Qanaxma zamanı ilk tibbi yardım



Yüklə 221,76 Kb.
səhifə7/7
tarix30.03.2023
ölçüsü221,76 Kb.
#103731
1   2   3   4   5   6   7
Qanaxma zamanı ilk tibbi yardım

Bağırsaq qanaxması 


Bağırsaq qanaxması müxtəlif xəstəliklərin vacib diaqnostik əlaməti hesab edilir. Bu simptoma bağırsaq şişləri, babasil, QSXK, dizinteriya, qarın yatalağı, bağırdak divertikulları, müsariqə arteriyalarının tromvozu zamanı rast gəlinir. Nazik bağırsağın zədələnməsi zamanı qanaxma adətən, qara rəngli qatranabənzər nəcis ifrazı (melena) ilə təzahür olunur. Qanaxma mənbəyinin yoğun bağırsaqda yerləşdiyi hallarda nəcisə rəngi dəyişməmiş al-qırmızı rəngli qan qarışır. Dizinteriya və S-əbənzər bağırsaq xərçəngi zamanı adətən qanın selik və nəcislə qarışması baş verir. Babasil zamanı defekasiya aktının sonunda təmiz al-qırmızı qan damcılarının xaric edilməsi müşahidə edilir.
Bu zaman əlamətlər travmadan bir müddət sonra özünü göstərir:

  • Travma nahiyyəsində göyərmə.

  • Yumşaq toxumaların ağrılı, şişkin olması, qarın boşluğuna qansızma zamanı – “sərt” qarın.

  • Zərərçəkmişdə həyəcan və narahatlıq hissinin olması.

  • Tezləşmiş tənəffüs.

  • Dərinin sərin, nəm və avazımış olması.

  • Ürəkbulanma və qusma.

  • Susuzluq hissiyatı.

  • Şüur səviyyəsinin dəyişkənliyi.

  • Təbii dəliklərdən (ağız, burun, qulaq, anus, cinsi orqanlar) qan axması.

Yüklə 221,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə