Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

Uşaqların yuxulara baxışı 
 
 
171 
Uşaqlarla  aparılan  sorğu‐suallar  göstərir  ki,  onların  fikirləri  bir‐birin‐
dən fərqli olsa da, ana xətti etibarilə onlar eynidirlər. Bu uşaqlar üçün yuxu 
xaricdən gələn və gözlərinin önündə canlanan şəkillər və ya işıqdır. Şəkillər 
real hadisələri əks etdirmə baxımından xəyal olaraq qalır, ancaq fiziki var‐
lıq  etibarı  ilə  onlar  mövcuddur.  Yəni  onlara  görə,  bu  görüntülər  sırf  fiziki 
varlığa sahibdir və heç bir şəkildə əqli varlığı yoxdur.  
Əsas sual belə verilirdi: “Əgər səndən başqa biri eyni otaqda olsaydı, o 
da  sənin  gördüyünü  görə  bilərdi?”  Ən  realist  uşaqlar  bu  suala  müsbət 
cavab verdilər. Çünki onlar fikirləşirlər ki, yuxu  iştirak edən obyektlərdən 
törəyən  və  fiziki  varlığı  olan  görüntülərdir.  Bu  görüntülər  gecə  vaxtı  gəlir 
və onların xaricində bir yerdə, məsələn, otaqda yığışır. Ona görə də başqa‐
ları  onu  görə  bilər.  Ancaq  digərləri  bu  fikri  rədd  edirlər.  Maraqlıdır  ki, 
onlar  özlərinin də bu yuxuları ayıq halda görə bilməyəcəklərinə inanırlar. 
Ona  görə  ki,  suala  cavab  verdikləri  zaman  yuxuda  gördükləri  haqqında 
yox, yuxunu əmələ gətirən səbəblər haqqında düşünürdülər. Bourga görə, 
gecə olduğuna görə, yuxunu görə bilməzsən..   Onun otağındadır deyə, fi‐
kirləşdiyi şey yuxunun səbəbidir. Bu o demək deyil ki, o, yuxunun beynin‐
də olduğunu düşünür. Onlar yuxu gördükləri zaman gözlərinin qapalı ol‐
duğunu  bilsələr  də,  yenə  də  yuxunu  gözləri  ilə  gördüklərinə  inanırlar. 
Montun nümayəndəsi olduğu qrupdakı uşaqlardan fərqli olaraq, bu qrup‐
dakı  uşaqlar  subyektivliyin  başlanğıcındadırlar,  ancaq  onlar  yenə  də  rea‐
listdirlər. İkinci qrup uşaqlardan fərqli olaraq, birinci qrup uşaqlar hələ də 
sadə realizmin təsiri altındadırlar. Düzdür, ikinci qrup uşaqlarda da bu var, 
ancaq ifadə etmək istədikləri zaman çətinlik çəkirlər.  
Yuxunun yerini bilməkdə də iki qrupun fərqli cavabı var. Birinci qrup‐
dakı uşaqlar yuxunun onun baş verdiyi yerdə olduğuna inanırlar. Məsələn, 
əgər yuxu küçədəki adam haqqındadırsa, onda yuxu küçədədir. Ancaq, o, 
real deyil, yəni illüziyadır. Ancaq görüntünün fiziki varlığı da  mövcuddur. 
Çünki  onlar  “olmaqla”  “görünmək”  arasındakı  fərqi  tam  dərk  etmirlər. 
Yəni  yuxuda  küçəni  görürəm,  ona  görə  də  yuxu  küçədədir.  Ancaq  yuxu‐
nun illüziya olduğunu bilən uşaqlarda bu bir az fərqlidir. Yəni, onlar həm 
də  yuxunun  öz  otaqlarında  olduğunu  düşünürlər.  Bunun  səbəbi  isə  mən‐
tiqlərinin onlara qalib gəlməsidir.  
İkinci qrup isə, sadəcə olaraq, yuxunun otaqlarında yerləşdiyinə inanır‐
lar.  Çünki  bu  uşaqların  düşüncəsi  yuxunun  real  olmadığını  anlayacaq 
dərəcədə inkişaf etsə də, görüntünün daxili bir təsvir olduğunu başa düşə‐
cək  qədər  inkişaf  etməyib.  Ona  görə  də  yuxunun  yerinin  otaq  olduğuna 
inanmaq realizmin  subyektivizm ilə əvəz olduğuna  inanmaqdır. Həqiqəti 
görüntüdən ayıra bilən bu qrup uşaq hələ də görüntünün mahiyyətini tam 
başa düşə bilmir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
172 
Görüntüyə  xarici,  fiziki  varlıq  kimi  baxmaq  çox  maraqlıdır  və  uşaqlar 
buna  inanırlar.  Məsələn,    yuxunu  “gördüyün  şəkillər”  olaraq  başa  düşən 
Barb,  bizim  təklifimizə  baxmayaraq,  yuxunun  öz  daxilində  olduğunu  heç 
cür qəbul etmir—“O mənim içimdə ola bilməz, çünki elə olsaydı, mən onu 
görə bilməzdim”.  
Metr (5) : 
‐ Yuxu sənin başının içindədir? 
‐ Yox, mən yuxunun içindəyəm, yuxu mənim başımda deyil.  
Bu,  çox  maraqlıdır.  Yəni  yuxu  sanki  məni  içinə  alan  bir  şeydir  və  o 
mənim  içimdə  ola  bilməz.  Metr  “yataqda  olmaq”  və  “yataqda  olduğunu 
bilmək” arasındakı fərqi tam anlayır – “Sən yataqdasan ancaq bunu bilmir‐
sən”.  O,  yuxunun  real  olmadığını  tam  anlayır.  Və  özünün  də  yuxuda  gö‐
rüntüsü ilə təsvir olunduğunu qəbul edir. Ancaq  yenə də bu görüntünün 
qaynağı, yəni  törədiyi subyekt özüdür. Bu o deməkdir ki, o,  yuxuda gör‐
dükləri  görüntülər  ilə  həmin  görüntülərin  əsli  arasında  bir  bağlılıq  oldu‐
ğuna inanır.  
Bu  misallardan  anlayırıq  ki,  bu  qrup  uşaqlar  yuxuların  özlərindən  kə‐
narda bir yerdə görüntüdən ibarət olduğuna və bu görüntünün daimi ola‐
raq onların fiziki varlığından törədiyinə inanır (yəni canlı yayında olduğu 
kimi).  
Sonrakı maraqlı məqam yuxunun “maddəsi” haqqında uşaqların fikir‐
ləridir. Bu barədə hər iki qrup uşaqların fikirləri oxşardır. Ancaq birindən 
başqa burada uşaq yuxunun gecədən və ya qaradan ibarət olduğuna inanır. 
Bu  inanc  yuxunun  xarici  varlığına  inanmaqla  bağlıdır.  Yuxu  çöldən  gəlir. 
Yəni  gecədən.  Ona  görə  də  yuxunun  maddəsi  də  gecədir.  Başqa    hallarda 
isə yuxunun maddəsi olaraq onun təşkil etdiyi əsas obyektlər göstərilir. Yu‐
xuda  olan  vizual  görüntülərdən  təsirlənən  uşaqlar  –  hansı  ki,    əksəriyyət 
təşkil  edir  –  yuxunun  maddəsinin  işıq  olduğuna  inanırlar.  Yuxusunda  səs 
eşidənlər onun sözlərdən, yəni havadan ibarət olduğuna inanırlar.  
Yuxunun  qaynağını  araşdırdıqda  iki  tip  cavab  görürük.  Birinci  qrup 
uşaqlar ya heç bir izah vermir, ya da onların izahı, sadəcə olaraq, yuxunun 
maddəsi  kimi  düşündükləri  şey  ilə  eynidir.  Məsələn,  uşaq  deyə  bilər  ki, 
yuxu çöldən, səmadan, gecədən və ya otaqdan gəlir. Bunların hamısı eyni 
şeydir. Əgər uşaq yuxunun parlaq olduğunu vurğulayırsa, təbii şəkildə o, 
yuxusunun qaynağı kimi ayı, günəşi, küçə işıqlarını göstərir.  
Ən maraqlısı, bəzi uşaqlar yuxunun onların yuxuda gördükləri adamlar 
tərəfindən düzəldildiyinə inanır. Məsələn, Monta görə, yuxusunun qaynağı 
yuxuda gördüyü adamdır. Bu tip uşaq yuxularının qaynağını yuxuda gör‐


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə