Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
32
Başqa bir nümunə:
– Rəhim, gəl, səninlə masa arxasında əyləşib söhbət edək. Rəhim, mənim ağıllı
balam, sən məktəbdən gələndən sonra neçə vaxtdır ki, dərslərinlə məşğul ol‐
mursan. Dərslərinlə ciddi məşğul olmasan, biliyinin səviyyəsi azalacaq, sinif
yoldaşlarından geridə qalacaqsan, dərslərinin zəifləməsi məni narahat edər,
çox kədərlənərəm. İnanıram ki, sən bunlardan bir nəticə çıxaracaqsan.
Rəhim valideyni ilə etdiyi bu söhbətdən sonra diqqətini bir yerə cəmləyib
dərslərini nizama salmağa başladı.
Xarakter tiplərinin başqa təsnifatları da var. Məsələn, insanın həyata,
cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsasında qurulmuş xarakter
tipologiyası çox məşhurdur. Onun müəllifi bu tipologiyanı xarakterin so‐
sial tipologiyası adlandıran E. From, adamları bir şəxsiyyət kimi dörd tipə
ayırır: mazoxist, sadist, konformist, tənha.
E. Fromun fikrincə, mazoxist tipə malik olan adam uğursuzluqlarla
qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlar‐
da, cəmiyyətdə görür. O, adamlar və dünyanı düşmən kimi qavrayır, on‐
ları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzmə‐
yə, dağıtmağa cəhd göstərir.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə, onlar kimi
olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə
uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan
kənar olmağa, ondan qaçmağa çalışır.
K. Junq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakter‐
lərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşğunluq, təşəbbüskarlıq,
uyuşqanlıq, ünsiyyətcillik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş
verən hadisələrdə şəxsi maraqlarını güdmək, ünsiyyətsiz, qapalı, özünü‐
təhlilə meyil, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xa‐
rakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə
də ayırmaq olar.
25
Bütün bunlarla yanaşı, insan xarakteri onun dünyagörüşü və əqidəsi
ilə sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və
əqidəsi istər‐istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin
yaradır. Adətən xarakter formalaşdıqdan sonra bu və ya digər davranış
tərzini həyata keçirməyə təhrik edir.
25
S. Seyidov, M. Həmzəyəv, “Psixologiya” (səh. 402)
II Fəsil. Xarakter və xasiyyət
33
Hər şey səndə gizlidir:
Yer səni çəkə bildiyi qədər ağırsan
Qanadlarının çırpındığı qədərsə yüngül…
Ürəyinin döyündüyü qədər canlısan
Gözlərinin uzağı gördüyü qədərsə cavan…
Sevdiklərin qədər yaxşısan
Nifrət etdiklərin qədərsə pis…
Gözün‐qaşın nə rəng olursa‐olsun
Qarşındakının gördüyüdür rəngin…
Yaşadıqlarını qazanc hesab etmə:
Yaşadığın qədər yaxınsan sonuna və nə qədər yaşayırsan‐yaşa,
Sevdiyin qədərdir ömrün…
Gülə bildiyin qədər xoşbəxtsən
Kədərlənmə, bil ki, ağladığın qədər də güləcəksən
Heç vaxt hər şeyin bitdiyini sanma, sevdiyin qədər seviləcəksən.
Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər
Və qarşındakına dəyər verdiyin qədər insansan
Bir gün yalan deyəcəksənsə
Qoy qarşındakı sənə güvəndiyi qədər inansın…
Ay işığındadır sevgiliyə duyulan həsrət
Və sevgilinə həsrət qaldığın qədər yaxınsan ona
Unutma, yağışın yağdığı qədər yaşsan
Günəşin səni isitdiyi qədər isti.
Özünü yalnız hiss etdiyin qədər yalnızsan
Və güclü hiss etdiyin qədər güclü.
Özünü gözəl hiss etdiyin qədər gözəlsən… bax, budur həyat!
Bax, budur yaşamaq, bunu xatırladığın qədər yaşayarsan.
Yox, bunu unutsan əgər, aldığın nəfəs qədər üşüyərsən,
Və qarşındakını unutduğun qədər tez unudularsan.
Gül sulandığı qədər gözəldir,
Quşlar ötə bildiyi qədər sevimli.
Uşaq ağlaya bildiyi qədər uşaqdır
Və hər şeyi öyrəndiyin qədər bilərsən, bunu da öyrən, sevdiyin qədər sevilərsən…
26
Can Yücəl
26
http://www.antoloji.com/w/siir/siir.asp?siir_id=5805&adet=0&liste=top100&telem=200&elem=2
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
34
2.2. XasiyyŠt
Şəxsiyyətin formalaşmasında xarakterin öyrənilməsi kimi, onun xasiy‐
yətinin də öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Təlim prosesi zamanı
uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərində cəmləşən psixoloji xü‐
susiyyətlərin öyrənilməsi çox vacibdir. Yəni burada uşağın özünəməxsus
təbiəti (tez əsəbiləşmək, sıxılmaq, sevinmək, kədərlənmək, darıxmaq,
hirsli, sakit olmaq) nəzərdə tutulur.
Xasiyyət – insanların fərdi xüsusiyyətlərini öyrənmək, onları bir‐birin‐
dən fərqləndirmək, ümumi formada qiymətləndirmək üçün istifadə etdiyi‐
miz ən populyar terminlərdən biridir. Xasiyyət, əsasən, insanların fəaliyyət
və rəftarında ifadə olunan mürəkkəb psixoloji xüsusiyyətdir.
İnsanlar bir‐biri ilə hər hansı bir münasibətdə olarkən (ailədə, iş yerin‐
də, qohumları arasında, qonşuluqda, təhsil prosesində, istirahətdə olarkən
və i. a. ) ilk növbədə bir‐birinin xasiyyətləri ilə qarşılaşır və ona müvafiq
hərəkət etmək məcburiyyətində qalmalı olurlar. Bir həqiqət də vardır ki,
yalnız xasiyyətləri uyğun adamlar konfliktsiz, əmin‐amanlıq şəraitində,
uzun müddət bir‐biri ilə işləyib yaşaya bilirlər. Paxıl, xəbərçi, xəsis, qorxaq,
qəlbitəmiz, əliaçıq, mərd və bu kimi digər ifadələrlə biz insanların ən
xarakterik cəhətlərini – yəni xasiyyətini təqdim edirik. İnsanları xasiyyəti‐
nə görə xarakterizə edərkən onların təsadüfi hallarda etdiyi və ya məcbu‐
riyyət qarşısında baş verən hərəkətlərini o şəxsin xasiyyətinə aid etmək
düzgün deyil. Xasiyyət şəxsiyyətin müəyyən yaş dövründə formalaşaraq,
onun daimi dəyişilməz xüsusiyyətinə çevrilir. Bir çox hallarda xasiyyətinin
pis cəhətlərini həmin şəxs gizlətməyə çalışır, özünü yüksək mənəvi key‐
fiyyətlərə malik bir adam kimi təqdim etmək istəyir. Bəzən o buna nail
olur.
27
Yuxarıda qeyd etdiyimiz “İnsan xasiyyətini dəyişə bilər, yoxsa yox?”
sualına cavab axtaraq.
İnsan xarakteri dəyişməzdir, lakin aparılan müşahidə və təcrübələrə
əsasən onu deyə bilərik ki, insan xasiyyəti dəyişə bilər. Belə bir mexanizm
yalnız psixoloji cəhətdən mənəvi olaraq nəfsin istəklərinə qarşı çıxmaq
deməkdir. Bir zamanlar nəfsi və şəhvani duyğulara düşgün olmuş insanın,
müəyyən bir vaxt keçdikdən sonra, bu əməllərdən çəkilmiş olduğunu gö‐
rürük. Bu cür kəskin dəyişmə, əks duyğu ilə həmin istəkləri islah etmək,
müqəddəs Qurani‐Kərimin ifadəsi ilə desək, tövbə edib özünü qınamaq və
Allahı sevməklə mümkün olur.
27
N. İsmailov, F. İsmailov, “Tibbi psixologiya və psixoterapiya” (səh. 57)
Dostları ilə paylaş: |