Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

Uşaqların yuxulara baxışı 
 
 
185 
Drap (15) : 

 
Sən düşüncəni görə bilərsən? 

 
Bəli,  yuxuda.  Yuxu  görməzdən  əvvəl  sən  nəsə  haqqında  fikirləşirsən  və 
onu görürsən.  

 
Sən nə ilə yuxu görürsən? 

 
Yaddaşımla.  

 
Yuxu haradadır? 

 
Heç yanda.  

 
O haradadır, sənin önündə,  yoxsa başının içində? 

 
Önümdə. Onu görə bilərsən,  ancaq toxuna bilməzsən.  

 
Niyə önündə? 

 
Çünki o sənin içində olsaydı, onu görə bilməzdin (Birinci səviyyədən olan 
Barbın fikrinin eynisi).  
Drap daha düzgün fikirləşir. Çünki ona görə yuxu heç bir yerdə deyil. 
Yəni yuxu fiziki varlıq deyil. Ancaq o, hələ də yuxunun onun önündə oldu‐
ğuna inanır.  
Biz yuxunun daxili mahiyyətini Drapa başa salmağa çalışdıq.  

 
Sən indi məni görürsən? Keçən il məni gördüyünü xatırlaya bilərsənmi? 

 
Bəli.  

 
Sənin xatırladığın o şey haradadır? 

 
Gözümün önündə.  

 
Niyə? 

 
Çünki sən başının içini görə bilməzsən. O, sanki mənim gözümün önün‐
dədir.  
Olmaqla  görünmək  arasında  fərqi  başa  düşəndən  sonra  (sanki),  Drap 
sonda razılaşır ki, yuxu onun başındadır. O, yuxunun başının içində oldu‐
ğunu başa düşür.  
Ona verdiyimiz izahata olan təəccübü aydın şəkildə göstərir ki, o, əvvəl‐
lər  olmaq və görünmək arasındakı fərqi başa düşməyib.  
Pug (7;2) :Yuxu, ona görə, “gerçək olmayan şeyləri görməkdir” 

 
Sənə bunu kim deyib? 

 
Heç kim.  

 
Yuxular haradan gəlir? Başın içindən, yoxsa çöldən? 

 
Başımdan.  

 
Yuxu haradadır? 

 
Önündə.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
186 

 
Harada? 

 
Çox yaxında (30 cm gözünün önünə işarə edir).  

 
Yuxu həqiqətən oradadır, yoxsa təxəyyüldə? 

 
Bilmirəm.  

 
Mən orada olsam, onu görə bilərdim? 

 
Yox, çünki sən yuxuda olmayacaqdın.  
Bu fikirlərdə olan uşaqları ayırdıq. Bu da qeyd olunur ki, bu uşaqlar 10‐
11 yaşındadır.  
Ross (9; 9): Yuxu  “Sizin bir şey haqqında fikirləşdiyiniz zamandır.  

 
O haradadır? O sizin qarşınızdadır? 

 
Mənim başımda.  

 
Sizin başınızda şəkillərin olduğu yerdə? O necə baş verir? 

 
Xeyr, siz  əvvəl etdiyiniz əməlin şəklini görürsünüz.  
Visc (II; I):  Siz yuxunu baş vasitəsilə görürsünüz  və yuxu “başdadır”.  

 
O, qabağınızda deyil? 

 
O,  sanki siz gördüyünüz bir şeydir.  

 
Qarşınızda hər hansı bir şey var? 

 
Heç nə. 

 
Başınızda nə var? 

 
Düşüncələr. 

 
Gözləriniz  başınızda olan şeyləri görür? 

 
Xeyr. 
Bouch (11;10): “Siz əgər özünüzü yuxuda geyinmiş vəziyyətdə görsəniz, 
bu, o deməkdir ki, siz şəkil görürsünüz? O haradadır? Mən digər insanlar 
kimi  geyinmiş  vəziyyətdəyəm,  deməli  o  (şəkil)  mənim  başımdadır,  siz 
fikirləşməyin ki, o sizin qarşınızdadır”.  
CELL (10; 7) həmçinin deyir: “Elə görünür ki, mən onu qarşımda (evdə) 
gördüm, ancaq o  mənim başımdadır”.  
Bu nümunələr uşaqların eyni və ya hətta daha mənalı suallarla qarşılaş‐
dığı  zaman    özlərindən    aşağı  yaş  həddində  olan  uşaqlara    nisbətən  necə 
fərqli cavab verdiklərini  göstərir.  
Yuxunun  qeyri‐təbii  görünən  formasını  təsvir  etmək  üçün  lazım  olan 
“Sən  fikirləşirsən  ki,”  “elə  görünür  ki,”  “sanki  elədir  ki”  kimi  ifadələrdən 
istifadə etmək bu yaş həddinə xas olan xüsusiyyətdir.  
 


Uşaqların yuxulara baxışı 
 
 
187 
NŠticŠlŠr.  
Bizim hal‐hazırda analiz etdiyimiz nəticələr ilə öz çalışmamızın nəticəsi 
bir‐birinə  çox  oxşardır.  Və  iki  qrup  arasında  gözə  çarpan  paralellik  var. 
Uşaqların fikir və sözlərlə ifadə olunan  ideyaları realizmin üç fərqliliyi və 
ya belə demək olarsa, üç “adualism ”ilə xarakterizə edilmiş kimi görünür.  
Bütün  üçlüklər  yuxu  zamanı  mövcud  olur  və  yavaş‐yavaş  digər  adlar 
kimi yox olur.  
Birinci, uşaqlar işarə ilə göstərilmiş şey və ya zehni obyektlər  və onun 
təqdim etdiyi şeyləri qarışdırırlar, onun mənbəyini müəyyənləşdirməyə ça‐
lışırlarr.  
TESTLéR 
İradəliliyin qiymətləndirilməsi və özünüqiymətləndirmə üsulları 
Metodikanı N. N. Obozov hazırlayıb.  
Test 1.1. İradə gücünün özünüqiymətləndirməsi testi 
Təlimat 
Cavabların qiymətləndirilməsi aşağıdakı kimidir: “bəli” – 2 bal, “bilmi‐
rəm” və ya ”ola bilər”, “bəzən olur” – 1 bal, “xeyr” – 0 bal. Cavab verərkən 
balları dərhal qoymaq lazımdır.  
Suallar 
1.
 
Başladığınız işin sizə maraqsız olduğu halda, buna baxmayaraq, sizin on‐
dan ayrılaraq istirahət etmək və yenidən işə davam etməyə vaxtınız varsa, 
onu bitirmək iqtidarında olursunuzmu? 
2.
 
Sizə xoş olmayan hər hansı bir işi (məsələn, bazar günü növbəyə getmək) 
etmək  istəmədiyiniz  halda  daxili  müqavimətinizə  asanlıqla  qalib  gələrək 
onu edə bilirsinizmi? 
3.
 
Məktəbdə və ya digər bir yerdə münaqişəli bir vəziyyətə düşərkən, siz özü‐
nüzü ələ alaraq maksimal dərəcədə obyektiv qərar qəbul edə bilirsinizmi? 
4.
 
Əgər siz pəhriz saxlayırsınızsa və qarşınızda ən xoşladığınız yeməklər var‐
sa, onları yeməyə bilərsinizmi? 
5.
 
Lazım  gələrsə,  səhər  tezdən  adət  etdiyiniz  vaxtdan  daha  tez  qalxa  bilərsi‐
nizmi? 
6.
 
Qəza yerində qalaraq şahidlik etmək istəyərsinizmi? 
7.
 
Məktublara tezmi cavab verirsiniz? 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə