Qanaxma zamanı ilk tibbi yardım



Yüklə 221,76 Kb.
səhifə2/7
tarix30.03.2023
ölçüsü221,76 Kb.
#103731
1   2   3   4   5   6   7
Qanaxma zamanı ilk tibbi yardım

Bintləmə qaydaları:
- xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;
- yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
- bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.
Qoyulan sarğı ətrafda qan dövranını pozmamalıdır! Əgər travmaya məruz qalmış ətrafda keyləşmə hissiyyatı yaranarsa, ağrı güclənərsə, şişkinlik artarsa və ya sarğıdan aşağıda dəri göyərməyə başlayarsa, sarğını bir qədər boşaltmaq və ya dəyişmək lazımdır.
Sıxılmış vena və kapilyarlarda tez bir zamanda tromb (qan laxtaları) əmələ gəlir və bu səbəbdən də qanaxma dayanır. Bundan sonra zərərçəkənə isti maye içirtmək, lazım olduğu halda ağrıkəsici dərman vermək, istiliyi qorumaq üçün üstünü örtmək və qanaxmanı tamamilə dayandırmaq üçün onu mümkün qədər tez bir zaman ərzində xəstəxanaya çatdırmaq lazımdır.
Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!


Yadda saxlayın! Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı olduğu halda başın travması zamanı yaraya sıxıcı sarğı qoymaq olmaz!
Arterial qanaxmaya nisbətən venoz qanaxmanı saxlamaq xeyli dərəcədə asan olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsaqanaxma yerindən bir qədər aşağıda (!) həmin ətrafa jqut qoyulur (jqutun qoyulması qaydaları barədə aşağıda oxuya bilərsiniz).

Yüklə 221,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə