Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
188 
8.
 
Əgər siz nəyisə etməkdən qorxursunuzsa, (məsələn, təyyarədə uçmaq və ya 
diş  həkiminə  getmək)  öz  daxili  hissinizə  qalib  gələrək  onu  etməyi  və  son 
anda qərarınızı dəyişməməyi bacarırsınızmı? 
9.
 
Həkimin sizə təyin etdiyi xoşagəlməz dərmanı qəbul edirsinizmi? 
10.
 
Əgər  söz  verdiyiniz  işi  yerinə  yetirməniz  çətindirsə  və  çoxlu  problemlər 
yaradırsa, siz onu nəyin bahasına olursa‐olsun həll edirsinizmi? 
11.
 
Tanımadığınız şəhərə, əgər sizə lazımdırsa, tərəddüdsüz gedirsinizmi? 
12.
 
Günlük planınıza ciddi riayət edə bilirsinizmi? 
13.
 
Kitabxanaya kitab borclu olanlara münasibətiniz mənfidirmi? 
14.
 
Ən  xoşladığınız  veriliş  belə,  sizi  vacib  və  mühüm  işinizi  təxirə  salmağa 
məcbur edə bilməz. Doğrudurmu? 
15.
 
Siz münaqişə zamanı qarşıdakının sizə dediyi təhqiredici sözlərə belə bax‐
mayaraq, mübahisə etməyi dayandırıb susa bilirsinizmi? 
Yığılan  balların  qiymətləndirilməsi:  0‐12  bal  –  “iradə  gücü”  zəif,  13‐21 
bal – “iradə gücü” orta, 22‐30 bal – “iradə gücü” yüksək.  
Test 1.2. Dözümlülüyün qiymətləndirilməsi 
Metodika Y. P. İlyin və Y. K. Feşenko tərəfindən hazırlanıb.  
Təlimat 
Deyilən fikirlərlə razısınızsa “+”, razı deyilsinizsə “‐” işarəsini qoyun.  
Test 
1.
 
Çətin bir iş görərkən yoruluramsa, onu dərhal atıram.  
2.
 
Maraqsız hekayəni sona qədər oxumağa səbrim çatmır.  
3.
 
Növbədə durmağı heç xoşlamıram və çox hallarda sona kimi dayanmayaraq 
çıxıb gedirəm.  
4.
 
Mən ağrıya uzun müddət davam gətirə bilərəm, məsələn, diş ağrısına.  
5.
 
Əksər hallarda susuzluğa davam gətirə bilirəm.  
6.
 
Arıqlamaq  üçün  və  ya  xəstəlikdən  müalicə  olmaq  üçün  lazım  olan  uzun‐
müddətli aclığa tab gətirə bilmərəm.  
7.
 
İdman dərsində yorulduqda dərhal idman etməyi dayandırıram.  
8.
 
Hətta darıxdırıcı işi də çox nadir hallarda sona çatdırmamış atmayıram.  
9.
 
“Bacarmaram” dediyim işi etməyə özümü çox çətinliklə məcbur edə bilirəm.  
10.
 
Yorğunluğuma baxmayaraq, işi yarı yolda buraxmıram.  
11.
 
Mənə fiziki cəhətdən ağır iş verdikdə, onu daha çox güc tətbiq edərək gör‐
mək xoşuma gəlir.  


Uşaqların yuxulara baxışı 
 
 
189 
12.
 
Əminliklə deyə bilərəm ki, mən səbirliyəm.  
13.
 
Qaçarkən yorulmağıma baxmayaraq, var gücümlə tempi saxlamağa çalışı‐
ram.  
14.
 
Hətta  tələsmədikdə  belə,  dayanacaqda  uzun  müddət  dayanaraq  nəqliyyat 
gözləmək məni hirsləndirir.  
15.
 
Ağrıya qarşı dözümsüzəm.  
16.
 
Özümü  iradəsi  zəif  hesab  etmək  istəmədiyim  üçün  hər  dəfə  ağır  fiziki  işi 
sona çatdırmağa çalışıram.  
17.
 
“Bir işin altına girdinsə, onun çətinliyini unut” prinsipinə əsasən hərəkət 
edirəm.  
18.
 
Hesab etmirəm ki, “dözüm və əmək hər şeyi həll edəcək” ifadəsi doğrudur. 
Əksinə, ağılla işləmək lazımdır, özünü yormaq yox.  
Cavabların  qiymətləndirilməsi:  4,  5,  8,  10,  11,  12,  13,  16,  17‐də  verilən 
hər “bəli” cavabına və 1, 2, 3, 6, 7, 9, 14, 15, 18‐də verilən hər “xeyr” cava‐
bına görə 1 bal hesablanır.  
Balların  sayı  cəmlənir.  6  baldan  aşağı  olduqda  dözümlülük  zəif,  12 
baldan yuxarı olduqda isə güclü hesab olunur.  
Test 1.3. İnadkarlığın qiymətləndirilməsi 
Metodika Y. P. İlyin və Y. K. Feşenko tərəfindən hazırlanıb.  
Test 
Sizə müxtəlif vəziyyətlər təqdim olunur. Özünüzü həmin vəziyyətlərdə 
hiss edərək verilənlərlə razısınızsa “+”, razı deyilsinizsə “‐” işarəsini qoyun.  
1.
 
Əgər vacibdirsə, mən darıxdırıcı işi də axıra qədər görməyə çalışıram.  
2.
 
Əsasən həvəsim olanda işləyirəm.  
3.
 
Çətin məsələləri, tapmacaları, ümumiyyətlə, çətin deyilən hər şeyi həll et‐
məyi xoşlayıram.  
4.
 
Əgər  başladığım  işdə  hər  şey  yolu  ilə  getməsə  belə,  yaranan  problemləri 
həll edərək onu davam etdirməyə çalışıram.  
5.
 
Çox vaxt günümü planlaşdırıram, amma riayət edə bilmirəm.  
6.
 
Mümkün qədər çətin işdən qaçmağa çalışıram.  
7.
 
Əgər məndə nəsə alınmırsa, onu yenə də və yenə də etməyə çalışıram.  
8.
 
Günümü planlaşdıraraq ona ciddi surətdə riayət edirəm, bəzən istəmədik‐
lərimi etmək lazım olduqda belə.  
9.
 
Çətinliyə düşdükdə mən tez‐tez şübhələnməyə başlayıram: görəsən başladı‐
ğımı davam etdirməyə dəyərmi? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə