Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   55   56   57   58   59   60   61   62   ...   75

Uşaqların yuxulara baxışı 
 
 
165 
3.   9‐10 yaşlı uşaqların fikrincə, yuxu  fikrin məhsuludur və beyinin içində 
baş verir.  
Birinci bölmə: Yuxu xaricdən gəlir və xaricdə qalır. Bu ona görədir ki, 
uşaq  birinci  dəfə  yuxunu  reallıqla  qarışdırır.  Oyandıqdan  sonra  da  yuxu 
baş verir və real olur. Onlar yaddaş ilə yuxu yaddaşını qarışdırırlar. Hamı 
bilir ki, qarabasma ilə oyanan uşağı sakitləşdirmək necə çətindir və bunun  
real  olmadığını  anlatmaq  qeyri‐mümkündür.  Biri  uşaqlıqda  gördüyü  yu‐
xunu  nəql  edir:  “Uşaq  vaxtı  inanırdım  ki,  qatar  həqiqətən  də  mənim  üzə‐
rimdən keçir. Bu səhnəni tam olaraq xatırlaya bilirəm: qatar relsi valideyn‐
lərimin  yaşadığı  yerə  kifayət  qədər  yaxın  idi.  Anam  uşağı  beşiyə  qoyub 
qatar  yolunu  təzəcə  keçmişdi  ki,  qatarın  mənim  üzərimə  gəldiyini  hiss 
etdim.  Özümü  güclə  arxaya  atdım  və  hələ  də  qarşımdan  sürətlə  keçən 
qatarı gözümün önünə gətirirəm. Sonda mən oyandım, anamı səslədim və 
ona yenidən qovuşdum. 12 yaşıma qədər bu səhv düşüncələrə inanırdım”.  
Başqa  vaxtlar  isə  xəyal  sadəcə,  bizim  qarşımızda  olmaq  üçün  düşünü‐
lür.  Eyni  şəkildə,  bizim  əməkdaşlarımızdan  biri  uşaqlığında  valideynlə‐
rinin onu dənizdə boğmaq istədiyinə inanıb. Burada yenə də yaddaşındakı 
o görüntü yuxunu ifadə edir.  
Mille Feigin uşaqların yuxunu reallıqdan necə ayırdığını araşdırır. O bu 
nəticəyə gəlmişdir ki, 9 yaşına kimi uşaqların mühakiməsində əsas  yuxu‐
ların cəfəngiyatı deyil, tam əksinə, reallığın faktları ilə ziddiyyət və başqa‐
larının fikirlərinə qarşı çıxma qalır. Bu, erkən yaşlarda daha çox əhəmiyyət 
daşıyır. Ancaq sorğu həm də onu göstərir ki, reallıq və yuxunu fərqləndir‐
mək asan deyil və xüsusilə emosional yuxular reallıqla  tez ‐tez qarışdırılır.  
Bəs onda ilk dəfə yuxu ilə reallığın fərqinə vardıqda uşaq onu necə izah 
edir? Şübhəsiz, o yuxuya “aldadıcı reallıqdır” deyəcəkdir – epinal şəkillər‐
də olduğu kimi. Bu şəkillərdə olmayan şeylər göstərilib – yuxu. Ancaq onun 
təsvir etdiyi varlıqlar‐kağız və boya – sırf reallıqdır. Sully qaranlıq olan bir 
otağa getmək istəməyən  uşağın qeyri‐iradi reaksiyasını qeyd edir – “çünki 
o otaq yuxularla doludur... ” 
Banf:  “yuxu  işıqlardan  düzəldilmişdir”,  –  deyir.  Bu  işıqlar  “kiçik  lam‐
palar,  kiçik  velosiped”  kimidir  (yəni  axşamlar  velosipedlər  üzərində  olan 
işıqlar kimi). Bu işıqlar aydan gəlir. Başqa sözlə, Banf yuxularını əmələ gə‐
tirən işıqları, ay ilə – ən gözə çarpan işıq qaynağı ilə eyni tutur.  
HAD (6; 6): 

 
Sən bilirsən yuxu nədir? 

 
Sən yuxudasan. Nəsə görürsən.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
166 

 
Haradan gəlir? 

 
Səmadan.  

 
Sən onu görə bilirsən? 

 
Yox (!).... həə, yuxuda olanda.  

 
Mən də yatsaydım, yuxunun haradan gəldiyini görərdim.  

 
Yox.  

 
Niyə yox? 

 
Çünki sən yuxuda olmayacaqdın.  

 
Sən ona toxuna bilərsən? 

 
Yox.  

 
Niyə yox? 

 
Ona  görə  ki,  o  bizim  qarşımızdadır.  Sən  yuxuda  olanda  yuxu  görürsən, 
ayıq olanda isə yox.  
KUN (7; 4) : 

 
Yuxular “gecədən gəlir”.  

 
Onlar hara gedir? 

 
Hər yerə 

 
Sən nə ilə yuxu görürsən? 

 
Ağzım ilə.  

 
Yuxu haradadır? 

 
Gecədə.  

 
Yuxu harada baş verir? 

 
Hər yerdə, otaqlarda, evlərdə.  

 
Daha dəqiq harada? 

 
Yataqda.  

 
Sən onu görə bilərsən? 

 
Yox, yuxu təkcə gecə olur.  

 
Başqa kimsə bilərmi ki, sən yuxu görürsən? 

 
Yox, o bizə çox yaxındır.  

 
Sən ona toxuna bilərsən? 

 
Yox, həmin vaxt mən yuxuda oluram.  

 
Yuxu fikirlərdən əmələ gəlir? 

 
Yox.  

 
O haradadır? 

 
Gecədə.  

 
Gecədə harada? 


Uşaqların yuxulara baxışı 
 
 
167 

 
Yaxında.  

 
O bizim düşündüyümüz fikirlər deyil ki? 

 
Yox.  

 
Kimsə onu görə bilər? 

 
Yox, çünki sən ona baxsan,  o yox olacaq.  
SCİ (6): 

 
Yuxu haradan gəlir? 

 
Gecədən.  

 
O nədir? 

 
O, axşamdır.  

 
Gecə necədir? 

 
Qara.  

 
Yuxular necə əmələ gəlir? 

 
Sən gözünü yumanda yuxu görürsən.  

 
Necə? 

 
Bilmirəm.  

 
Yuxular harada düzəldilir? 

 
Bax, orada  (pəncərəni göstərir).  

 
Yuxular nədən əmələ gəlir? 

 
Qaradan.  

 
Bəli, ancaq nədən? 

 
İşıqdan.  

 
Onlar hardan gəlir? 

 
Çöldəki işıqlardan. 

 
İşıqlar haradadır? 

 
Orada (küçə işıqlarını göstərir).  
BOURG (6): 

 
Sən nə vaxt yuxu görürsən? 

 
Gecə.  

 
Sən yuxunu harada görürsən? 

 
Səmada.  

 
Bəs sonra? 

 
Yuxu gecələr gəlir.  

 
Yuxuya toxuna bilərsən? 

 
Yox, sən görə bilməzsən... sonra da ki, yatırsan axı...  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə