Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
182 
Verilən  cavablardan  aşağıdakı  nəticələri  çıxarmaq  olar.  Fav  yuxunun 
xaricdə görünməyi ilə xaricdə olmanın fərqini başa düşmür. O başa düşür 
ki, yuxunun baş ilə bir əlaqəsi var, çünki  “yuxunu görən bizik”. Ancaq o,  
yuxunun xaricində  fiziki olaraq mövcud olduğuna şübhə etmir. Ona görə 
də  Fav  üçün  yuxu,  sanki  güzgüdə  görünən  xəyaldır.  Fav  keçid  dövrünü 
yaşadığı üçün  ziddiyyətli fikirlər deyir. Təbii ki, o  bundan xəbərsizdir.  
Fav  ikinci  şəklin  fiziki  olaraq  onunla    əlaqəli  olduğuna  inanır.  Həmçi‐
nin, həm yataqda, həm də ayaq üstə olmağın mümkünlüyü Favın realizmi‐
nin  məhsuludur.  İkinci  rəsmin  birinci  rəsm  ilə  əlaqəsi  realist  inancı  sübut 
edir.  Bizə  görə,  şəkil  ilə  onun  təsvir  etdiyi  insan  arasında  heç  bir  əlaqə 
yoxdur. Ancaq realist beyinlər üçün otaqda olan xəyal və rəsmin, onun təs‐
vir etdiyi insanla yaxından əlaqəsi vardır.  
Bu mülahizələrin fantastik olmadığını sübut etmək üçün bir başqa uşa‐
ğın fikirlərinə baxaq.  
Mos  (2:  6)    yuxunu  “sən  yuxulayarkən  nəsə  haqqında  fikirləşirsən  və 
onu görürsən” kimi təsvir edir.  

 
Yuxu haradan gəlir? 

 
O, sənin  bütün gün ərzində haqqında fikirləşdiklərinin nəticəsidir.  

 
Yuxu haradadır? 

 
Sənin önündə.  

 
Kimsə onu görə bilər? 

 
Oh, yox.  

 
Nə üçün yox? 

 
O, görünməzdir (Bu ifadə çox inandırıcıdır və onu göstərir ki, Mos çöldə 
gördüyümüz  görüntülər  haqqında  yox,  görünməz,  düşüncənin  proyeksi‐
yası olan  görüntülərdən danışır.) 

 
Yuxu gözün önündədir? 

 
Yox.  

 
Bəs haradadır? 

 
Bir az uzaqda.  

 
Harada uzaqda? 

 
Yuxu gəlib‐gedən və görə bilmədiyin şeydir.  
Mith (7 ½) : 

 
Sən bilirsənmi yuxu görmək nə deməkdir? 

 
Bəli.  

 
Biz nə ilə yuxu görürük? 


Uşaqların yuxulara baxışı 
 
 
183 

 
Gözümüz ilə.  

 
O haradan gəlir? 

 
Ürəkdən.  

 
Sən yuxunu görərkən o harada olur? 

 
Yuxunun özündə, ağlımda.  

 
O, həqiqətən və fiziki olaraq oradadırmı? 

 
Yox.  

 
Bəs harada? 

 
Çöldə.  

 
Çöldə harada? 

 
Otaqda.  
Card  (9  ½)  Yuxu  onun  üçün  “Sən  fikirləşəndə  ki  ev  yanır,  sən  yana‐
caqsan” kimidir. 

 
Yuxu doğrudur? 

 
Yox, çünki sən yuxuda olursan.  

 
Bəs onda o nədir? 

 
Alovdur. Sən nəsə fikirləşəndə onu görürsən.  

 
Yuxu haradan gəlir? 

 
Başdan. Ağıldan.  

 
Sən nə zaman yuxu görürsən? 

 
Fikirləşəndə.  

 
Nə ilə? 

 
Şüurunla.  

 
Yuxu haradadır? 

 
Yataqda.  

 
O bizim içimizdədir, yoxsa önümüzdə? 

 
Otaqda.  

 
Harada? 

 
Çox yaxında.  

 
Sən indicə onu bildin? 

 
Yox, mən çoxdan bilirdim ki, yuxu otaqdadır.  
Gren (13; 6) : 

 
Yuxu haradan gəlir? 

 
Sən nəsə fikirləşəndə. O bizim özümüzdən gəlir (Alnını göstərir) . 

 
Yuxu haradadır? 

 
Burada (30 sm gözünün önünü göstərir). 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
184 
Kenn (7 ½) Yuxu “sən nəyisə ağlında quranda” əmələ gəlir. Və biz ağzı‐
mızla yuxu görürük.  

 
Yuxu görəndə sənin gözlərin bağlıdır, yoxsa açıq? 

 
Bağlı.  

 
Mən orada olsaydım, sənin gördüyün yuxunu görə bilərdim? 

 
Yox. Sən onu görə bilməzsən, çünki  o sənə yaxın olmayacaq.  

 
Nə üçün görə bilmərəm? 

 
Çünki o bizə yaxın deyil.  

 
Onda haradadır? 

 
Bizə yaxın olmayan yerdə.  

 
Harada? 

 
Uzaqda.  

 
Sənin fikrincə harada? 

 
O bizə doğru gəlir.  

 
Haradan gəlir? 

 
Ağızdan.  

 
Sən yuxuda məktəbini görürsən ? 

 
Çünki sən o zaman, sanki, məktəbdə olursan.  

 
Yuxu  həqiqətən məktəbdədir, yoxsa təxəyyüldə? 

 
Həqiqətən məktəbdədir.  

 
Yüz faiz? 

 
Yox.  

 
Yuxu məktəbdədir, yoxsa sənin ağzında? 

 
Mənim ağzımda.  

 
Sən demişdin ki, o, uzaqdadır. Bu dediyin doğrudur, yoxsa yox? 

 
O, uzaqdadır.  
Yuxarıdakı  misallar  yuxunun  nə  olduğunun  kəşfinin  onun  harada  ol‐
masına olan inancı nə qədər köklü dəyişdiyini göstərir. Kenn yuxunu ağzı 
ilə gördüyünü desə də, onu heç kimin görə bilməyəcəyinə dəlil olaraq yu‐
xunu  məktəbdə,  yəni  baş  verdiyi  yerdə  yerləşdirir.  Kenn  yuxunun  onu 
məktəbə  götürdüyünə  inanmır.  Sadəcə  olaraq,  yuxuda  gördüyü  görüntü‐
nün məktəbdə olduğuna inanır. Onun yaşında olan uşaqların danışığında, 
günəşin  adının  günəşdə  olduğuna  inandıqları  kimi.  Buna  baxmayaraq, 
ikinci səviyyənin uşaqlarının əksəriyyəti yuxunu gözləri ilə 30 sm məsafədə 
yerləşdirir.  
Mülahizələrin 100 faiz doğru olduğunu demək üçün biz, ilk öncə daha 
yüksək inkişaf edən uşaqları sorğu‐sual etməliyik.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə