VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
101
və sevmədiyi insanlardan çıxmağa çalışır. Bəzi uşaqlar isə başqalarına de‐
yil, özlərinə zərər vermək, özlərinə acımaq və ya valideynlərini evdən qaç‐
maqla hədələmək yolunu seçə bilirlər.
Valideynlərin uşaqlarının hirs partlamalarının öhdəsindən gəlmək
üçün işlətdikləri bir çox yollar vardır. Bu yolların müəyyənləşməsində
hirslərin sıxlığı və şiddəti rol oynayır. Diqqət çəkiləsi hal, valideynlərin
uşağın hirsli zamanlarında son dərəcə sakit və mülayim olmalarıdır. Mü‐
hafizəkar davranışlar göstərərək uşaqların onları bir nümunə olaraq gör‐
dükləri unudulmamalıdır. Bunların xaricində uşaq qorunmalı və hər şeyi
kəşf etmək istəyəndə əngəllərlə qarşılaşmamalıdır. Ancaq aradakı balansı
tənzimləmək lazımdır.
62
6.2. Qısqanclıq
Qısqanclıq sevilən bir insanın itiriləcəyi qorxusu nəticəsində ortaya
çıxan bir hissdir. Bu hal ictimai həyatımızda tez‐tez rast gəlinən hisslərdən
biridir. Bu ictimai hadisənin içində, ən azı, üç insan vardır. Uşağın özü,
62
Gül Şendil “Çocuk Ergen Anne ve Baba” (səh. 98‐99) və Yaşar Kuzucu “Küçükler için
Büyüklere” (səh. 47‐54)
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
102
sevdiyi insan və son olaraq sevdiyini əlindən alacağına inandığı insan. Bu
prizmadan baxdıqda, ümumiyyətlə, uşaq üçün sevilən insan ana və anasını
əlindən alacağına inandığı üçüncü insan – yeni doğulan qardaş‐bacısıdır.
Ancaq yeni doğulan uşağın yaşı artdıqca, o da böyük qardaş‐bacısını qıs‐
qanacaq və ikitərəfli qısqanclıq yaşanacaqdır. Uşaq hələ müstəqilliyini qa‐
zanmadığına görə qayğıya, nəvazişə və sevgiyə möhtacdır. Öz işini özü
görə bilmir və ictimai əhatəsi də geniş deyil. Bütün bunlar uşağın ananın
qayğı və sevgisinə möhtac olduğunu göstərir və uşağı anaya bağlayır. Ana‐
nın itirilməsi ehtiyacların görülməməsi mənasına gəldiyi üçün, uşaq sahib
olduqlarını itirəcəyi qorxunun təhriki ilə qısqanclıq hissini yaşayır. Azyaşlı
uşaqlarda görünən qısqanclıq, ümumiyyətlə, iki – beş yaş arasında ailəyə
yeni gələn körpə ilə ortaya çıxır. Yeni uşaq əvvəlcə ona ayrılan zamanın və
sevginin bölünməsini, alışdığı ailə həyatının dəyişilməsini qəbul edə bil‐
mir. Uşağın anlayışıyla zamansız və lazımsız gələn bu yeni uşaq onu qıs‐
qanclığa aparır. Uşaq ailəyə gələn yeni uşaqla rəqabətə girir. Uşağın yeni
körpəylə quracağı əlaqə, uşağın valideynləriylə, valideynlərin bir‐birilə,
valideynlərin ailədəki digər uşaqlarla əlaqəsindən təsirlənir. Yeni körpə
dünyaya gəlməzdən əvvəl uşağın anası ilə olan münasibəti də uşaqlar ara‐
sında yaşanan qısqanclığa səbəb olur. Yeni körpə gəlməzdən əvvəl ananın
uşağa ayırdığı vaxt çoxdursa, uşağın qısqanclığı düşmənçiliyə çevrilə bilər.
Bunun səbəbi, əvvəl də dediyimiz kimi, uşağa ayrılan zamanın azaldılma‐
sıdır.
Uşaqların münasibəti çox zaman da valideynlərin ayrı‐seçkilikləriylə
əlaqəlidir. Valideynlərdən biri, ya da hər ikisi bəzən uşaqlardan birini
özlərinə daha yaxın hiss edirlər və ya birinin daha ağıllı, daha qabiliyyətli
olduğunu düşünürlər. Bu düşüncələr bilərək, ya da bilmədən uşaqlarla
olan münasibətlərdə öz əksini tapa bilər. Bu hallarda uşaq bacı və ya
qardaşının daha çox sevildiyi hissinə qapılacaq və bu düşüncə bəzən təca‐
vüzlə nəticələnəcəkdir. Bu ayrı‐seçkiliyin uşaqlar tərəfindən başa düşülmə‐
sinə səbəb olan hərəkətlərdən biri də uşaqların bir‐birilə müqayisə edilmə‐
sidir. Ola bilsin ki, valideyn uşaqların “yaşlarına görə” davranmalarını və
ya daha çox çalışmalarını istədiyi üçün bu üsula müraciət edir. Ancaq
məqsəd nə olursa‐olsun, uşaq bu qarşılaşdırılmanı digər uşağın daha çox
sevildiyi, seçildiyi mənasında başa düşəcək. Bu da uşaqlar arasında qıs‐
qanclığın yaranmasına və getdikcə böyüməsinə səbəb olacaq. Valideynlər
arasındakı münasibət və yaşanan problemlər də uşaqların münasibətinə
təsir edir. Belə ki, valideynlərdən birinə xarakter, ya da görünüş cəhətdən
oxşayan uşaq qısqanclıq səbəbkarı kimi görünə bilər. Valideynlər arasında
baş verən problemlər zamanı sui‐istifadə olunan “onsuz da uşaq bu
VI Fəsil. Uşaqlıq dövrü davranış problemləri
103
xasiyyətini səndən götürdü”, “uşağı da özünə oxşatdın” kimi ifadələr uşa‐
ğa sevilmədiyi, istənilmədiyi mesajını çatdıraraq, digər uşağın qısqanılma‐
sına səbəb ola bilər. Digər mənada, valideynlərdən onu rədd etməkdə ola‐
nın sevgi göstərdiyi o biri uşaq onun üçün rəqib halını alar.
Uşaqlar arasındakı münasibəti valideynlərin, ya da elə uşaqların özləri‐
nin xarakterləri də müəyyənləşdirə bilər. Həssas bir ana, uşağını qorumaq
üçün onun üstündə çox titrəyərsə, yeni uşağın doğulmasıyla bu əlaqə kə‐
siləcək və uşaq, bunda yeni körpəni günahlandıracaq. Əvvəllər hər ehti‐
yacı anası tərəfindən qarşılanan uşaq yeni körpə dünyaya gələndə ehtiyac‐
larını qarşılamaqda aciz qalacaq və qardaş‐bacısına nifrət bəsləyəcək.
Valideynlər qədər uşaqların xarakterləri də münasibətə təsir göstərir. Zidd
xarakterlərə malik uşaqlar arasında dalaşmalar çox ola bilər. Bu da qıs‐
qanclığa yol aça bilər. Uşaqlar arasındakı yaş fərqi qısqanclığa səbəb olan
amillərdəndir. Böyük uşaq balacaya görə, daha çox imtiyaz sahibi olmaq
istədiyi halda, balaca da böyüyün sahib olduqlarına yiyələnmək istəyir. Bu
da onların aralarında qısqanclığa yol aça bilər. Valideynlərin müdaxiləsi
burada vacib olsa da, uşaqlar arasında bu ədavət böyüdükdə yoxa çıxar.
Məktəb yaşına çatan uşaq üçün yeni bir qısqanclıq səbəbi ortaya çıxır. Hər
gün məktəbə gedən uşaq, anası ilə yeni körpəni evdə tək buraxır. Bu hal,
uşağın anası ilə evdəki körpənin daha çox bir yerdə olacağı və aralarında
daha çox sevgi yaranacağı qorxusuna qapılmasına yol açır. Bu düşüncələr
uşağın hirslənməsinə və təcavüzkar olmasına səbəb ola bilər. Bu düşüncə‐
ni uşaq məktəbə də daşıyaraq təcavüzkarlığını yoldaşları və müəllimləri‐
nin üstünə tökər, amma vaxt keçdikcə bunun doğru olmadığını anlasa da,
bu dəfə yoldaşlarını və müəllimlərini qısqanmağa başlayar. Həsəd, uşağı
qısqanclığa aparan səbəblərdəndir. Uşaq özünün sahib olduğu imkanlar‐
dan daha çox imkanlara və ya daha böyük, daha gözəl oyuncaqlara, əş‐
yalara sahib olan yoldaşlarını və qardaş‐bacısını qısqana bilər.
Qısqanclıq təzyiq ilə daha da böyüyər. Bunun əsasında duran hiss isə
özünü təhlükədə hiss etməsidir. Göstərilən reaksiyaların əsası özünü və
haqlarını qorumaqdır. Qısqanclıq fərqli zamanlarda yüngül narahatlıqdan
başqalarına zərər verməyə qədər fərqli şəkillərdə ortaya çıxa bilər. Bunun‐
la yanaşı, eyni insanlar və eyni hadisələr qarşısında reaksiyalar fərqli ola
bilər. Reaksiyalar zamanı vurmaq, təpikləmək, qardaş‐bacısını sevmədiyi‐
ni söyləmək, valideyn və körpəyə sözlü (söz gəzdirmək, lağ eləmək) və
fiziki təcavüzlər kimi birbaşa yollardan istifadə edə biləcəyi kimi, öncədən
qorxmadığı əşya və hadisələrdən qorxmaq, altını islatmaq, duru olmayan
yeməkləri yeməyi rədd etmək, barmağını əmmək kimi, əvvəlcə elədiyi
hərəkətlər kimi bilvasitə yollardan da istifadə edə bilər. Davranışlar rəqib
Dostları ilə paylaş: |