Qanaxma zamanı ilk tibbi yardım



Yüklə 221,76 Kb.
səhifə6/7
tarix30.03.2023
ölçüsü221,76 Kb.
#103731
1   2   3   4   5   6   7
Qanaxma zamanı ilk tibbi yardım

Mədə qanaxması


Bu əlamət müxtəlif mədə xəstəliklərinin ən ciddi və təhlükəli ağırlaşmalarından biri hesab edilir. Bəzi hallarda qanaxma bu və ya digər mədə xəstəliyinin aparıcı əlamətlərindən biri kimi böyük diaqnostik əhəmiyyət kəsb edir. Mədə-bağırsaq traktının xəstəliklərində qanaxma olduqda qan ağız boşluğundan və ya bağırsaqlardan, yaxud bunların hər ikisindən eyni vaxta xaric oluna bilər. Daha çox hallarda ağız boşluğundan qanaxma mədə xorası və ya mədə xərçənginin, eroziv qastritin və bu xəstəliklər zamanı damarların divarının xoralaşması əlaməti ola bilər. Bununla belə yadda saxlamaq lazımdır ki, belə qanaxma qaraciyər sirrozu zamanı qida borusunun varikoz genişlənmiş venalarından, həmçinin hemorragik diatezlər ( verə bilər. Mədə qanaxmasının digər səbəbləri mədə polipləri, divertikulları və xoşxassəli şişlər, mədə vərəmi və sifilisi, damar xəstəlikləri və qanın laxtalanma sisteminin xəstəlikləri də ola bilər.
Mədə qanaxmasının əsas əlamətləri (birbaşa əlamətləri) qanqusma ( haematemesis ) və qara qətranabənzər nəcis ifrazının (maelena) olmasıdır. Qanqusma bir qayda olaraq qanaxma nəticəsində mədədə qanın miqdarı 500 ml-dən artıq olan hallarda müşahidə olunur. Bu zaman qusuntu kütləllərinin rəngi xlorid turşusunun sekresiyasının vəziyyəti və qanaxmanın sürəti ilə təyin edilir. Belə ki, mədənin turşu ifrazetmə funksiyasının saxlanılmış olduğu hallarda qusuntu kütlələri qəhvə xıltı rəngini alır. Bu xlorid turşulu hematinin əmələ gəlməsi ilə izah olunur. Xlorid turşusunun sekresiyasi aşağı olan xəstələrdə qusuntu kütlələrində dəyişilməmiş qan qarışığını aşkar etmək mümkündür. Bununla belə külli miqdarda və sürətli qanaxma zamanı al qırmızı rəngli qan qusma mədə turşuluğu saxlanılmış olduqda belə müşahidə edilə bilər. Melena əksər hallarda qanqusmanı müşaiyət edir, hərçənd ki, qanqusma olmadan da müşahidə oluna bilər. O, adətən qanaxmadan 8-12 saat sonra meydana çıxır, nəcisdə qara rəngi dəmir-sulfidin, həmçinin proto və deyteroporfirinlərin əmələ gəlməsi ilə əlaqədardır. Bu maddələr bağırsaqlarda fermentativ proses-lər nəticəsində hemoqlobindən əmələ gəlirlər. Bəzi hallarda mədə qanaxması zamanı (hətta profuz, güclü) qanqusma və melena əlamətləri olmur və bu zaman kliniki mənzərədən ön plana zəiflik, baş-gicəllənmə, huşun itməsi, AT-nin enməsi, taxikardiya və s. kimi ümumi əlamətlər çıxır. Mədə qanaxmanın gecikmiş mərhələsində prosesə digər orqan və sistemlərin zədələnmə əlamətlərinin qoşulması müşahidə olunur.
Güclü mədə qanaxmasından sonra xəstələrin dərisinin və selikli qişalarının nəzərəçarpan avazıması müşahidə edilir. Belə avazıma, həmçinin nəcislə birgə az miqdarda qanın gizli və uzun müddət ərzində xaric olunması zamanı da nəzərə çarpır. Dəri örtüklərinin mumabənzər və ya torpaq rəngini alması mədə xərçənginin gecikmiş mərhələlərində baş verir.

Yüklə 221,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə