Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
190 
10.
 
Əgər  kimsə  mənə  nəyisə  etməyə  icazə  vermirsə,  mən  yenə  də  onu  etməyə 
çalışıram.  
11.
 
İşim düz gətirməyəndə mən səbirsiz oluram.  
12.
 
Mən  şahmat  və  ya  digər  bir  oyun  oynadıqda,  son  gedişə  kimi  mübarizə 
aparıram.  
13.
 
Mübahisə zamanı mən əsasən digərlərinin fikrini dəyişməyə çalışmıram.  
14.
 
Hər  zaman  mənə  tapşırılan  işi  sona  qədər  etməyə  çalışıram,  hətta  çətin‐
liklər yarandıqda belə.  
15.
 
Əgər düz olduğumu bilirəmsə, hər zaman öz fikrimdə qalıram.  
16.
 
Çətin məsələnin həllində yalnız özümə arxayın oluram, digərlərinə yox.  
17.
 
Mübahisə zamanı opponentimin təzyiqi qarşısında tab gətirə bilmərəm.  
18.
 
Əgər düz yolda olmağıma əminəmsə, doğruluğumu sübut etmək üçün hər 
şey etməyə hazıram, hətta mənə mane olsalar belə.  
Cavabların  qiymətləndirilməsi:  1,  3,  4,  7,  8,  10,  12,  14,  15,  16,  18‐də 
verilən  hər  “bəli”  cavabına  və  2,  5,  6,  9,  11,  13,  17‐də  verilən  hər  “xeyr” 
cavabına  görə  1  bal  hesablanır.  Nə  qədər  çox  bal  toplanılarsa,  insan  bir  o 
qədər inadkardır.  
Test 1.4. İsrarlılığın qiymətləndirilməsi 
Metodika Y. P. İlyin və Y. K. Feşenko tərəfindən hazırlanıb.  
Test 
1.
 
Mən  gələcək  üçün  öz  məqsədimi  təyin  etmişəm  və  artıq  onun  həyata  keç‐
məsi üçün iş görürəm.  
2.
 
Mən  qarşıma  qoyduğum  məqsədə  doğru  onun  nə  qədər  uzaq  olmasından 
asılı olmayaraq planlı şəkildə irəliləyirəm.  
3.
 
Uzaq olan məqsədə nail olmaq yolunda qarşıma çıxan maneə məni həvəs‐
dən salır və mənfi təsir göstərir.  
4.
 
Hətta uğursuzluqla qarşılaşanda belə, mən bilirəm ki, məqsədimə nail ola‐
cağam.  
5.
 
Qarşıma  uzaq  məqsədlər  qoymamağa  çalışıram,  çünki  düşünürəm  ki,  bu‐
günlə yaşamaq daha asandır.  
6.
 
Bir neçə dəfə özünü mükəmməlləşdirmə ilə məşğul olmuşam, amma heç bir 
nəticə əldə edə bilməmişəm.  
7.
 
Uğursuzluqlar  məni  həvəsdən  salır  və  mən  qarşıma  qoyduğum  məqsədə 
nail olmaqdan imtina edirəm.  


Uşaqların yuxulara baxışı 
 
 
191 
8.
 
Əgər  qarşıma  vacib  bir  məqsəd  qoymuşamsa,  mənim  qarşımı  almaq  çox 
çətindir.  
9.
 
Məğlubiyyətim məni iki dəfə daha çox qüvvə ilə fəaliyyət göstərməyə sövq 
edir.  
10.
 
Mən  bir  neçə  dəfə  həftəmi  planlaşdırmağa  çalışmışam,  amma  onların  heç 
birində zəif təşkilatçılığa görə, planlaşdırdıqlarıma riayət edə bilməmişəm.  
11.
 
Çətinliklər yaranan zaman mən başladığımı davam etməkdə şübhələnməyə 
başlayıram.  
12.
 
Əgər  başladığım  iş  həftə  və  aylarla  sürərsə,  onu  sona  çatdırmağa  çətinlik 
çəkirəm.  
13.
 
Ailəm məni divanə (dəli) adlandırır.  
14.
 
Qarşımdakı  maneələrə  baxmayaraq,  məqsədimə  çatmaq  mənə  böyük  zövq 
verir.  
15.
 
Tez‐tez başladığım işi, mənə maraqsız olduğu üçün yarımçıq atıram.  
16.
 
Gözləməyi  və  səbir  etməyi  bacarıram,  ona  görə  də  uzaq  məqsədlər  mənə 
qorxulu deyil.  
17.
 
Maneələr məni daha da həvəsləndirir və qərarlarımı daha da möhkəm edir.  
18.
 
Uğura  inamsızlıq  yox,  sadəcə  tənbəllik  məni  məqsədimə  nail  olmaqdan 
imtina etdirir.  
Cavabların qiymətləndirilməsi: 1, 2, 4, 8, 9, 13, 14, 16, 17‐də verilən hər 
“bəli” cavabına və 3, 5, 6, 7, 10, 11, 12, 15, 18‐də verilən hər “xeyr” cavabına 
görə 1 bal hesablanır.  
Nə  qədər  çox  bal  toplanılarsa,  insan  bir  o  qədər  israrlı  və  başladığı  işi 
sona çatdırmağa meyillidir.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
192 
Test 1.5. “Sosial cəsarət” metodikası 
Verilmiş metodika R. Kettellin fərdin çoxfraqmentli araşdırılması meto‐
dikasından bir fraqmentdir (faktor H).  
Test 
1.
 
İnsanlarla əlaqə zamanı mən: 
a)
 
dərhal ünsiyyət qururam 
b)
 
bəzən 
c)
 
qıraqda qalmağa üstünlük verirəm.  
2.
 
Mən  qəflətən  bir  qrup  insanın  diqqət  mərkəzində  qalanda  özümü  pis  hiss 
edirəm: 
a)
 
bəli 
b)
 
bəzən 
c)
 
xeyr 
3.
 
Həmişə  insanlar  arasında  olmağı  sevirəm,  məsələn,  qonaqlıqda,  dostlarla 
görüşdə və s.  
a)
 
bəli 
b)
 
bəzən 
c)
 
xeyr 
4.
 
Əsasən özümdən yaşca böyüklərin, təcrübəlilərin yanında susuram: 
a)
 
bəli 
b)
 
bəzən 
c)
 
xeyr 
5.
 
Mənə böyük auditoriya qarşısında danışmaq çətin gəlir: 
a)
 
bəli 
b)
 
bəzən 
c)
 
xeyr 
6.
 
Çox insan qarşısında çıxış edərkən həyəcanlı oluram: 
a)
 
həmişə 
b)
 
bəzən 
c)
 
demək olar ki, heç vaxt  
7.
 
İnsanlar  arasında  olarkən,  daha  çox,  susmağa  üstünlük  verirəm  və  digər‐
lərinə danışmağa imkan yaradıram: 
a)
 
bəli 
b)
 
bəzən 
c)
 
xeyr.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə