Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   29   30   31   32   33   34   35   36   ...   75

V Fəsil. Uşaq təlimi 
 
 
87 
Qıcıqların növündən və səviyyəsindən asılı olaraq iki cür stres növünü 
qeyd etmək olar: destruktiv və konstruktiv stres. Bunların hər ikisinin fizio‐
loji mexanizmi eyni, nəticələri isə müxtəlifdir.  
Destruktiv  stres  dağıdıcılıq  xarakteri  daşıyır.  Yəni  insanın  əhvalı  dəyi‐
şir, özünə nəzarət itir, onun özünü şüurlu şəkildə ələ alma qabiliyyəti zəif‐
ləyir.  
Konstruktiv stresdə isə orqanizm özünü səfərbər edir, yeni enerji mən‐
bəyi taparaq “xilas” olur, insan özünü tez ələ ala bilir.  
Reaksiya, məzmununa görə, affektiv və koqnitiv davranış hissləri kimi 
bölüşdürülür.  
Koqnitiv  reaksiyalar  şəxsin  şübhəli  olduğu  faktların  araşdırılmasına 
səbəb və səbəbkarı axtarmaqla hadisələrin gedişini qurmağa proqnoz  ver‐
məyə yönəldilib.  
Koqnitiv  reaksiyalar  astenik  xarakterli  intellektual  şəxslərdə  üstünlük 
təşkil edir.  
Affektiv  reaksiyalar  emosional  surətdə  hadisəni  keçirtmə  vəziyyətidir. 
Ümidsizlik, qorxu, qəzəb, nifrət bu reaksiyalara aiddir.  
Davranışlı reaksiya isə fiziki mübarizə və imtina ilə xarakterizə olunur. 
Bir  şəxsin  davranışı  stres  səciyyəsi  daşıyan  yerdə  qüvvətli  sinir  sisteminə 
malik  olan  digər  şəxsdə  heç  bir  gərginlik  əlaməti  müşahidə  edilmir.  Stres
 
şəraitində davranışın pozulmasının qarşısını alan ən mühüm amil məsuliy‐
yət hissidir.  
Faktlara müraciət edək: 
Otuz yaşlı qadın ağır isteriyadan əziyyət çəkir. Belə ki, güclü stress za‐
manı  nitqində  qırıqlıq,  rabitəsiz  hərəkətlər,  hətta  kəkələmə  hiss  olunur. 
Artıq  ani  həyəcandan  və  konfliktdən  onda  qıcolma,  ürəkbulanma,  qusma, 
qarın  nahiyəsində  ağrılar  başlayır.  Bu  isə  onu  tez‐tez  həkimə  müraciət  et‐
məyə  məcbur  edir.  Həmin  qadınla  söhbətdən  məlum  olur  ki,  körpəlikdə 
evin  ən  sevimli  övladı  olub,  əgər  istəyi  yerinə  yetirilmirdisə,  yerə  yıxılıb 
ayaqlarını döşəməyə vurar və ağlayarmış. Nənə, baba, valideynlər isə ona 
həmin an istədiyini verərmişlər.  
Təklikdə  və  ailəsində  mahnı  oxuyan,  şer  deyən  10  yaşlı  oğlan  (hətta 
skripkada  çala  bilir)  məktəbdə,  dostları,  qohum‐qardaş  yanında  özünü 
itirir, tez‐tez səhvlərə yol verir. Məlum olur ki, o, uşaqlıqda valideynləri tə‐
rəfindən daim “Adam arasına çıxa bilmirsən! Utancaqsan, qız kimisən. Heç 
belə  də  oğlan  uşağı  olar?  Bir  də  səhv  etsən,  gör  sənə  nə  edəcəyəm!”  kimi 
danlaqlara məruz qalmışdır. Halbuki, valideynlər bilməli idilər ki, bu söz‐


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
88 
lərlə uşağı güclü stress vəziyyətinə salırlar. Bu zaman isə orqanizmdə mad‐
dələr mübadiləsi pozulur, uşağın rəngi avazıyır, əlləri titrəyir, ürək döyün‐
tüsü  artır.  Bu  hal  daim  davam  etdiyi  müddətdə  uşağın  hərəkətlərində  ni‐
zamsızlıq, nitqində kəkələmə halları müşahidə olunur.  
Belə misalları çox göstərmək olar. Ona görə də istər nənə, baba, istərsə 
də ata, ana, ya da uşağa tərbiyə verən digər şəxslər bilməlidirlər ki, hər bir 
uşaq çiçəklər kimi rəngarəng və təkrarolunmazdır. Əgər onlara vaxtlı‐vax‐
tında qulluq olunmasa, əlbəttə ki, solar, öz təravətini itirərlər. Körpələr bi‐
zim  gələcəyimizdir.  Onların  gələcəkdə  yaxşı  və  ya  pis  olmaları  isə  bizim 
özümüzdən asılıdır.
59
  
5.5. Uşaqlar da stresŠ düşŠ bilirlŠr 
Azyaşlı uşaqlar da stresə düşə bi‐
lirlər.  Uşağın  depressiyaya  düşmə 
səbəbləri hansılardır? 
Adətən,  azyaşlı  uşaqları  olan  va‐
lideynlər  bir  çoxları  kimi  uşaqların 
ətrafda  baş  verən  hadisələrlə  bağlı 
ciddi əsəb gərginlikləri yaşaya, stres‐
də ola biləcəklərini düşünmürlər. Bir 
çoxlarının  beynində  uşaqlarla  bağlı 
belə  bir  fikir  var:  “  Hələ  nə  yaşı  var 
ki,  depressiyaya  düşsün”,  “Hələ  o 
yaşda  deyil  ki,  fikir  çəksin”.  Ancaq 
aparılan araşdırmalar bu düşüncə tər‐
zinin  tamamilə  səhv  olduğunu  gös‐
tərir.  Uşaqlar  da  depressiyaya  düşə  bilirlər.  Artıq  formalaşmış  və  həyatda 
qarşımıza çıxan çətinliklərlə az‐çox  mübarizə etməyi bacaran yetkinlərdən 
fərqli olaraq, azyaşlı uşaqlar ətrafda baş verən hadisələrdən daha çox təsir‐
lənir. Bu da formalaşmaqda olan uşağın psixoloji inkişafına mənfi təsir gös‐
tərib,  onun  həyat  haqqında  düşüncələrində  ciddi  problemlər  ortaya  çıxara 
bilər.  Bu  səbəbdən  gələcəyimiz  (bir  çox  ata‐analar  üçün,  hətta  həyatın  tək 
mənası,  Allahın  onlara  verdiyi  ən  böyük  xoşbəxtlik)  olan  uşaqları  depres‐
siyadan, stresdən qorumaq üçün əlimizdən gələni etməli, bunun üçün uşaq‐
lara  qarşı  diqqətli  olmalı,  əgər  bir  narahatlığın  olduğu  hiss  olunarsa,  vaxt 
itirmədən  bununla  maraqlanmalı  və  uşağı  stresə  salan  səbəbləri  aradan 
qaldırmağa çalışmalıyıq.  
                                                 
59
  A.İbrahimov, H.Xəlilov “Sağlam övlad, düzgün tərbiyə, təmiz nitq” (səh. 21‐27) 


V Fəsil. Uşaq təlimi 
 
 
89 
Azyaşlı uşaqların stresə düşməsinin bir çox səbəbi ola bilər. Məktəbdə, 
bağçada,  həyətdə,  ailə  içində  baş  verən  xoşagəlməz  hadisələr  (valideynlə‐
rin ayrılması, bacı və ya qardaşın dünyaya gəlməsi) və ya uşağınızın özü ilə 
əlaqədar  olan  problemlər  (məsələn,  hər  hansı  bir  fiziki  çatışmazlıq  və  ya 
aclıq, həddindən artıq yorğunluq kimi fiziki problemlər) onun depressiya‐
ya  düşməsinə  səbəb  ola  bilər.  Aparılan  araşdırmalar  nəticəsində  stres  ya‐
radan  səbəblərin  az  yaşlı  uşaqlar  üzərində  yetkin  insanlara  nisbətən  daha 
böyük  təsirə  malik  olduğu  ortaya  çıxır.  Qısamüddətli  stres,  adətən  elə  də 
böyük problemlər yaratmadığı halda, uzunmüddətli stresin uşaqlara, onla‐
rın düşüncələrinə, psixologiyasına, formalaşmaqda olan xarakterinə böyük 
ziyan  vurduğu  və  sonralar  daha  pis  nəticələrə  yol  açdığı  sübut  olunmuş‐
dur. Bu səbəbdən uşağınızın yaşadığı stresi daha da ağırlaşdıran səbəbləri 
ortadan qaldırmalı və ona stresdən qurtulması üçün kömək etməlisiniz. Bu 
məsələlərdə  kifayət  qədər  diqqətli  olmamaq,  övladınıza  laqeyd  olmaq, 
bütün bunlara ciddi yanaşmamaq, qeyd etdiyimiz kimi uşağınız (həmçinin 
də özünüz) ilə əlaqədar çox pis nəticələrə səbəb ola bilər. Düşdüyü depres‐
siyaya görə, ciddi psixoloji zərbə almış uşağın sonralar öz həyatını qurma‐
sında,  cəmiyyətdə  müəyyən  mövqe  əldə  etməsində,  istər  ailə  qurmaq, 
istərsə  də  dostları  ilə  münasibətlərdə  böyük  çətinliklər  ilə  üzləşdiyi,  hətta 
uşaq vaxtı lazımi psixoloji dəstəyin, valideyn qayğısının olmaması sonralar 
sərbəst həyata atıldığı zaman üzləşdiyi daha böyük problemlər, çətinliklər 
qarşısında  aciz  qaldığı  və  bu  səbəbdən  daha  böyük  ruhi  iztirablara  düçar 
olduğu  müşahidə  edilir.  Bunun  qarşısını  ala  bilmək  üçün  valideynlər  öz 
uşaqlarına  qarşı  daha  diqqətli  olmalı,  bunu  ortadan  qaldırmağın  yollarını 
bilməli,  bununla  əlaqədar  maariflənməlidirlər.  İstər  gənc,  istərsə  də  yaşlı 
ata və anaların əksəriyyəti bu haqda kifayət qədər məlumata sahib deyildir. 
Stresdə olan uşaqların davranışlarında, adi, gündəlik baş verən hadisələrə 
verdikləri  reaksiyalarda  dəyişmələr  baş  verir.  Bu  əlamətlərə  nə  qədər  çox 
diqqət etsəniz, stresin uşağınıza olan mənfi təsirinin qarşısını o qədər tez ala 
bilərsiniz. Uşağınızın stresdə olmasını göstərən bəzi əlamətlər bunlardır: 
Yuxusu ilə bağlı dəyişiklik varsa, yəni gec yuxuya gedirsə, yerinə uzan‐
dıqdan sonra uzun müddət yata bilmirsə və ya yuxudan oyanarkən çətinlik 
çəkirsə,  deməli,  uşağınız  stresdədir.  Bəzi  valideynlər  uşaqlarının  həddin‐
dən  artıq  yuxulamasını  əsəblərinin  sakit  olması  ilə  əlaqələndirirlər.  Ancaq 
əksinə, həddindən artıq yuxulama da stresin əlamətidir.  
Yemək vərdişlərində olan dəyişiklik məsələn, iştahasızlıq, vaxtında ye‐
mək istəməmək uşağınızın stresdə olduğunu göstərir. Tualetə tez‐tez və ya 
gec‐gec  getməsi  kimi  tualet  vərdişlərində  olan  dəyişikliklər  də  stresin  əla‐
mətidir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə