Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə41/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   37   38   39   40   41   42   43   44   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
110 
Cəmiyyətin dəstəyi 
Bu dəstəyi dostunuzdan və ya qohumlarınızdan ala bilərsiniz. 
Sınama 
Uşaqlarınıza alternativ metodlar təklif və tətbiq edin.  
Qeyd: Nə qədər müvəffəqiyyət qazandığınızı hər gün qeyd edin.
65 
6.5. Yalan danışmaq 
Növbəti davranış problemi yalan danışmaqdır. Yalan danışmaq, qarşı‐
sındakı  insana  səhv  məlumat  vermək  məqsədilə  qəsdən  ortaya  qoyulan 
aldadıcı davranışdır. İnsan daxili dünyasını təhdid edən xarici təsirlərdən 
qorunmaq üçün yalan danışır. Uşaqların yalan danışması eynilə gənclərin 
yalan danışması qədər özünü və daxili dünyasını qorumaq üçündür.
66
 
Uşaqların  xəyal  ilə  həqiqəti  ayırmadıqları  dövr  məktəb  illərinin  baş‐
lanması  ilə  sona  çatır.  Ancaq  bu  dövrdən  sonra  uşaqların  reallığa  uyğun 
olmayan  sözləri  yalan  adlandırılır.  İdman  ayaqqabılarının  harada  olduğu 
soruşulduqda, Fərid onları kiminsə məktəbdəki bədən tərbiyəsi otağından 
oğurladığını  söyləmişdi.  Halbuki,  anası  bir‐iki  gün  sonra  evi  təmizləyər‐
                                                 
65
   Yaşar Kuzucu “Küçükler için Büyüklere” (səh 147‐149) 
66
   Yaşar Kuzucu “Küçükler için Büyüklere” (səh 131) 


VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri 
 
 
111 
kən ayaqqabıları Fəridin yatağının altından tapır. Aişənin anası yolda qızı‐
nın rəfiqəsinin anası ilə qarşılaşır. Ondan öyrənir ki, Aişə atasının polis ol‐
duğunu  demişdir.  Əslində,  Aişənin  atası  polis  deyildir.  Ailə  uşağının 
yalan  danışdığını  bildiyi  anda  verilməli  bir  çox  cəza  növləri  haqqında 
düşünə bilər. Zəruri olan ilk şey belə bir vəziyyətdə sakit olmaq və uşağın 
bu  yalanı  niyə  söylədiyinin  cavabını  tapmağa  çalışmaqdır.  Uşaqların 
yalanlarının müəyyən tipləri vardır, ən çox yayılan tipi araşdırıcı yalandır. 
Araşdırıcı yalanlar uşağın müstəqilliyə doğru ilk və utancaq bir addımıdır. 
Uşaq  ya‐lan  danışmanın  necə  bir  şey  olduğunu  tapmaqda  və  sərhədləri 
yoxlamaqdadır.  Uşağın  inkişafı  baxımından  bu  tip  yalanlar  normaldır. 
Uşaqlarda daha çox rast gəlinən bir başqa yalan isə, pis bir hərəkət etdiyini 
gizlətməsidir.  Uşaq  düzgün  hərəkət  etmədiyini  bilib  ortaya  çıxarsa,  cəza 
alacağından  qorxduğu  üçün  yalana  müraciət  edəcək.  Digər  yalan  tipi  də 
aldadıcı yalanlardır. Bu, uşağın daha çox etibarlı olmaq istəyindən irəli gə‐
lir.  Bəzən  belə  uşaqlar  dost  qazanmaq,  insanlara  təsir  etmək  niyyətində 
olurlar. Daha çox müvəffəqiyyət qazanan, yaxud da daha çox sevilən bacı, 
qardaş, dostunun olduğunu düşünən uşaq özündə bu hərəkəti etməyə eh‐
tiyac hiss edir. Son yalan növü isə uşağın gördüyü yuxu haqqında dediyi 
yalanlardır.  Məsələn,  Lalə  etdiyi  hər  səhv  hərəkətdən  sonra  bunu  görün‐
məyən  bir  cücənin  etdiyini  söyləyir.  Belə  bir  vəziyyətdə  ana‐atanın  “o 
cücənin  məsuliyyəti  sənə  aiddir,  bu  işi  etməyinə  mane  ola  bilmirsənsə,  o 
zaman  onun  almalı  olduğu  cəzanı  sən  alacaqsan”  şəklində  münasibət 
bildirmələri kifayət edəcəkdir.  
Yalan ortaya çıxdıqdan və səbəbi aydın olduqdan sonra cəza mövzusu 
başlanır.  Ana  və  ata  uşağı  intizama  dəvət  etməli,  ona  xəbərdarlıq  etməli, 
bu hərəkətlər təkrarlandıqda ona verilən cəzalar uşağın yaşına və dözüm‐
lülüyünə müvafiq olmalıdır. Məsələn, uşağı xoşladığı bir şeydən müəyyən 
müddət məhrum etmək də cəza növünə aiddir. 
67
 
Yalanın növləri 
 
Həqiqəti gizlətmək üçün deyilən yalan. Məsələn, uşaq, kitabını özü cır‐
dığı  halda,  bunu  sinif  yoldaşının  boynuna  atır.  Yaxud  xərcliyini  itirdiyi 
halda, başqa bir şəxsi oğurluqda ittiham edir. Əslində, belə bir yalana mü‐
raciət  edən  uşağın  problemini  anlamaq  çətin  deyil.  O,  cəzadan,  atasından 
və s. qorxaraq bu yalanı söyləyir. Əgər uşaqlar cəzadan, ya da atasının qor‐
xusundan yalana müraciət edirsə, bu işin səhvi təkcə uşaqda deyil. Bu dav‐
ranış  ataların  uşaqları  ilə  münasibətdə  göstərdikləri  sərtlik  və  şiddətdən 
irəli gəlir. 
                                                 
67
   Gül Şendil, Özgün Kızıldağ. “Çocuk Ergen Anne ve Baba” (səh. 158‐159) 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
112 
 
Öz mənlik və şəxsiyyətini sübut etmək məqsədi ilə deyilən yalan. Bəzi 
uşaqlar  belə  bir  yalana  tez‐tez  müraciət  edirlər.  Bu,  onların  özlərini  isbat 
etmək və valideynin tərif və minnətdarlığını qazanmaq istəyindən irəli gə‐
lir. Məsələn, uşaq yalandan dərsdən əla qiymət aldığını söyləyə bilər. Vali‐
deynləri yekun cədvəlini istədikdə isə, uşaq həqiqəti gizlətməyə çalışaraq – 
“Cədvəl hələ verilməyib” – kimi başqa bir yalanı uydurar. 
Bəs bu növ yalanın müalicəsi nədir?  
Bunun müalicəsi bəsit və sadədir. Bu növ yalana müraciət edən uşağın 
mehribanlıq və məhəbbət hiss etməsinə ehtiyacı var. O, daha çox davamlı 
surətdə mükafatlandırılmalı və ruhlandırılmalıdır. 
 
Şər və incidici yalan. Burada uşağın əvvəlcədən planlaşdırdığı yalan nə‐
zərdə tutulur. O, əvvəlcədən bu yalanın digər şəxsə ziyan verəcəyini bilir, la‐
kin bunu edir. Məsələn, özü etdiyi işi başqasının üstünə yıxır, ona böhtan atır.  
Bu  problemi  uşaqların  diqqətini  daha  faydalı  işlərə  yönəltməklə  həll 
etmək olar. 
 
Təqlid etməklə deyilən yalan. Uşaqlar digər bir səbəbdən də yalana mü‐
raciət  edə  bilərlər.  Məsələn,  valideynlərini  təqlid  eləməyə  çalışa  bilərlər. 
Kiçik ailələrdə böyüyən uşaqlar daim diqqət mərkəzində olmağa alışdıqları 
üçün, böyüdükdə və cəmiyyətdə əlaqə dairələri genişləndikdə yalana mü‐
raciət edirlər. 
Ona  görə  də  uşaqların  yanında  yalan  danışmaq  olmaz.  Onlar  bunu  öz‐
lərinə qayda edərək digərləri ilə də belə rəftar edəcək və ya da üzləşdikləri 
hər hansı bir problemdən xilas olmaq üçün ilk növbədə bu yola əl atacaqlar. 
Xüsusiyyətləri 

 
2 cür yalan danışmaq var.  

 
Bilərək yalan danışmaq (Patoloji yalan). Bu halda uşaq nəyisə əldə et‐
mək üçün yalan danışır. Ola bilməyəcək şeyləri başa salmaq, olmuş hadi‐
səni böyütmək, heyrətləndirici bir şey söyləmək uşağı sevindirir.  

 
Bir  uşaq  müəyyən  bir  səviyyəyə  çatmalıdır  ki,  yalan  danışsın.  Uşaqla‐
rın  yalan  danışmağa  necə  başlamaları  haqqında  olan  fikirlər  mubahisəli 
olsa  da  belə  bir  ümumi  qənaət  var  ki,  uşaq  başqa  insanların  fikirlərini 
öyrəndikdən sonra yalan danışmağa başlayır. 

 
Bəzi  alimlərə  görə,  uşaq  3  yaşyarımına  qədər  başqa  insanların  fikirlə‐
rindən  xəbərsizdir.  Bu  yaş  dövründəki  uşaqların  aldadıcı  davranışları  bö‐
yükləri  sevindirmək,  ya  da  cəzalandırılmamaları  üçündür.  Bir  təcrübəyə 
dayanaraq  tərbiyəçi  3  yaşındakı  uşaqlara  masanın  üstündəki  oyuncaqlara 
baxmamalarını tapşıraraq otaqdan çıxır və 5 dəqiqədən sonra geri qayıdır. 
Uşaqlardan  oyuncaqlara  kimin  baxdığını  soruşur.  Uşaqların  85%‐i  oyun‐


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə