Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
64
III‐B mərhələsinə çatdıqda onlar daha mükəmməl ümumiləşdirmələr və
daha ümumi qanunlar formalaşdırmaq bacarığı əldə edirlər. Ən başlıcası –
sistemli mülahizələrin köməyi ilə öz düşündüklərini anidən olaraq isbat
edə bilirlər. Bu onların təfəkkür metodunun vacibliyini anlamalarından
irəli gəlir. Bu altmərhələ ‐ formal əməliyyat təfəkkürünün həqiqi və ya
möhkəmləndirilmiş mərhələsidir ki, onu yeniyetmə yaxud gənc ən müxtəlif
şərtlərdə nümayiş etdirir. Əksər insanlar əsasən təkrar situasiyalarda for‐
mal düşünərək hardasa III‐A altmərhələsində dayanırlar və III‐B altmərhə‐
ləsinə heç çatmır.
Formal əməliyyatların mənimsənilməsi dərhal və daimi baş vermir. 11‐
12 yaşından 14‐15 yaşadək təfəkkür prosesində əhəmiyyətli dəyişiklik,
sistemləşmə və formalaşma müşahidə olunur. Bu illər ərzində fərdin
öhdəsindən gələ biləcəyi məsələlər xeyli çətinləşir və III‐B altmərhələsinə
çatdıqda yenidən tarazlıq bərpa olunur (Miiss, 1988).
Öz məhdud intellektinə və zəif mədəni inkişafına görə bəzi yeniyetmə
və gənclər heç də formal əməliyyat mərhələsinə çatmır. Elkind (1967) son
mərhələni “fikrin fəthi” adlandırır. Bu zaman yeniyetmənin təfəkkürü uşa‐
ğın təfəkküründən köklü surətdə fərqlənməyə başlayır (Praget, 1972). Uşaq
konkret əməliyyatlar mərhələsini mənimsəyir və mənimsədiklərinin kö‐
məyi ilə hadisələrarası qarşılıqlı əlaqə qura bilir, siniflər və saylarla (rə‐
qəmlərlə) müxtəlif əməliyyatlar apara bilirlər. Lakin bu əməliyyatların
mürəkkəbliyi, məntiqi “qruplaşma” və yaxud toplama və vurmanın ele‐
mentar səviyyəsindən yuxarı olmur. Uşaqlar heç bir zaman bu əməliyyat‐
ları formal məntiqin vahid sisteminə daxil etmirlər. Uşaqlardan fərqli ola‐
raq yeniyetmələr baş verənlərə və münasibətlərə məntiqlə yanaşırlar.
Başqa sözlə, formal əməliyyatlar mərhələsində yeniyetmə, induktiv
mülahizələrin köməkliyi ilə öz fikirlərini sistemləşdirə, tənqidi analiz edə
və müəyyən baxış formalaşdıra bilir. Bundan başqa onlar öz düşündük‐
lərini məntiqi və elmi metodların köməkliyi ilə yoxlaya bilir, eyni zamanda
bir çox dəyişənləri müəyyən edərək bütün həqiqəti elmi cəhətdən, deduk‐
tiv mülahizələr yolu ilə özü üçün kəşf edir (İnhelder və, 1958). Bu mənada
yeniyetmə nəzəriyyələr irəli sürmək və yoxlamaq bacarığına malik olduğu
üçün özünü alim kimi hiss edir.
Aşağıdakı göstərilən nümunə, problemə uşağın baxışı ilə yeniyetmənin
məntiqi, sistemli yanaşmasının fərqini nümayiş etdirir.
E.Pil uşaqlar arasında sorğu keçirərək belə bir hadisə haqqında nə dü‐
şündüklərini soruşmuşdur: “Yalnız qorxmaz təyyarəçilərə hündür dağların
üzərində uçmağa icazə verilir. Bir qırıcının pilotu Alp dağları üzərində
IV Fəsil. Koqnitiv inkişaf dövrləri
65
uçarkən kanat yolla toqquşaraq əsas trosu qırmışdır. Trosun qırılma səbə‐
bindən bir neçə kabina buzlaqlara düşmüş və adamlardan bir neçəsi həlak
olmuşdur”. Konkret əməliyyat təfəkkürünə malik uşaq cavab verdi: “Mən
düşünürəm ki, bu təyyarəçi təyyarəni yaxşı idarə etməyib”. Təfəkkürü
formal əməliyyat səviyyəsində olan uşaq isə başqa bir fikir söyləyir: “Ola
bilsin ki, o qarşısına çıxacaq maneədən – kanat yoldan xəbərsiz idi və ya
çox alçaqdan uçurdu. Ya da ola bilsin ki, uçuşdan qabaq və ya artıq uçuş
zamanı onun kompası sıradan çıxdığı üçün o öz istiqamətini itirmiş və
trosa çırpılmışdır”.
Konkret əməliyyat təfəkkürlü
uşaq düşünür ki, əgər toqquşma
baş veribsə, demək pilot peşəkar
olmayıb; formal əməliyyat təfək‐
kürü olan uşaq isə qəzanı törədə
biləcək bütün mümkün səbəbləri
nəzərdən keçirir. Konkret əməliyyat
təfəkkürlü uşaq özü üçün daha çox
ehtimal olunan hipotezi irəli sürür.
Formal əməliyyat təfəkkürü olan
uşaq isə bütün alternativləri araş‐
dırır və onları ardıcıllıqla nəzərdən
keçirir, yoxlayır. (Kohlberg və
Gilligan, 1971, səh 1061, 1062)
Yeniyetmələrin məsələləri həll
etmədə təfəkkür strategiyasını öy‐
rənən Piaje müxtəlif eksperiment‐
lər də aparmışdır. O, tədqiq (sınaq)
olunan yeniyetmələr qrupuna sap‐
dan asılmış kəfkir göstərmişdir. Sı‐
naq iştirakçıları verilən tapşırığa
görə təxmini kəfkirin tərpənmə sü‐
rətinə aşağıdakı 4 faktorlardan han‐
sının təsir etdiyini araşdırmalı idilər:
Asqının uzunluğunun dəyişməsi;
yükün kütləsinin dəyişdirilməsi;
kəfkirin rəqsi hərəkətə başladığı andakı hündürlüyün dəyişdirilməsi;
kəfkirin rəqsi hərəkətə başladığı anda ona tətbiq olunan qüvvənin dəyiş‐
dirilməsi. Problemi müxtəlif üsullarla həll etmək mümkün idi. Bu məsələ‐
Kəfkirlə eksperiment: Bu məsələnin nümayişi
üçün elə də mürəkkəb olmayan cihaz, uzunluğu‐
nu dəyişmək mümkün olan ipdən, müxtəlif yüklər‐
dən ibarət dəst. Başqa təsir edə bilən dəyişənlər –
kəfkirin düşmə hündürlüyü və ona vurulan təkanın
gücü. İnhelder və Piajenin (1958) təcrübəsindən...
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
66
nin həllində yeniyetmələrin davranışında 3 xarakterik xüsusiyyət qeydə
alındı. Birincisi – onlar öz tədqiqatlarının sistematik planını tərtib etdilər və
kəfkirin tərpənmə sürətininin dəyişməsinə təsir edən bütün mümkün
səbəbləri ardıcıl olaraq yoxlamağa başladılar: ip uzun və ya qısadır, yük ağır
və ya yüngüldür, düşmə hündürlüyü kiçik və ya böyükdür və təkan gücü.
İkincisi – onlar aparılan təcrübədə şərtlər dəyişdikcə alınan nəticələrin də‐
qiq və obyektiv qeydiyyatını aparırdılar. Üçüncüsü ‐ əldə olunanların əsa‐
sında onlar məntiqi nəticələr çıxarmağı bacarırdılar.
Məsələn, onlar görürdülər ki, düşmə hündürlüyü və təkan gücü kəf‐
kirin tərpənmə sürətinə təsir etmir. Asqının uzunluğunun və ya çəkinin
təsir edəcəyini guman edərək, xarakteristikaları (parametrləri) dəyişirdilər
və müəyyən etdilər ki, tərpənmənin sürəti yükün çəkisindən asılı deyil.
Lakin aydın oldu ki, tərpənmə sürəti ipin uzunluğu dəyişildikcə dəyişir.
Beləliklə, yeniyetmələr bu nəticəyə gəldilər ki, tərpənmə sürəti ancaq asma
ipin uzunluğu ilə müəyyən edilir. Bu birinci tədqiqatdan sonra onda tətbiq
olunmuş metodlar dəfələrlə başqa alimlər tərəfindən tətbiq olunmuş və
analoji nəticələr əldə olunmuşdur.
Eynilə həmin məsələnin həllində kiçik yaşlılar cəhdlər və səhvlər me‐
todu ilə düzgün cavab ala bilərlər. Lakin onlar, sistematik elmi metodlar‐
dan istifadə etmirlər və cavablarının məntiqi izahını verə bilmirlər. Faktlar
əsasında mülahizə yürütmək uşaq təfəkkürü üçün xarakterikdir. Bəzən bu
fikirlər tələskən və yanlış olur, çünki uşaq bütün faktları nəzərdən keçir‐
mir və onlar haqqında məntiqi fikir söyləyə bilmir. Hətta öz ilkin mülahi‐
zələrinin əsassız olduğunu gördükdə belə inadkarlıqla onun üzərində
dayanır və şəraiti bu fikrə uygunlaşdırmaq cəhdi edir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, yeniyetmə‐
lik dövründə təfəkkürün bir‐birilə bağlı 3 xüsusiyyətləri meydana çıxır:
1) 2 və ya daha çox dəyişənlər arasında əlaqəni üzə çıxarmaq və ya mü‐
rəkkəb münasibətlərdən baş çıxarmaq bacarığı;
2) bir və ya bir neçə dəyişənin digər dəyişənə mümkün təsiri ilə bağlı
məntiqi fərziyyələr qurmaq bacarığı;
3) Daha çox ehtimal olunan halın hələ təcrübədən keçirilmədən ortaya
çıxmasına xidmət edən hipotetik deduksiya (ümumi olandan konkret,
xüsusi nəticənin çıxarılması) prosesində dəyişənləri birləşdirmək və ya
ayıra bilmək bacarığı. Belə ki, yeniyetmələrdə təfəkkürün əsas meyarı
real olanla mümkün olan arasındakı qarşılıqlı əlaqə qurmaqdır.
(Gallagher və Noppe, səh 202)
Dostları ilə paylaş: |