Uşaqların yuxulara baxışı
173
dükləri obyektlərə bağlayırlar. Bunun səbəbini axtardıqda bu nəticəyə gəl‐
mək olur ki, bəzi uşaqlar yuxuları bir cəza kimi görürlər. Yəni onlar bir ya‐
ramaz iş etdikdə yuxu görürlər və bununla da onlar cəzalandırılırlar. Aşa‐
ğıdaki misal buna nümunədir.
BAG (7) :
−
Yuxunu kim göndərir?
−
Allah.
−
Necə?
−
O gecəni əmələ gətirir və bizim qulağımıza pıçıldayır.
−
Yuxular necə düzəldilir?
−
Sözlərlə.
−
Bəs onların maddəsi nədir?
−
Hərflər.
Bob bir yuxusunu danışır. O, yuxusunda oğru görür.
−
Bu yuxu haradan gəldi?
−
Allah göndərdi.
−
Nə üçün?
−
Məni cəzalandırmaq üçün. Çünki mən anamı incitmişdim.
SCİ (6) :
−
Biz niyə yuxu görürük?
−
Çünki işıq onları düzəldir.
−
Nə üçün?
−
Bizə cəzamızı vermək üçün.
−
Nə üçün?
−
Bizi ağıllı etmək üçün.
Bu misallardan görürük ki, uşaq üçün onun yuxusu təsadüfi hadisə
deyil, daha çox hisslərinin nəticəsidir. Bəzi valideynlər uşaqların bu inan‐
cından istifadə edərək yuxularının onların etdiklərinin cəzasını çəkdirmək
olduğuna inandıracaq qədər səhv hərəkət edirlər.
Məsələn, Sci, yuxularının heç bir mənəvi nəticəsi olduğuna inanmasa
da bir səbəbi və hədəfi olduğuna inanır. Giamb isə yuxusunun səbəbinin
yuxuda gördükləri şəxslərin etdikləri günah işlər olduğuna inanır. Giamb,
Mont və Metr yuxuda gördükləri görüntüləri onları təsvir etdikləri real
varlıqlar ilə əlaqələndirirlər. Giamb yuxuların törəmə yerinin başı olduğu‐
na inansa da, yuxusunun otaqda və ya baş verdiyi yerdə olduğunu qəbul
edir. Sonra da o, yuxunun səbəbinin yuxuda gördüyü şəxslərin etdiyi hə‐
rəkətlər olduğunu deyir.
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
174
Biz belə bir nəticəyə gəlirik ki, bu uşaqlar yuxulara xəyal və illüziya
olaraq baxsalar da, görüntünün fiziki varlığına inanırlar. Və bu fiziki varlıq
təsvir etdiyi obyektdən törəyir. Necə ki, sözlər aid olduğu obyektlərə və
eyni zamanda, bizə yaxındır, eləcə də görüntülər təsvir etdikləri otağın
içindədir. Bu o demək deyil ki, bu qrup uşaqlar yuxuda gördükləri görün‐
tüləri canlı və şüurlu varlıq olaraq qəbul edirlər. Yox, sadəcə, onlar hələ
görüntünün fikrin əmələ gətirdiyi bir varlıq olduğuna inanacaq səviyyədə
deyillər. Uşaqlar gördükləri yuxunun təsadüfi deyil, onları cəzalandırmaq
üçün olduğuna inanırlar.
Yuxunun emosional aspekti ondan ibarətdir ki, uşaqlar yuxuda gördük‐
ləri əşyaları deyil, şəxsləri yuxularının səbəbi kimi qəbul edirlər. Məsələn,
uşaq əgər ayın və ya gecənin günəşi göndərdiyinə inanırsa, bu onların yu‐
xuda ayı və ya gecəni gördüyünə dəlalət etmir. Ancaq yuxunu filan şəxs
göndərdi deyirsə, demək həmin şəxsi yuxuda görüb. Bu daha realist bir
baxışdır. Çünki görüntü insan qaynaqlıdırsa, o görüntünün fiziki varlığına
inanmaq daha asandır, nəinki görüntünün digər əşyalardan törəməsinə.
Çünki insanın görünməsi hiss və emosiyalar ilə daha çox əlaqəli və realdır.
Ümumiyyətlə, görüntü haqqında uşaqların fikirləri maraqlıdır.
14 yaşlı Dan uşaqlıqda heykəllərin canlı olmadığı haqqında ancaq dü‐
şünə bilərdi. Və ya şəkilli otaqda insanın tək olmadığına inandığını xatır‐
layır.
2 yaşlı Dar divardan asılmış rəsm yerə düşəndə ağlayıb, çünki düşünüb
ki, şəkildəki qızlar zədə alıblar.
Bu uşaqlar tərəfindən görüntü ilə görüntünün qaynağı arasındaki əlaqə,
həm də adlar və adların verildiyi əşyalar arasındakı əlaqə kimi başa düşülür.
Bütün uşaqlar ilk dəfə yuxu gördükdə onun reallığına inanırlar. Sonra
ətrafındakılar və valideynlərinin təsiri nəticəsində onlar bu fikirdən daşı‐
nırlar.
14 yaşlı Danın ailəsində inanclara yer yoxdur. O deyir ki, yuxu onun
üçün real bir şey idi. Başqa bir dünya... Hər kəs yuxuya gedəndən sonra o
dünyaya səyahət edir. Fiziki olaraq yatağında qalsa da, özü bütünlüklə o
dünyadadır.
Məsələn, o, yuxuda dəfələrlə pişikləri gördüyünü xatırlayır. Bu pişiklər
onun arxasınca gəlirdilər. Bu, onu çox qorxudurdu. Ancaq real həyata qa‐
yıtmaq üçün onun bir silahı var idi. O özünü yerə atırdı və sonra ayılırdı.
Ayılan kimi hələ də qorxu içində olan Dan pişiklərin onu yediyini dü‐
şünürdü.
Uşaqların yuxulara baxışı
175
Uşaq vaxtı Dan əksər uşaqların hiss etdiyi özünə qəriblik, şəxsiyyətin
itirilməsi, hər şeyin məcburi bir səbəbdən dolayı baş vermə ideyası, hər şe‐
yin öncədən qərarlaşdırıldığı, insanın etdiyi hərəkətə görə məsuliyyət daşı‐
madığı və bu səbəbdən də cəzaların olmaması fikrini daşıyırdı. Eyni xüsu‐
siyyətləri, o, yuxu üçün də fikirləşirdi. Sanki yuxu ikinci bir dünyadır. Və
bu dünyada hər şey yuxu görənin iradəsi xaricində baş verir.
Danın dediklərində nə qədər həqiqət olduğunu demək çətindir. Ancaq
bu qərara gəlmək olar ki, uşaqlığın birinci dövründə onlar yuxudakı görün‐
tüləri ağlın xaricində və görüntünün mənbəyindən törəyən fiziki varlıq
kimi qəbul edirlər.
İkinci dövr. Yuxunun mənbəyi bizik, ancaq yuxu yenə də bizim xari‐
cimizdədir.
Bu mərhələ birincidən daha maraqlıdır. Çünki uşaq realizminin ən kəs‐
kin formasını əks etdirir. Bu səviyyədə olan uşaqlar artıq yuxunun da‐
xildən törəyən bir şey olduğunu anlayırlar. Ancaq onlar yuxuya xarici bir
varlıq verir və onun otaqda, onların yanında olduğuna inanırlar.
Əksər hallarda uşaqlar müstəqil olaraq bu qənaətə gəlirlər ki, yuxu
görmələrinin səbəbi onların fikirləri və ya başları ilə əlaqədardır. Yuxuların
reallıqla olan ziddiyyətinə görə, onlar yuxuları ruhi şey olmasa da, ən
azından reallıqdan uzaq olan və daha çox danışıq, görüntü və düşüncə ilə
bağlı bir şey kimi qəbul edirlər.
Aşağıdakı misallar birinci və ikinci dövr arasında keçid dövrünü yaşa‐
yan uşaqlara aiddir.
HORN (5; 3) :
−
Sən bilirsən yuxu görmək nədir?
−
Bəli. İnsanları görəndə yuxu görürsən.
−
Yuxu haradadır?
−
Tüstüdə.
−
Hansı tüstüdə?
−
Yataq ağlarından gələn tüstüdə.
−
Yuxular haradan gəlir?
−
Buradan (mədəsini göstərir)
−
Bəs onda necə olur ki, yuxu görəndə onlar yataq ağlarında olur.
−
Çünki sən elə bilirsən.
Horn onu da əlavə edir ki, yuxu gözün qarşısına bir neçə santimetr aralı
gəlir. O, düşüncənin ağız ilə aparılmasına inanmasa da, onu döş qəfəsində
Dostları ilə paylaş: |