Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə64/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

Uşaqların yuxulara baxışı 
 
 
179 
gördüyümüzü,  yəni  yuxugörmədə  özümüzün  də  əhəmiyyətli  rol  oynadı‐
ğımızı deyir. Ancaq o, hələ də yuxunun bizim içimizdən gəldiyini və əslin‐
də qaynağının daxili olduğunu qəbul etmir.  
Aşağıdakı  misallar  aydındır  ki,  ikinci  səviyyəyə  aiddir.  Bu  səviyyədə‐
kilərin inancına görə, yuxu bizim içimizdən gəlir, ancaq yuxunu görərkən, 
o, xaricdə yerləşir.  
Schi (6) çox ağıllı balaca oğlandır. O, bizim suallara böyük maraqla ca‐
vab verirdi. Ona görə də onun cavabları çox dəyərlidir.  

 
Sən bəzən yuxu görürsən? Yuxu nədir? 

 
Sən, gecəyarı nəsə haqqında fikirləşirsən! 

 
Yuxunu nə ilə görürsən? 

 
Ruhunla, düşüncənlə.  

 
Yuxu haradan gəlir? 

 
 Gecə ikən. Yuxunu bizə göstərən gecədir.  

 
 Bu nə mənaya gəlir? Yuxunu görərkən o, harada olur? 

 
 O… (ağzının ucunda “başımda” sözü var), o, gecə ilə başım arasındadır (!) 

 
Sən yuxu görərkən gözlərin bağlı olur, yoxsa açıq? 

 
Bağlı.  

 
Bəs onda yuxu haradadır? 

 
Qaranlıq olan kimi yuxu gəlir. 

 
O haradadır? 

 
Ayıqkən  başındadır.  Yuxudaykən  çölə  çıxır  (!).  Gecəykən  gecə  olur.  Sən 
yatandan sonra artıq gecə olmur.  

 
Yuxu gələndə o harada olur? 

 
Gözlərimin önündə və ondan sonra divara doğru gedir.  

 
Sənin atan onu görə bilər? 

 
Yox.  

 
Təkcə sən görə bilərsən? 

 
Bəli, çünki yatan mənəm.  
Sci  yuxunun  düşüncədən  əmələ  gəldiyini  və  onun  əsl  qaynağının  özü‐
müz  olduğunu  bilir.  Ancaq  o  hələ  də  yuxunun  bədənə  nisbətən  daxili  bir 
şey olduğunu dərk edə bilmir. Yuxunu görə bilmək üçün gözlər bağlı olsa 
belə, o, gecə ilə göz arasında olmalıdır. Bu səbəbdən də Sci yuxuya gedər‐
kən yuxunun “çölə çıxdığını” düşünür. Scinin fikrincə, bir şeyin görünə bil‐
məsi  üçün  onun  mütləq  çöldə  olması  gərəkdir.  Onun  realist  düşüncələri, 
“xaricdə  olmaq”,  və”xaricdə  görünmək”  arasındakı  fərqi  başa  düşməyə 
mane  olur.  Əgər  o,  yuxunun  əsl  mahiyyətini  başa  düşsəydi,  onu  divarın 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
180 
qarşısında deyil, ya başında, ya da gördüyü obyektlərdə (məktəbdə, göldə) 
yerləşdirərdi.  Bütün  bunlara  baxmayaraq,  Sci  başa  düşür  ki,  təkcə  özü  öz 
yuxusunu görə bilər.  
Aşağıdakı söhbət isə bir rəsm ilə əlaqədar aparılır.  
Fav (8)  müəlliminin tapşırığı ilə məktəbdən kənarda onun başına gələn 
hadisələri “Müşahidə dəftəri”nə  qeyd edir. Qeydlər yazı, yaxud  rəsm ola 
bilər. Bir səhər Fav dəftərinə belə bir qeyd yazır: “Bu gün yuxuda şeytanın 
məni  yandırmaq  istədiyini  gördüm”  və  yazının  aşağı  hissəsinə  yuxusunu 
təsvir edən bir rəsm çəkir. Rəsmin  sol tərəfində  Fav yataqda uzanıb, orta‐
da Şeytan var, sağda isə gecə paltarlarında Fav ayaq üstündə, onu yandır‐
maq istəyən şeytanın qarşısındadır. Favın bu rəsmi uşaq realizminin bariz 
nümunəsidir.  Yuxu  çarpayının  kənarında  cərəyan  edir.  Ona  görə  də  Fav 
gecə paltarındadır. Sanki şeytan onu yatağından çıxarıb.  
Yuxunun qaynağı ilə inancda Fav da  Sci kimi  düşünür,  yuxunun dü‐
şüncədən əmələ gəldiyinə inanır.  

 
Yuxu nədir? 

 
O, düşüncədir.  

 
Yuxu haradan gəlir? 

 
Sən nə isə görürsən, sonra onun haqqında fikirləşirsən.  

 
Biz yuxuları özümüz düzəldirik? 

 
Bəli.  

 
O, çöldən gəlir? 

 
Yox.  
Fav həm də onu  bilir ki, biz öz beynimiz və şüurumuz ilə düşünürük. 
Bundan başqa, o, yuxusunu, təkcə özünün görə biləcəyini bilir. Nə biz, nə 
də  bir  başqası  onun  otağına  gələn  Şeytanı  görə  bilməzdi.  Onun  başa 
düşmədiyi şey isə yuxunun daxili mahiyyətidir.  

 
Sən yuxu görərkən o, haradadır? 

 
Gözümün qarşısında. 

 
Harada? 

 
Sən yataqda ikən, gözünün qarşısında.  

 
Harada, çox yaxında? 

 
Yox, otaqda.  
Biz rəsmdə Favın portretini göstərdik.  

 
Bu nədir? 

 
Mənəm.  

 
Hansı  sənsən – bu (|) yoxsa bu (||)? 


Uşaqların yuxulara baxışı 
 
 
181 

 
Yuxuda bu (|| nu göstərir).  

 
Bu (||) nədir? 

 
Bu  mənəm.  Mənim  gözlərim  xüsusilə  orada  (|)    qalmışdı  ki,  baxa  bilsin 
(yuxuya) (!) 

 
Sənin gözlərin ordaydi? Necə ordaydi? 

 
Mən bütünlüklə  orada idim, xüsusilə, mənim gözlərim orada idi.  

 
Bəs sənin bədəninin başqa hissəsi? 

 
O da orada idi (yatağı göstərir).  

 
O necə ola bilər ki, sən həm yataqda olursan, həm də ayaq üstə? 

 
Məndən iki dənə var idi. Mən, eyni zamanda, həm yataqda idim, həm də 
ayaq üstə baxırdım. 

 
Gözlərin bağlı idi, yoxsa açıq? 

 
Bağlı, çünki mən yuxulayırdım.  
Bir az sonra sanki Fav yuxunun daxili mahiyyətini başa düşdü.  

 
Sən yuxuda ikən yuxu sənin içindədir, yoxsa  sən yuxunun içində? 

 
Yuxu bizim içimizdədir, çünki yuxunu görən bizik.  

 
O, başın içindədir, yoxsa çölündə? 

 
İçində.  

 
Elə indicə sən demişdin çöldə. Bu içində dedikdə nə demək istəyirsən? 

 
Sən yuxunu gözünlə görə bilməzsən.  

 
Yuxu haradadır? 

 
Gözün önündə.  

 
Gözün önündə nə isə olur? 

 
Bəli.  

 
Nə? 

 
Yuxu.  
Fav başa düşür ki, yuxunun daxili mahiyyəti var. O anlayır ki, yuxunun 
xaricdə görünməsi illüziyadır. Ancaq o, yenə də deyir ki, illüziyanın yaran‐
ması üçün xaricdə nə isə fiziki bir varlığın olması zəruridir.  

 
Sən həqiqətən orada idin? (||) 

 
Bəli,  ikiqat orada idim (| və ||).  

 
Mən orada olsaydım, səni görə bilərdim? (||) 

 
Yox.  

 
Sən “mən ikiqat ordaydım” deməklə nəyi nəzərdə tutursan? 

 
Mən yuxuda ikən həm həqiqətən orada idim, həm də şeytanla idim.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə