V Fəsil. Uşaq təlimi
85
yoldaşları ilə rəftarını itirir, xoşagəlməz sözlər danışır, hərəkətlərində aq‐
ressivlik üzə çıxır, vurub‐sındırma hallarına, dağıdıcılığa meyilləri artır.
Hər bir suala kobud cavab verirlər. Uşaqlarda olan emosionallıq amili get‐
dikcə əsəbə çevrilir.
Bir qrup uşaq da var ki, onlar heç kimlə ünsiyyətdə olmaq istəmir. On‐
larda özünüqiymətləndirmə yüksək olur. Eləcə də, heç kimin onların işlə‐
rinə müdaxilə etməsinə imkan vermir, onlara nəsə başa salmaq istədikdə
hay‐küy salırlar. Heç kimi özlərinə yaxın buraxmaq istəmir, öz tərsliklə‐
rindən dönmür, necə düşünürlərsə, eləcə də hərəkət edirlər. Ümumiyyətlə,
belə uşaqların etimadını qazanıb, onların xoşladığı mövzularda söhbət
edib, ”ürəyindəki” fikirləri öyrənmək lazımdır ki, öz istək və arzularını sizə
aça bilsin. Həmçinin uşağa sərbəstlik verilməlidir. Ancaq mümkün olan
sərbəstliyin özü də nəzarət altında olmalıdır. Uşaqda özünəinam hissini
artırmaq lazımdır.
5.4.
Emosiyalar
Emosiyalar insanların həyat fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.
Onlar orqanizmin yaşaması üçün optimal şəraitin yaradılmasına və bütün
tələbatın ödənilməsinə yönəldilmişdir. Buna nail olduqda orqanizmdə
müsbət, əks halda isə mənfi emosiyalar yaranır.
Tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, baş
beynin limbik şöbəsi ilə be‐
yin qabığı arasında, eləcə
də retikulyar (retikulyar
formasiya – baş beynin mər‐
kəzi şöbələrinin dərinliyin‐
də yerləşən torabənzər sinir
strukturlarının məcmusu.
Müxtəlif istiqamətlərə ge‐
dən külli miqdarda sinir tel‐
ləri ilə xarakterizə olunur.
Əsas funksiyaları sinir siste‐
minin ümumi oyanıqlıq və‐
ziyyətini tənzim etmək və
onurğa beyninin reflektor fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Ayıqlıq,
təşviş və fəal diqqət vəziyyətləri ilə əlaqədardır.) formasiya və hipotalamus
(hipotalamus görmə qabarlarının aşağı hissəsində yerləşir. Bu sahə orqa‐
nizmin vegetativ funksiyaları ilə sıx əlaqədardır. Hipotalamusun zədələn‐