Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
168 

 
Yaxşı, bəs yuxuda olmasan? 

 
Onda yuxu görə bilməzsən...  

 
Sən yatarkən gördüyün yuxuları başqaları görə bilər? 

 
Yox, çünki onda yuxuda olursan.  

 
Niyə sən onu görə bilməzsən? 

 
Çünki gecədir.  

 
Yuxular haradan gəlir? 

 
Səmadan.  

 
Yuxu görmək üçün otaqda nəsə olmalıdır? 

 
Sən onu aydın görə bilməzsən, çünki sən həmin vaxt yuxudasan və gecə‐
dir, yəni qaranlıqdır. Ancaq kimsə  onu görə bilməlidir… 
BARB (5. 1/2): 

 
Sən heç yuxu görürsən? 

 
Bəli, mən yuxuda görmüşdüm ki, əlimin içində deşik var.  

 
Yuxular həqiqətdir? 

 
Yox, onlar bizim gördüyümüz şəkillərdir.  

 
Onlar haradan gəlir? 

 
Allahdan.  

 
Sən yuxu görəndə ağzın açıq olur, yoxsa bağlı? 

 
Bağlı.  

 
Mən sənin gördüyün yuxuları görə bilərəm? 

 
Yox, çünki həmin vaxt sən çox uzaqda olacaqsan.  

 
Bəs sənin anan? 

 
Bəli, ancaq o, işığı yandırır (yəni mənim yuxumu görəndə).  

 
Yuxu otaqdadır, yoxsa sənin içində? 

 
O mənim içimdə deyil. Necə ola bilər ki? Olsaydı, mən onu görə bilməz‐
dim… (!) 

 
Bəs sənin anan onu görə bilər? 

 
Yooox, o mənimlə yatmır, təkcə balaca bacım mənimlə yatır.  
Zenq (6): 

 
Yuxular haradan gəlir? 

 
Onlar gecədən gəlir.  

 
Yuxu öz‐özünə gəlir? 

 
Yox.  

 
Yaxşı, onu əmələ gətirən nədir? 


Uşaqların yuxulara baxışı 
 
 
169 

 
Gecə.  

 
Yuxu haradadır? 

 
Onlar otaqda düzəldilir.  

 
Yuxular haradan gəlir? 

 
Səmadan.  

 
Yuxular səmada duzəldilir? 

 
Yox.  

 
Onlar harada düzəldilir? 

 
Otaqda...  
RIS (8. 1/2, qız): 

 
Yuxular haradan gəlir? 

 
Gecədən.  

 
Sən yuxu görəndə, yuxun harada olur? 

 
Yatağımda.  

 
Yatağında harada? 

 
Otaqda, çox yaxında, mənim yanımda.  

 
Yuxu haradan gəlir, (yuxunun mənbəyi nədir)? 

 
Gecədən.  

 
Mən əgər yanında olsaydım, gördüyün yuxunu görməli idim? 

 
Yox.  

 
Bəs sən onu görürsən? 

 
Yox.  

 
Yaxşı. Bəs onda o nədir? 

 
… 

 
O nədənsə əmələ gəlir, yoxsa heç nədən əmələ gəlir (yəni fiziki bir varlığı 
var?) 

 
Yox, nədənsə əmələ gəlir.  

 
Kağızdan? 

 
(Gülür... ) Yox.  

 
Bəs nədən? 

 
Sözlərdən.  

 
Bəs sözlər nədir? 

 
(Danışır... ) 

 
Yuxuda danışırsan, düzdür? Bəs o danışıq nədən əmələ gəlir? 

 
Səmadan.  

 
Səmada haradan? 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
170 

 
...  

 
O səmada necə düzəldilir? 

 
 … 

 
Yuxular öz‐özünə gəlir, yoxsa onları kimsə göndərir? 

 
Öz‐özünə gəlir.  

 
Nə üçün yuxu görürük? 

 
Çünki biz bir şey haqqında düşünürük. 
Rissin görüşlərində isə danışıq ilə əlaqədar bir çox fikirlər mövcuddur: 

 
Danışıq nədən əmələ gəlir? 

 
Havadan.  

 
Bəs haradan gəlir? 

 
Havadan.  

 
Bəs yuxu? 

 
Səmadan.  
Mont (7;0) : 

 
Mən orada olsaydım, sənin yuxunu görə bilərdim? 

 
Bəli.  

 
Onlar haradan gəlir? 

 
Çöldən.  

 
Onları nə  göndərir? 

 
İnsanlar.  

 
Sən yuxunda nə görürsən? 

 
Üzərindən maşın keçən adam.  

 
Yuxun sənin qabağındadır, yoxsa içində? 

 
Qabağımda.  

 
Harada? 

 
Pəncərəmin altında. 

 
Mən orada olsaydım, onu görə bilərdim? 

 
Bəli.  

 
Səhər onu görə bildin? 

 
Yox.  

 
Niyə yox? 

 
Çünki o yuxu idi.  

 
Bəs, o yuxu haradan gəlirdi? 

 
...  

 
Onu sən düzəldirdin, yoxsa başqası? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə