Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

Uşaqların yuxulara baxışı 
 
 
173 
dükləri obyektlərə bağlayırlar. Bunun səbəbini axtardıqda bu nəticəyə gəl‐
mək olur ki, bəzi uşaqlar yuxuları bir cəza kimi görürlər. Yəni onlar bir ya‐
ramaz iş etdikdə yuxu görürlər və bununla da onlar cəzalandırılırlar. Aşa‐
ğıdaki misal buna  nümunədir.  
BAG (7) : 

 
Yuxunu kim göndərir? 

 
Allah.  

 
Necə? 

 
O gecəni əmələ gətirir və bizim qulağımıza pıçıldayır.  

 
Yuxular necə düzəldilir? 

 
Sözlərlə.  

 
Bəs onların maddəsi nədir? 

 
Hərflər.  
Bob bir yuxusunu danışır. O, yuxusunda oğru görür.  

 
Bu yuxu haradan gəldi? 

 
Allah  göndərdi.  

 
Nə üçün? 

 
Məni cəzalandırmaq üçün. Çünki mən anamı incitmişdim.  
SCİ (6) : 

 
Biz niyə yuxu görürük? 

 
Çünki işıq onları düzəldir.  

 
Nə üçün? 

 
Bizə cəzamızı vermək üçün.  

 
Nə üçün? 

 
Bizi ağıllı etmək üçün.  
Bu  misallardan  görürük  ki,  uşaq  üçün  onun  yuxusu  təsadüfi  hadisə 
deyil, daha çox hisslərinin nəticəsidir. Bəzi valideynlər uşaqların bu inan‐
cından istifadə edərək yuxularının onların etdiklərinin cəzasını çəkdirmək 
olduğuna inandıracaq qədər səhv hərəkət edirlər.  
Məsələn,  Sci,  yuxularının  heç  bir  mənəvi  nəticəsi  olduğuna  inanmasa 
da  bir  səbəbi  və  hədəfi  olduğuna  inanır.  Giamb  isə  yuxusunun  səbəbinin 
yuxuda gördükləri şəxslərin etdikləri günah işlər olduğuna inanır. Giamb, 
Mont  və  Metr  yuxuda  gördükləri  görüntüləri  onları  təsvir  etdikləri  real 
varlıqlar ilə əlaqələndirirlər. Giamb yuxuların törəmə yerinin başı olduğu‐
na inansa da, yuxusunun otaqda və ya baş verdiyi yerdə olduğunu qəbul 
edir. Sonra da o, yuxunun səbəbinin yuxuda gördüyü şəxslərin etdiyi hə‐
rəkətlər olduğunu deyir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
174 
Biz  belə  bir  nəticəyə  gəlirik  ki,  bu  uşaqlar  yuxulara  xəyal  və  illüziya 
olaraq baxsalar da, görüntünün fiziki varlığına inanırlar. Və bu fiziki varlıq 
təsvir  etdiyi  obyektdən  törəyir.  Necə  ki,  sözlər  aid  olduğu  obyektlərə  və 
eyni  zamanda,  bizə  yaxındır,  eləcə  də  görüntülər  təsvir  etdikləri  otağın 
içindədir. Bu o demək deyil ki, bu qrup uşaqlar yuxuda gördükləri görün‐
tüləri  canlı  və  şüurlu  varlıq  olaraq  qəbul  edirlər.  Yox,  sadəcə,  onlar  hələ 
görüntünün fikrin əmələ gətirdiyi bir varlıq olduğuna inanacaq səviyyədə 
deyillər.  Uşaqlar  gördükləri  yuxunun  təsadüfi  deyil,  onları  cəzalandırmaq 
üçün olduğuna inanırlar.  
Yuxunun emosional aspekti ondan ibarətdir ki, uşaqlar yuxuda gördük‐
ləri əşyaları deyil, şəxsləri yuxularının səbəbi  kimi qəbul edirlər. Məsələn, 
uşaq əgər ayın və ya gecənin günəşi göndərdiyinə inanırsa, bu onların yu‐
xuda  ayı  və  ya  gecəni  gördüyünə  dəlalət  etmir.  Ancaq  yuxunu  filan  şəxs 
göndərdi  deyirsə,  demək  həmin  şəxsi  yuxuda  görüb.  Bu  daha  realist  bir 
baxışdır. Çünki  görüntü insan qaynaqlıdırsa, o görüntünün fiziki varlığına 
inanmaq  daha  asandır,  nəinki  görüntünün  digər  əşyalardan  törəməsinə. 
Çünki  insanın görünməsi hiss və emosiyalar ilə daha çox əlaqəli və  realdır.  
Ümumiyyətlə,  görüntü haqqında uşaqların fikirləri maraqlıdır.  
14  yaşlı  Dan  uşaqlıqda  heykəllərin  canlı  olmadığı  haqqında  ancaq  dü‐
şünə  bilərdi.  Və  ya  şəkilli  otaqda  insanın  tək  olmadığına  inandığını  xatır‐
layır.  
2 yaşlı Dar divardan asılmış rəsm yerə düşəndə ağlayıb, çünki düşünüb 
ki,  şəkildəki qızlar zədə alıblar.  
Bu uşaqlar tərəfindən görüntü ilə görüntünün qaynağı arasındaki əlaqə, 
həm də adlar və adların verildiyi əşyalar arasındakı əlaqə kimi başa düşülür.  
Bütün uşaqlar ilk dəfə yuxu gördükdə onun reallığına inanırlar. Sonra 
ətrafındakılar  və  valideynlərinin  təsiri  nəticəsində  onlar  bu  fikirdən  daşı‐
nırlar.  
14  yaşlı  Danın  ailəsində  inanclara  yer  yoxdur.  O  deyir  ki,  yuxu  onun 
üçün real bir şey idi. Başqa bir dünya... Hər kəs yuxuya gedəndən sonra o 
dünyaya  səyahət  edir.  Fiziki  olaraq  yatağında  qalsa  da,  özü  bütünlüklə  o 
dünyadadır.  
Məsələn, o, yuxuda dəfələrlə pişikləri gördüyünü xatırlayır. Bu pişiklər 
onun arxasınca gəlirdilər. Bu, onu çox qorxudurdu. Ancaq  real həyata qa‐
yıtmaq üçün onun bir silahı var idi. O özünü yerə atırdı və sonra ayılırdı. 
Ayılan  kimi  hələ  də  qorxu  içində  olan  Dan  pişiklərin  onu  yediyini  dü‐
şünürdü.  


Uşaqların yuxulara baxışı 
 
 
175 
Uşaq vaxtı Dan əksər uşaqların  hiss etdiyi özünə qəriblik,  şəxsiyyətin 
itirilməsi, hər şeyin məcburi bir səbəbdən dolayı baş vermə ideyası, hər şe‐
yin öncədən qərarlaşdırıldığı, insanın etdiyi hərəkətə görə məsuliyyət daşı‐
madığı və bu səbəbdən də cəzaların olmaması fikrini daşıyırdı. Eyni xüsu‐
siyyətləri, o, yuxu üçün  də fikirləşirdi. Sanki yuxu  ikinci  bir dünyadır.  Və 
bu dünyada hər şey yuxu görənin iradəsi xaricində baş verir.  
Danın dediklərində nə qədər həqiqət olduğunu demək çətindir. Ancaq 
bu qərara gəlmək olar ki, uşaqlığın birinci dövründə onlar yuxudakı görün‐
tüləri  ağlın  xaricində  və  görüntünün  mənbəyindən  törəyən  fiziki  varlıq 
kimi qəbul edirlər.  
İkinci  dövr.  Yuxunun  mənbəyi  bizik,  ancaq  yuxu  yenə  də  bizim  xari‐
cimizdədir.  
Bu mərhələ birincidən daha maraqlıdır. Çünki uşaq realizminin ən kəs‐
kin  formasını  əks  etdirir.  Bu  səviyyədə  olan  uşaqlar  artıq  yuxunun  da‐
xildən  törəyən  bir  şey  olduğunu  anlayırlar.  Ancaq  onlar  yuxuya  xarici  bir 
varlıq verir və onun otaqda, onların yanında olduğuna inanırlar.  
Əksər  hallarda  uşaqlar  müstəqil  olaraq  bu  qənaətə  gəlirlər  ki,  yuxu 
görmələrinin səbəbi onların fikirləri və ya başları ilə əlaqədardır. Yuxuların 
reallıqla  olan  ziddiyyətinə  görə,    onlar  yuxuları  ruhi  şey  olmasa  da,  ən 
azından reallıqdan uzaq olan və daha çox danışıq, görüntü və düşüncə ilə 
bağlı bir şey kimi qəbul edirlər.  
Aşağıdakı misallar birinci və ikinci dövr arasında keçid dövrünü yaşa‐
yan uşaqlara aiddir.  
HORN (5; 3) : 

 
Sən bilirsən yuxu görmək nədir? 

 
Bəli. İnsanları görəndə yuxu görürsən.  

 
Yuxu haradadır? 

 
Tüstüdə.  

 
Hansı tüstüdə? 

 
Yataq ağlarından gələn tüstüdə.  

 
Yuxular haradan gəlir? 

 
Buradan (mədəsini göstərir) 

 
Bəs onda necə olur ki, yuxu görəndə onlar yataq ağlarında olur.  

 
Çünki sən elə bilirsən.  
Horn onu da əlavə edir ki, yuxu gözün qarşısına bir neçə santimetr aralı 
gəlir. O, düşüncənin ağız ilə aparılmasına  inanmasa da, onu döş qəfəsində 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə