Dövlət və hüquq nəzəriyyəsi
İSƏ ona görə ki, elmi tədqiqatın metodoloji əsası öyrənilən obyektin
maksimal dərəcədə hərtərəfli və dolğun şəkildə nəzərə alınmasına
istiqamətlənmiş müxtəlif metodların və üsulların çox mürəkkəb bir
«düyününü» əks etdirir. Bu səbəbdən də metodların ümumelmi,
sahəvi-elmi və ya xüsusi metodlara aid edilməsi də şərti və nisbi
xarakter daşıyır.”*
Yuxarıda verilən təsnifata uyğun olaraq, dövlət və hüquq
nəzəriyyəsinin metodlarından ibarət qrupların dördü barəsində də
daha geniş açıqlama verək;
1. Ümumiyyətlə, hər bir fəlsəfi konsepsiya müəyyən metodoloji
funksiyaya malikdir. Odur ki, fəlsəfi metodlardan ən qədimi və daha
çox diqqət mərkəzində olanları metafizik və dialektik metodlar olsa
da, fəlsəfi metodlar yalnız onların ikisi ilə məhdudlaşmır. Dialektik və
metafizik metodlarla yanaşı fəlsəfi metodlara intuitiv, analitik,
fenomenoloji, germenevtik və s. metodlar da aiddir. Bundan əlavə,
fəlsəfi sistemlərdən bəziləri bir-birinə çox yaxınlaşdığından və onların
arasında çarpazlaşma yarandığından buna müvafiq fəlsəfi
metodlarda meydana gəlmişdir. Məsələn, Hegel idealizmlə
dialektikanı birləşdirərək idealist dialektik metodu əldə etrmişdir.
Marks və Engels isə dialektika ilə materializmi bir-birinə
yaxınlaşdıraraq materialist dialektik metodu inkişaf etdirmişlər.
Qadmerin rasionalist dialektika ilə germenev- tikanı qovuşdurma
cəhdini də bu sıraya aid edə bilərik.
Yuxarıda qeyd etdiyimiz kimi, dövlət və hüquq nəzəriyyəsində
fəlsəfi metod kimi əsasən materialist dialektika (bu metodun
əsasında duran fəlsəfi sistemə dialektik və tarixi materializm deyilir)
tətbiq olunur. Belə hesab edilir ki, materialist dialektika maddi
gerçəkliyin adekvat inikası olmaqla gerçəkliyin konkret sahəsinin
qanunlarına deyil, təbiət, cəmiyyət və təfəkkürün bütün sahələrinin
inkişafını əks etdirən ən ümumi qanunlara əsaslanır. Bu metod tələb
edir ki, bütün ictimai hadisələr ümumi əlaqədə və qarşılıqlı şərtlənmə
şəraitində nəzərdən keçirilsin. Materialist dialektika metodunun tətbiq
edilməsi nəticəsində
'HepflaimeB
A.<1>. Teopn»
rocy^apcTBa
H
npaea.
S.32.
69
ilqar Məmmədov
dövlət və hüquq tədqiq edilərkən onların bütün cəhətləri, bütün
əlaqələri öyrənilir və bu əlaqələr sistemində aparıcı cəhəti ayırd
etmək zərurəti yaranır. Bu baxımdan dövlət və hüquq nəzəriyyəsi
dövlət və hüququn əmələ gəlməsi məsələsini öyrənərkən həmin
hadisəni «ictimai şəraitlə əlaqədə nəzərdən keçirir və çoxsaylı
əlaqələr içərisində aparıcı olanı, məhz maddi şəraiti-son nəticədə
dövlət və hüququ yaradan şəraiti ayırd edir».”'
Müasir tədqiqatçıların bir çoxu belə hesab edir ki, marksist-
leninçi dövlət və hüquq nəzəriyyəsində qəbul olunduğu kimi,
materialist dialektikanı yeganə düzgün metod hesab etmək olmaz.
Onunla bərabər digər fəlsəfi sistemlər, konsepsiyalar da
dövlət-hüquq hadisələrinin tədqiqinin metodoloji əsası kimi qəbul
oluna bilər. Lakin belə bir fikrin yaranmasına baxmayaraq, dövlət və
hüquq nəzəriyyəsinin metodoloji əsası kimi daha çox materialist
dialektikanın çıxış etdiyini müşahidə edirik. Bununla yanaşı, müsbət
bir haldır ki, artıq materialist dialektikaya ehkamçı münasibət
keçmişdə qalıb və belə bir münasibətin özü tənqidlə qarşılanır. Artıq
dialektik və tarixi materializmin bütün suallara düzgün cavab verən
yeganə fəlsəfi sistem kimi qəbul edilməsi gülünc və fəlsəfənin özünə
zidd hesab edilir. Müasir tədqiqatçıların fikrincə «dialektik metodun
öz sərhədi və fəaliyyət dairəsi var ki, bunlardan kənarda onsuz
keçinmək tamamilə mümkündür. Onun hər şeyi izah etmək, bütün
suallara yeganə doğru cavab vermək iddiası yoxdur. Lakin özünün
səlahiyyəti çərçivəsində, xüsusən inkişaf edən bütöv sistemlərin
təhlilində dialektik metod səmərəli işləyə bilər. Əsas məsələ, konkret
şəraiti nəzərə alaraq onu elmi idrakın başqa üsul və vasitələri ilə
birlikdə bacarıqla tətbiq etməkdir».2
Ümumiyyətlə, fəlsəfi metod tədqiqatın ən ümumi xəttini,
strategiyasını müəyyənləşdirir və buna görə də ümumi elmi və xüsusi
metodları əvəz etmir. O, tədqiqatın məqsəd və vəzifələrinə, öyrənilən
materialın spesifikasına uyğun olaraq ayrı-ayrı
1
Məlikova M.F.
Dövlət və hüquq nəzəriyyəsi. S.19.
2 Rüstəmov Yusif.
Fəlsəfənin əsasları. S.296.
70
Dövlət və hüquq nəzəriyyəsi
metodların istifadəsinə geniş azadlıq verir. Fəlsəfi metod digər
metodlarla kompleks formada tətbiq olunmaqla mürəkkəb,
nəzəri-fundamental problemlərin həllində yaradıcı rol oynayır. Hər bir
elm sahəsi daxilində konkret elmi vəzifələr ümumi elmi və xüsusi,
konkret metodlar və yaxud həmin metodlar kompleksi sayəsində həll
olunur. «Fəlsəfi metod daha çox «arxa» planda fəaliyyət göstərir.
Burada, hər şeydən əvvəl, fəlsəfə xüsusi elmlərin metodları və ümumi
elmi anlayışların vasitəsilə «iş görür».''
2. Elmi idrakın ümumi metodları və ya ümumi elmi metodlar bir
sıra cəhətlərinə görə ən ümumi və ya fəlsəfi metoda bənzəyir.
Məsələn, ümumi elmi metodların bir çoxu ən ümumi metod kimi bütün
elmlərdə tətbiq olunur. Lakin ümumi və ya fəlsəfi metoddan fərqli
olaraq onlar ayrı-ayrılıqda elmin metodoloji əsasını təşkil etmir. Onlar
həm bir-birilə, həm də fəlsəfi metodla üzvi əlaqədə elmi tədqiqata
təsir göstərir. Bu sahədə aparılan tədqiqatlar təsdiqləyir ki, induksiya
və deduksiya metodları analiz və sintez, məntiqi və tarixi metodlarla
əlaqə və qarşılıqlı təsir xaricində dərin və müvəffəqiyyətli idrakı təmin
edə bilmir. Elmi tədqiqatın müxtəlif sahələrində və ya elmi idrakın
müxtəlif səviyyələrində bir şəraitdə bir üsul (məsələn, analiz), digər
şəraitdə isə başqa üsul (məsələn, sintez) üstünlük təşkil edə bilir.
Lakin bu halda belə hadisəni, tədqiqat obyektini o zaman dərk etmək
mümkündür ki, tədqiqat prosesində bütün bu metodlar vəhdətdə
tətbiq edilmiş olsun.
Elmi tədqiqatın bir-birilə dialektik vəhdətdə olan iki
səviyyəsinə-empirik və nəzəri səviyyələrinə uyğun olaraq elmi idrakın
ümumi metodları üç böyük qrupa ayrılır:
1)
elmi İdrakın yalnız empirik səviyyəsində tətbiq olunan empirik
tədqiqat metodları: müşahidə, müqayisə, analogiya, ölçmə,
eksperiment;
2)
elmi idrakın yalnız nəzəri səviyyəsində tətbiq edilən nəzəri
tədqiqat metodları: ideallaşdırma, formallaşdırma, aksiomatik metod,
abstraktdan konkretə yüksəlmə metodu;
^ Şükürov Ağayar. Fəlsəfə. Bakı, 2002, s.54.
71
1>
Dostları ilə paylaş: |