Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
176 
yerləşdirir.  Bəs  Hornun  yuxunu  tüstü  ilə  əlaqələndirməsi  nəfəs  almaqla 
əlaqələndirməklə eynidirmi?   Ris və Faqın dedikləri ilə müqayisə etdikdə, 
elə olduğuna inanarıq.  
DUG (6 ½): 

 
Yuxu nədir? 

 
Yuxunu axşam görürlər. Sən nəsə haqqında  fikirləşirsən. 

 
Yuxu haradan gəlir? 

 
Bilmirəm.  

 
Sənin fikrincə? 

 
Mənim fikrimcə,  onları biz düzəldirik.  

 
Sən yuxu görəndə o hardadır? 

 
Evdən kənarda.  

 
Nə üçün orada? 

 
Çünki  sən o zaman ayıq olursan.  

 
Bəs sonra? 

 
Yuxu itir.  

 
Sən yuxu görəndə o haradadır? 

 
Bizimlə bir yerdə.  

 
Harada? 

 
Yataqda.  

 
Harada? 

 
Yaxında.  

 
Mən orada olsaydım, onu görə bilərdim? 

 
Yox.... Bəli, çünki sən yatağa yaxın olacaqdın.  

 
Yuxu haradan gəlir? 

 
Heç  bir tərəfdən.  

 
Nəyin içindən çıxır yuxu? 

 
Yatağın içindən.  

 
Bəs o,  oraya necə girir? 

 
Ona görə ki, sən yuxu görürsən.  

 
Yuxu harada düzəldilir? 

 
Yataqda.  

 
Necə? 

 
Hava ilə.  

 
Hava haradan  gəlir? 

 
Çöldən.  

 
Nə üçün? 


Uşaqların yuxulara baxışı 
 
 
177 

 
Çünki pəncərə açıqdır.  

 
Sən nə üçün yuxu görürsən? 

 
Çünki dünən biz çimməyə getmişdik və çox qorxmuşduq.  

 
Yuxunu göndərən nəsə var? 

 
Bəli, quşlar.  

 
Niyə? 

 
Çünki onlar havanı xoşlayırlar.  
Dug sonra dedi ki, o, yuxusunda əsgərləri görüb.  

 
Bu yuxu haradan gəlmişdi? 

 
Çöldən? 

 
Haradan? 

 
Çoox‐çoox uzaqlardan, oradan (pəncərədən çölü göstərir).  

 
Niyə? 

 
Ona görə ki, orada külək var.  

 
Yuxunu nə göndərir? 

 
Hava.  

 
Bəs sonra? 

 
Quşlar.  

 
Bəs sonra? 

 
Göyərçinlər.  

 
Bəs, sonra? 

 
Elə bu qədər.  

 
Niyə göyərçinlər? 

 
Ona görə ki, külək əsəndə göyərçinlər sevinirlər. 

 
Göyərçinlər yuxuları hər hansı bir səbəbə görə, məqsədli şəkildə göndərirlər? 

 
Yox.  

 
Onlar yuxuları göndərdiklərini bilirlər? 

 
Yox. 

 
Bəs, niyə onlar yuxuları göndərirlər? 

 
Külək əsir deyə.  

 
Göyərçinlər yuxunu özləri düzəldirlər? 

 
Bəli.  

 
Necə? 

 
Küləyi gətirməklə.  

 
Külək olmasaydı, yuxu görə bilərdik? 

 
Yox, ona görə ki, yuxu gələ bilməyəcəkdi.  


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
178 
Bu  iki  maraqlı  söhbət,  birinci  və  ikinci  dövr  arasında  keçid  dövrünü 
yaşayan  uşaqların  düşüncə  hadisəsi  haqqında  dediklərini  xatırladır.  Dü‐
şüncə səsdir, yəni tüstü və havadan təşkil olunmuşdur, həm daxili,  həm də 
xaricidir.  
Maraqlıdır ki, Dug adların zehni varlıq olduğunu dərk etməyə başlayan 
uşaqlar kimi, yuxunun heç yerdən gəlmədiyini qəbul edir.  
Aşağıdakılar  birinci və ikinci dövr arasında olan uşaqlarla olan söhbət‐
lərdir.  
Pig (9 ½) : 

 
Yuxular haradan gəlir? 

 
Yuxudaykən sən kiminsə yanında olduğunu düşünürsən. Gündüz bir şey 
haqqında çox fikirləşəndə, axşam onu yuxuda görürsən.  

 
Yuxu nədir? 

 
O, heç nə.  

 
O haradan gəlir? 

 
Bilmirəm. Məncə, öz‐özünə gəlir.  

 
Haradan? 

 
Heç yandan.  

 
Yuxu harada düzəldilir? 

 
Otaqda.  

 
Harada? 

 
Sən yatarkən.  

 
O harada düzəldilir? Otaqda, yaxud sənin içində? 

 
Mənim içimdə ….. Çöldə.  

 
Səncə, hansıdır? 

 
Çöldə.  

 
Yuxu haradan gəlir? Sənin içindən, yoxsa çöldən? 

 
Mənim yanımdan.  

 
Harada? 

 
Otağımda.  

 
Nə qədər uzaqda? 
O, 30 cm önünü göstərir.  
Dus (9) təxminən eyni vəziyyətdədir. O da inanır ki, yuxunun mənbəyi 
həm  daxili  (ağızda),  həm  də  xaricidir.  Bu,  ağzı  ilə  düşündüklərinə  inanan 
və düşüncəni hava ilə eyni tutan uşaqların vəziyyətinə bənzəyir. Pig bir az 
daha  irəli  gedərək  gördüyümüz  və  düşündüyümüz  şeylər  haqqında  yuxu 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə