ilqar Məmmədov
tiv biliklərin və adekvat anlayışların, gerçəkliyi əks etdirən nəzəri
biliklər sisteminin yaradılması dövlət və hüquq nəzəriyyəsinin
mühüm vəzifələrindən biridir. Həmin hadisələrə aid biliklər obyektiv
elmi yanaşmanın nəticəsi olduğu təqdirdə dövlət və hüququn inkişaf
qanunauyğunluqları, ictimai həyatda, o cümlədən, fərdlərin
həyatında onların yeri və rolu düzgün müəyyənləşdirilmiş olur,
həmçinin də dövlətdən və hüquqdan insanların azadlığı, rifahı,
cəmiyyətin inkişafı üçün səmərəli şəkildə istifadə edilməsi imkanı
yaranır.
4.
Plyuralizm prinsipi.
Dövlət və hüquq hadisələrinin obyektiv elmi
idrakını reallaşdırmaq üçün həmin hadisələrin öyrənilməsində
müəyyən əhəmiyyət kəsb edən müxtəlif təlimləri, fəlsəfi yanaşmaları
nəzərə almaq və yalnız bir yanaşmanın, ideologiyanın, təlimin elmi
cəhətdən düzgün olmasını iddia etməklə digərlərini qəti olaraq inkar
edən ehkamçılıq mövqeyindən uzaq olmaq çox vacibdir. Plyuralizm
prinsipi dövlət və hüququn yaranması, inkişafı, onların inkişaf
qanunauyğunluqları, tarixi tipləri və formaları, mahiyyəti ilə bağlı fərqli
nəzəriyyələri, təlimləri nəzərə alaraq müqayisələr aparmağa, elmin
öz daxilində müxtəlif baxışların, yanaşmaların dialoqunu aparmağa
və nəticədə də birtərəf- lilikdən uzaqlaşmağa imkan yaradır, müxtəlif
fikirlərin, görüşlərin, konsepsiyaların dialoqu yanlışlıqların aşkar
olunmasına kömək edir. Bunun nəticəsində həqiqi biliklər əldə olunur
və elmin özü yaradıcı yöndən inkişaf edir.
Qeyd olunanlardan belə başa düşmək olar ki, dövlət və hüquq
nəzəriyyəsinin metodologiyası kənardan alınan və ya təsadüfi olaraq
seçilmiş üsul və vasitələrin pərakəndə yığımı deyil. Dövlət və hüquq
nəzəriyyəsinin metodologiyası onun bir elm sahəsi kimi inkişaf
qanunauyğunluqlarından irəli gələn, predmeti ilə bağlı konseptual
yanaşmadan çıxış etməklə müəyyənləşən elmi tədqiqatın üsul və
vasitələrinin
sistemidir.
O,
elmi
axtarışların
istiqamətini
müəyyənləşdirir,
həmçinin
də
həqiqətin
açılmasına
və
əsaslandırılmasına yönəldilmiş elmi yaradıcılığın təşkilini təmin edir.
66
Dövlət və hüquq nəzəriyyəsi
§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN METODLARININ
TƏSNİFATI
Elmi ədəbiyyatda metodların müxtəlif təsnifatı mövcuddur.
Məsələn, elmi idrak prosesində yeri və roluna görə empirik və nəzəri,
fundamental və tətbiqi və s. metodlar, elmin öyrəndiyi obyektlərin
məzmununa görə təbiət elmləri və sosial-humanitar elmlərin
metodları fərqləndirilir. Təbiət elmlərinin metodlarının özü isə cansız
və canlı təbiətin öyrənilməsi metodlarına bölünür. Bunlarla bərabər,
bir sıra başqa təsnifatlar da var, lakin metodların ümumilik dərəcəsinə
və tətbiq olunma sahəsinin genişliyinə görə aparılan təsnifata daha
çox müraciət olunur.
Metodların ümumilik dərəcəsinə və tətbiq olunma sahəsinin
genişliyinə görə təsnifatın özünün də bir neçə variantı mövcuddur.
Belə ki, həmin təsnifat daxilən metodların həm iki qrupa :1) konkret
elmi və ya xüsusi metodlara; 2) ümumi elmi metodlara; həm üç
qrupa: 1) ümumi fəlsəfi metoda; 2) elmin ümumi metodlarına; 3)
xüsusi metodlara; həm də dörd qrupa: 1)ümumi fəlsəfi metoda; 2)
ümumi metodlara; 3) xüsusi metodlara; 4) konkret elmi metodlara
bölünmə variantlarına ayrılır.
Nəzəriyyəçilərin bir çoxu həmin təsnifatın dördpilləli variantına
üstünlük verirlər. Ümumilik dərəcəsinə və tətbiq olunma sahəsinin
genişliyinə görə dövlət və hüquq nəzəriyyəsinin metodlarının
dördpilləli variantda təsnifatı belədir:
1)
ümumi və ya ümumi fəlsəfi metod;
2)
ümumi elmi metodlar;
3)
xüsusi və ya sahəvi elmi metodlar;
4)
hüquq elmlərinin konkret və ya xüsusi metodları.
Ümumi və ya ümumi fəlsəfi metod
dövlət və hüquq
nəzəriyyəsinin metodoloji əsası kimi çıxış edir. Elmi təfəkkürün
ümumi prinsipləri bu metodun məzmununu təşkil edir. Həmin
prinsiplərin xarakteri isə tədqiqatçının rəhbər tutduğu fəlsəfi
yanaşmadan, təlimdən asılı olur. Fəlsəfi metodun ümumiliyi onun
bütün elmlər tərəfindən, özü də elmi idrakın demək olar ki, bütün
mərhələlərində istifadə edilməsi ilə bağlıdır.
67
ilqar Məmmədov
Ümumi elmi metodlar
bir çox hallarda bütün elmlər tərəfindən
tətbiq olunan ümumi metodlardır. Onlar digər elm sahələri kimi dövlət
və hüquq nəzəriyyəsi tərəfindən də istifadə olunur. Belə metodlar
konkret idrak prosesinin bütün mərhələlərində deyil, idrak obyektinin
ancaq müəyyən tərəflərini, xassələrini, xüsusiyyətlərini açmaq
məqsədi daşıyan müəyyən mərhələlərdə tətbiq olunur. Onların tətbiq
olunması elmi təfəkkür məsələləri ilə məhdudlaşır və tədqiqatı
bütünlüklə əhatələmir. Ümumi elmi metodlara analiz və sintez,
induksiya və deduksiya, eksperiment və müqayisə, analogiya və
modelləşdirmə və s. aiddir.
Xüsusi və ya sahəvi-elmi metodlar
ayrı-ayrı elmlər daxilində
işlənib hazırlanır və əsasən də həmin konkret elmlər çərçivəsində
istifadə olunur. Lakin buna zərurət yarandıqda onlardan dövlətin və
hüququn öyrənilməsində də istifadə edilir. Konkret- sosioloji, riyazi,
statistik, psixoloji, kibernetik və s. metodlar sa- həvi metodlardır.
Dövlət və hüquq nəzəriyyəsinin metodoloji sistemində həmin
metodlar ikinci dərəcəli rol oynayır.
Hüquq elmlərinin konkret və ya xüsusi metodlarının
fərqləndirici cəhəti ondan ibarətdir ki, onlar hüquq elmləri tərəfindən
yaradılan metodlar olmaqla yalnız bu elmlər daxilində tətbiq edilir.
Xüsusi metodlar qrupuna hüququn təfsiri metodu, müqa-
yisəli-hüquqi metod və s. daxildir.
Dövlət və hüquq nəzəriyyəsinin ümumi-fəlsəfi, ümumi elmi,
sahəvi elmi və xüsusi metodları bir-birilə qarşılıqlı əlaqədə olmaqla və
bir-birini tamamlamaqla onun metodoloji sistemini təşkil edən ən
mühüm komponent rolunu oynayır.
Bu məsələdə A.F.Çerdantsevin mövqeyi ilə razılaşdığımıza
görə, onu da qeyd etməliyik ki, qəbul etdiyimiz təsnifat da daxil
olmaqla dövlət və hüquq nəzəriyyəsinin metodları ilə əlaqədar
aparılan təsnifləşdirmələrin heç birini mütləqləşdirmək olmaz.
Birincisi ona görə ki, müasir şəraitdə müxtəlif elmlər arasında
inteqrasiya prosesi gedir və «metodlar mübadiləsi» özü də bu
prosesə ciddi şəkildə təsir göstərir. Məsələn, hüquqşünaslıqda
sosiologiyanın,
psixologiyanın,
məntiqin,
kibernetikanın,
informatikanın metodları getdikcə daha geniş istifadə olunur. İkincisi
68
Dostları ilə paylaş: |