Qanaxmalar zamanı infuzion-transfuzion terapiya



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/91
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46639
1   ...   34   35   36   37   38   39   40   41   ...   91

97 
 
Yüksək  temperasturanın  hemostatik  effektinin  müxanizminin  əsasında  damar 
divarının zülallarının koaqulyasiyası və qanın laxtalanmasının sürətlənəsi durur. 
Qaynar məhlulların istifadəsi 
Bu  üsul  əməliyyatlar  zamanı  tətbiq  edilə  bilər.  Məsələn,  yaradan  diffuz 
qanaxmalar  zamanı,  qara  ciyərdən  parenximatoz  qanaxmalar,  öd  kisəsinin 
yatağından  qanaxmalar  zamanı  və  s.  hallarda  qaynar  fiziloji  məhlulla  isladımış 
salfetkaları  yaraya  qoyulur  və  5-7  dəqiqə  saxlanılır,  salfetkanı  götürdükdən  sonra 
etibarlı hemostazın yaranmasına nəzarət edilir. 
 
Diatermokoaqulyasiya 
Qanaxmanın dayandırılmasının  ən çox istifadə olunan fiziki üsullarından biri 
də diatermokoaqulyasiya. Bu üsul yüksək tezlikli cərəyanın tətbiqinə əsaslanır; belə 
təsirdən  cıhazın  ucluğunun    damar  divarına    toxunan  yerində  koaqulyasiyası  - 
nekrozu  və  trombun  əmələ  gəlməsi  baş  verir.  Indiki  dövrdə  diatermokoaqulyasiya 
olmadan  ciddi  əməliyyatların  aparılmasını  təsəvvür  etmək  olmaz.  Bu  imkan  verir 
ki,  yarada  liqatura  (yad  cisim  kimi)  qoymadan  kiçik  damarlardan  qanaxmanı 
dayandırmağa və quru yarada əməliyyatın davam etdirilməsinəmüvəffəq olunur. 
Bü üsulun çaytışmayan cəhətləri də vardır: iri damarlarda tətbiq etmək olmur; 
düzgün olmayaraq həddən artıq koaqulyasiya zamanı yarada geniş sahəli nekrozun 
yaranmasına səbəb olur ki, bu da yaranın sağalçmasında çətinliklər yaradır. 
Daxili orqanlardan qanaxmalar (məsələn, fibroqastroskop vasitəsi ilə mədənin 
selikli  qişasında  qanaxma  vermiş  damarın  koaqulyasiyası  və  s.)  zamanı  da 
diatermokoaqulyasiyadnan  istifadə  etmək  olar.  Əməliyyat  vaxtı  toxumaların 
kəsilməsi  üçün  kəsici  alət  kimi  (burada  alət  elektroddur)  və  eyni  zamanda  kiçik 
damarların  koaqulyasiyası  üçün  də  elektrokoaqulyasiya  tətbiq  edilir.  Bu  zaman 
əməliyyatın  aparılması  xeyli  asanlaşır  və  sürətlənir,  yəni,  toxumaların  kəsilməsi  
qanaxmalarla  müşayiət  olunmur.  Göstərilən  cəhətlərə  görə  onkologiji 
elektrokoaqulyasiyanın tətbiqi əməliyyatların həyata keçirilməsi zamanı əvəzsizdir. 
Lazer fotokoaqulyqsiyası. Plazma skslpeli 
Bunlar cərrahidə yeni texnologiyanın üsullarına aiddirlər. Mahiyyət etibarı ilə 
diatermokoaqulyasiyanın  təsir  prinsiplərinə  bənzəyir,  yəni  lokal  koaqulyasion 
nekrozun  əmələ  gətirməsidir.  Lakin  bunlar  daha  dəqiq  dozalaşdırmağa  və 
qanaxmanı  yumşaq  saxlamağa  malikdir.  Parenximatoz  qanaxmalar  zamanı  həmin 
üsullar daha əlverişli və optimaldır. 
Plazma  skslpelindən  həm  də  toxumaların  kəsilməsi  üçün  istifadə  etmək 
mümkündür. Lazer fotokoaqulyqsiyası və plazma skslpeli yüksək səmərəli olmaqla 
həm ənənvi və həm də endoskopik cərrahiyyədə geniş imkanlar yaradır. 
 
Kimyəvi üsullsr 


98 
 
Bütün  kimyəvi  üsullar  tətbiqinə  görə  yerli  və  ümumi  (və  ya  rezorbtiv  təsiri) 
olmaqla iki yerə bölünürlər. 
Yerli hemostatik vasitələr 
Yerli  hemostatik  vasitələr  yaradan,  mədədən,  digər  selikli  qişalardan 
qanaxmaların dayandırılması üçün tətbiq edilir. Əsas preparatlar bunlardır: 
1.
 
Hidrogen-peroksidi.Açıq  yaradan  qanaxmalar  zamanı  istifadə  edilir, 
trombəmələgəlməsi sürətləndirməklə təsir göstərir. 
2.
 
Damardaraldıcı maddələr (adrenalin). Dişlərin ektraksiyasında qanaxmanın 
profilaktikası  üçün,  mədə  qanaxmasında  selikli  qişanın  altına  vurmaqla  və  s. 
istifadə edilir. 
3.
 
Fibriniliz ingibitorları. Epsilon-aminokapron turşusu. Mədə qanazxmalatrı 
zamanı mədəyə zondla yeritməklə istifadə edilir. 
4.
 
Jelatin 
preparatları 
(gelaspon). 
Köpüklənmiş 
jelatindən 
hazırlanmışsüngərdən  ibarətdir.  Hemostazı  sürətləndirir,  belə  ki,  trombositlər 
jelatinlə  təmasda  olduqda  otrombositlər  zədələnir  və  trombun  əmələ  gəlməsini 
sürətləndirən amillər azad olur. Bundan başqa gelaspon tamponada etmək effektinə 
malikdir.  Əməliyyat  nahiyyələrində  və  ya  təsadüfü  yaralanmalarda  qanaxmanın 
dayandırılması zamanı istifadə olunur. 
5.
 
Mum.  Onun  tamponada  edici  effektinə  görə  tətbiq  edilir.  Kəllənin 
zədələnmiş  yastı  sümüklərinin  kənarlarını  (o  cümlədən  də  kəllənin  trpanasiyası 
əməliyyatları zamanı) tıxayıb-örtmək üçün mumdan istifadə olunur. 
6.
 
Karbazoxrom.Kapilyar  və  parenximatoz  qanaxmalarda  istifadə  edilir. 
damarlarının keçiriciliyini azaldır, mikrosirkulyasiyanı normallaşdırır. Məhlulunda 
isladılmış salfetkalar  yara səthinə qoyulur. 
 
Rezorbtiv təsirli hemostatik maddələr 
Rezorbtiv  təsirli  hemostatik  maddələr  zədələnmiş  damarlarda  tromblaşma 
prosesini sürətləndirmək məqsədi ilə xəstənin orqanizminə vururlar. 
Əsas preparatlar bunlardır: 
1.
 
Fibriniliz  ingibitorları.  Epsilon-aminokapron  turşusu.  Yuxarıda  qeyd 
edildiyi kimi yerli təsiri ilə yanaşı orqanizmə rezorbtiv təsir də göstərir. 
2.
 
Kalsium-xlorid  –  hipokalsemiya  zamanı  istifadə  edilir,  belə  ki,  bu  ionlar 
qanın laxtalanma amillərindən (V amil) biridir. 
3.
 
Tombəmələgəlməsi prosesini sürətləndirən preparatlar – disinon, etamzilat 
(bundan 
başqa 
bu 
preparatlar 
damar 
divarlarının 
keçiriciliyini 
və 
mikrosirkulyasiyanı yaxşılaşdırır). 
4.
 
Səciyyəvi  təsir  göstərən  preparatlar.  Məsələn,  mamalıqda  istifadə  edilən 
uterotonikpreparatlar: bunların təsirindən uşaqlıq əzələsi yığılır və burada olan ağzı 
açıq  damarların  mənfəzi  daralır,  nəticədə  də  qanaxmanın  qayanmasına  imkan 
yaradır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə