Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
98
istəyi mütləq yerinə yetirilən və idarə edilməyən, istiqamətləndirilməyən
uşaq artıq ana‐atanın nailiyyət istəkləri ilə qarşı‐qarşıyadır və ondan, istə‐
məsə də, bəzi vəzifələrə əməl etməsi istənilməkdədir. Ana‐ata uşağın bu
istəklərə əməl etmədiyi hallarda çox zaman onu “biz sənin üçün hər möv‐
zuda fədakarlıq etdik, səndən sadəcə məktəbdə nailiyyət əldə etməni istə‐
yirik” şəklində günahlandırır. Amma bu vəziyyət uşağa köməkçi olmaqdan
çox, ona maneçilik edir. Çünki uşaq nailiyyət əldə etməsi üçün lazımi səbi‐
rə, daxili istiqamətlənməyə və intizama sahib deyildir. Elə bu nöqtədə də
ana‐ata‐uşaq münasibətlərində qarşıdurmalar artmağa başlayır.
Özünü yoxlamaq üçün sual vŠ tapşırıqlar
1.
Uşaq tərbiyəsində hansı təlim nümunələri var?
2.
Uşağı tanımadan onu tərbiyə etmək olarmı: “hə”, yoxsa “yox”?
Fikrinizi əsaslandırın.
3.
Uşağın inkişafında psixoloji xüsusiyyətlərin nə kimi rolu var?
4.
Neçə cür ailəiçi davranışlar var?
5.
Sizin ailəniz ailəiçi davranışlardan hansını əks etdirir?
édŠbiyyat
1.
Ə. Qədirov, “Uşaqlarda idrak proseslərinin inkişafı”, Maarif nəş. ‐ 1969
2.
Muhammed Bozdağ “Sevgi Zekası” YAKAMOZ yayıncılık, 1. BASKI,
İSTANBUL, 2007
3.
A.İbrahimov, H.Xəlilov, “Sağlam Övlad, Düzgün Tərbiyə ,Təmiz Nitq”,
Misri, Bakı ‐ 2004
4.
Adem Güneş “Çocuk Terbiyesinde Doğru Bilinen Yanlışlar”, Nesil nəş.
İstanbul ‐ 2008
5.
Gül Şendil, “Çocuk, Ergen ve Anne‐Baba”, Melisa nəş. – 2003
6.
http://www.mcaturk.com/COCUKLAR‐DA‐STRESE‐GIRER_1691.html
7.
Prof.Dr. İsmet Barutçugil, “Eğiticinin Eğitimi”, Kariyer nəş. İstanbul‐2002
8.
Ə.Ə. Əlizadə, A.N. Abbasov, “Ailə”, Maarif nəş. Bakı – 1989
9.
Ə.S. Bayramov, Ə.Ə Əlizadə, “Sosial Psixologiya”, Qapp‐Poliqraf nəş.
Bakı – 2003
10.
Ə.S. Bayramov, Ə.Ə. Əlizadə, M.Ə. Həmzəyev “Ümumi Psixologiya”,
Maarif nəş. – 1982
99
VI FéSİL Uşaqlıq dövrü davranış
problemlŠri
6.1. Hirs
Həyatın erkən yaşlarında yaşanan hisslərdən biri də hirsdir. Hansı sə‐
bəblərdən ortaya çıxdığı əvvəlcədən bilinmir. Bunun səbəbi fərdi fərq‐
liliklər olduğu qədər, uşaqların qarşılaşdığı fərqli hadisələr də ola bilər.
Ona görə də uşağın o andakı mövqeyi valideyn tərəfindən müəyyənləş‐
dirilməyə bilər. Ancaq qarşımıza çıxan hirsli halların ortaq nöqtələri bizi
hirsin yaranma səbəbləri barədə xəbərdar edə bilər. Uşaq və yeniyetmələ‐
rin hirslə bağlı psixoloji‐emosional vəziyyətlərini nəzərə alıb, psixoloqlar
onu bir neçə mərhələyə bölüblər.
Birinci əlamət uşaqlarda yaranan qorxu‐
dur. İkinci əlamət isə hirsin yaratdığı fizioloji
dəyişikliklərdir: ürək döyüntülərinin və tə‐
nəffüs sisteminin pozulması, əllərin tərləməsi,
qan dövranının sürətlənməsi baş verir. Bunlar
xaricdən görünmür, sadəcə fərdin özü hiss
edir. Hər iki əsas bütün insanlarda eynidir.
Üçüncü əlamət hirs reaksiyalarıdır ki, eyni
uşaqlarda fərqli zamanlarda və fərqli hallarda
baş verə bilər. Hirsin son əsası hirsi meydana
gətirən hadisədir. Hər uşaq üçün fərqli olan
bu əsas, eyni uşaq üçün içində olduğu hal ilə
bağlı fərqlilik göstərə bilər. Hirsə səbəb olan
ən əhəmiyyətli təsir, istənilən hədəfə çatmağın
qarşısının alınmasıdır. Uşaqların istədiyi oyun‐
caqla oynamasına icazə verilməməsi, anasının
yanından uzaqlaşması kimi bir çox səbəb hirs
yarada bilər.
Yaranan vəziyyətin hirsə səbəb olub‐olmamasını müəyyənləşdirən di‐
gər bir əlamət isə yaşdır. Yaşa bağlı olaraq, uşaq öz dünyasında yeni bir şe‐
yi kəşf edərkən, valideynin onu qorumaq məqsədi ilə etdiyi müdaxilə
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
100
uşaqda əngəllənmə hissi yaradır və nəticədə uğursuzluq baş verdikdə
uşaq əsəbiləşir. Yaş artdıqca hirsin ortaya çıxma tezliyi də azalır.
Hirsin göstəricisi olan ümumi ünsürlər var. Bunlardan biri valideyn‐
lərin uşaq yetişdirmə stimullarıdır. Valideynlərin uşaqlarına verdikləri cə‐
zalar uşaqlardakı hirs və hirsin şiddətini və ya aqressivliyin dərəcəsini də‐
yişdirir. Uşaq işlədiyi günahın arxasınca verilən cəzanın səbəbini anlama‐
lıdır. Əks təqdirdə, haqsızlığa məruz qaldığını zənn edərək hirsin şiddətini
daha da artıracaq və kənara da əks etdirəcək. Belə hal da ruh düşkünlü‐
yünə səbəb olacaq. Cəzanın haqsız olduğunu düşünən uşaq hirsini ya cəza
verənin üstünə, gücü çatmadığı halda isə özündən zəif insanların və ya
əşyaların üstünə tökəcək. Ayrıca, valideynlərin verdikləri cəzalar uşaqların
reaksiyalarını və şiddətlərini müəyyənləşdirir. Uşağın istəyinə qarşı veri‐
lən cəzanın şiddəti cəzanın tipindən daha əhəmiyyətlidir. Qüvvətli bir is‐
tək qarşısında yüngül cəzaya məruz qalan uşaq oxşar hallarda da cəzaya
baxmayaraq, eyni halı təkrarlayır. Çünki alacağı cəza istəyinin qarşısını ala
bilməz. Amma qarşılaşacağı cəzanın şiddəti istəyinin şiddəti ilə eyni olar‐
sa, bu hal təkrarlanmaz. Valideynlərin stimullarının hirsin ortaya çıxma‐
sına və şiddətinin dərəcəsinə təsirli olan digər hal isə model seçməkdə qar‐
şımıza çıxır. Uşaqlar ilk olaraq hərəkətlərinə istiqamət vermək üçün model
olaraq valideynlərini seçirlər və onları təqlid edirlər. Valideynlərin hirsli
vaxtlarında etdikləri hərəkətlər uşaqları üçün bir model təşkil edəcək. Be‐
ləliklə, valideynlər istəmədən də uşaqlarına təcavüzkarlığı öyrədə bilərlər.
Valideynlər verdikləri cəzada çox sərt hərəkət etdikdə və ya ortadakı halı
qaldırmaq üçün sərt reaksiyalar verdikdə uşaqdakı təcavüzkarlığın şiddəti
daha da artar. Bunun üçün də uşaqlara qayğı ilə yanaşmalıyıq.
Hirs fərqli şəkillərdə ortaya çıxsa da, uşaqlarda ümumi görülən reak‐
siya şəkilləri var. Körpələr hirs reaksiyalarını ibtidai fiziki hərəkətlərlə gös‐
tərir. Dörd yaşından əvvəl hirs məqsədə yönəlmiş olmaqdan daha çox, bir
“partlama” xarakterlidir. Dörd yaşından sonra isə qazanılan təcrübələrə
dayanaraq hirs saylarında azalma görünür. Uşaq göstərdiyi reaksiyanın
kənardakılar tərəfindən təsdiqlənmədiyini gördüyü zaman hirsini nəzarət
altına alır və küsmə, sifət göstərmə, mızıldanma kimi reaksiyalar göstər‐
məyə başlayır və hirsləndiyi zaman əşya ilə hadisədən intiqam almağa
çalışır. Bunlara dil də əlavə edilir. Dilin inkişafı ilə uşaq, hirsini bildirmək
üçün dilini də istifadə etməyə çalışır. Məktəb yaşına çatan uşaqlarda dil
daha təsirli bir ifadə şəklidir. Əvvəlcə istifadə etdiyi fiziki təcavüzlərin çox
reaksiyaya səbəb olduğunu və təsdiqlənmədiyini görən uşaq söyüş söy‐
mək, ya da lağ eləmək kimi sözlü təsirlərdən istifadə etməyi seçə bilir.
Uşağı çox qəzəbləndirdikdə hirsini daha kiçik uşaqlardan, heyvanlardan
Dostları ilə paylaş: |