi mənafeyinə 
xidmət edən mütərəqqi təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün istifadə edir. 
Ən mühüm sahələri inkişaf etdirmək, ölkənin perspektiv iqtisadi inkişafı mənafeyi 
üçün büdcə vasitəsilə dövlət ümumi daxili məhsulu bölüşdürür və yenidən bölüş-
dürür. Büdcə  vəsaiti balansına qeyri-istehsal sahələrinin maliyyə  vəsaitinə olan 
tələbatı ödənilir. Büdcə vəsaiti ilə ümumi daxili məhsul ölkənin iqtisadi rayonları, 
ayrı-ayrı regionları arasında bölüşdürülür və yenidən bölüşdürülür. Ayrı-ayrı iqti-
sadi rayonlarda iqtisadiyyatı inkişaf etdirmək, məhsuldar qüvvələrin inkişafına nail 
olmaq və ölkə  ərazisində infrastrukturanı inkişaf etdirmək və s. məqsədlər üçün 
büdcədən iqtisadi bir alət kimi istifadə olunur. 
6.11. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ 
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi təşəkkül 
tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun döv-
lət quruluşuna xas olan büdcə sistemi yaranmışdır. 
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr 
büdcə quruluşu adlanır. Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələ-
rin məcmusu dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növ-
lərinin məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları döv-
lətin Konstitusiyasında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə 
sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin iqtisadi
siyasi və sosial əsasları üzərində qurulmuşdur. 
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu 
özündə birləşdirdiyinə görə, onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə