ilqar Məmmədov
3)
elmi idrakın həm empirik, həm də nəzəri səviyyəsində tətbiq
edilən empirik-nəzəri tədqiqat metodları; abstraktlaşdırma, analiz və
sintez, induksiya və deduksiya, sistemli-struktur yanaşma, tarixi və
məntiqi metodlar, modelləşdirmə.’’
Məlum olduğu kimi, elmi biliklər iki səviyyədə-empirik və nəzəri
biliklər səviyyəsində özünü göstərir. Empirik səviyyədə olan biliklərə
elmi faktlar-hadisə və predmetlərin, şeylərin empirik olaraq müşahidə
olunan xassələri haqqındakı həqiqi biliklər, empirik qanunlar-hadisə
və şeylərin inkişaf tendensiyaları haqqında biliklər və s. aiddir.
Müşahidə, eksperiment, ölçmə və bir sıra başqa metodlar empirik
səviyyədə olan biliklərin əldə olunmasında tətbiq olunur. Ancaq elmi
idrakın empirik səviyyəsində faktların elmi kateqoriyalar və
anlayışlarda qeydə alınması ilə yanaşı onların ümumiləşdirilməsi,
müqayisəli təhlili, təsnifləşdirilməsi və sistemləşdirilməsi, analiz və
sintezi də həyata keçirilir.
Nəzəri səviyyədə isə elmi hipotezalar irəli sürülür, elmi qanunlar
aşkarlanır, idrak obyektinin mahiyyətini, onun daxili, zəruri
əlaqələrini, inkişaf qanunlarını əks etdirən ideal obrazlar yaradılır.
Buna görə də, elmi idrakın nəzəri səviyyəsində yaradılan nəzəri
biliklər obyekti izah edib onun mühüm əlamətlərini, strukturunu,
funksiyalaşma qanunlarını, inkişaf meyllərini açıb göstərir.
Nəzəriyyənin qərarlaşması və inkişafı isə müvafiq idrak metodlarının
tətbiqi ilə bağlıdır. Nəzəri biliklərin əldə olunması üçün
abstraktlaşdırma (mücərrədləşdirmə), ideallaşdırma, abs- traktdan
konkretə yüksəlmə, modelləşdirmə, analiz və sintez, induksiya və
deduksiya, sistemli-struktur yanaşma və s. metodlar tətbiq olunur.
Dövlət və hüquq nəzəriyyəsi tərəfindən elmi idrakın həm empirik
səviyyəsinə, həm də nəzəri səviyyəsinə uyğun olan ümumi metodlar
tətbiq olunsa da, bu sahəyə aid tədqiqatlarda nəzəri və
empirik-nəzəri metodlar əsas rol oynayır.
^ Məmmədov Əziz, Zahidov Təvəkkül.
Dilektik idrak və
eksperimental metod. S.38.
72
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət və hüquq nəzəriyyəsi ictimai və nəzəri elm olduğundan
dövlət və hüquq hadisələrinin öyrənilməsi üçün tez-tez konkretdən
mücərrədə və mücərrəddən konkretə keçmək zərurəti yaranır. Odur
ki, abstrakt-elmi (məntiqi) metod dövlət və hüquq nəzəriyyəsinin
vacib ümumi metodlarındandır. Məntiq elminin özü «mücərrəd
təfəkkür mərhələsində nəzəri idrakın formaları, üsulları, metodları və
bu metodların əsasını təşkil edən qanunlar haqqında, həmçinin idrak
vasitəsi kimi dil haqqında ümumelmi xarakter daşıyan elmdir»."'
Dövlət-hüquq gerçəkliyinin dərk edilməsində müxtəlif məntiqi
əməliyyatlardan (analiz, sintez, induksiya, deduksiya, analogiya,
modelləşdirmə, mücərrədləşdirmə, ümumiləşdirmə və s.) və
məntiqin qanunlarından geniş istifadə olunur.
Analiz
- tamın tərkib hissələrə, elementlərə bölünməsi və onların
ayrılıqda öyrənilməsidir. Başqa sözlə desək, cismin, hadisənin onun
öz əlamətlərinə, tərkib hissələrinə görə fikrən ayrılmasıdır. Bu zaman
şərti olaraq bir-birindən ayrılan hissələr ayrılıqda tədqiq edilir.
Sintez
isə ayrı-ayrı elementlərin öyrənilməsi nəticəsində əldə
olunmuş biliklərin tam daxilində ümumiləşdirilməsidir. Məntiq
elmində deyildiyi kimi, sintez-predmetin əlamətlərinin bir bütövdə
fikrən birləşdirilməsi və onların arasındakı qarşılıqlı əlaqəni
öyrənməkdir. Sintez nəticəsində öyrənilən predmetin, hadisənin
oxşar əlamətləri ümumiləşdirilir, onların arasındakı qarşılıqlı əlaqələr
öyrənilir və bunun nəticəsində mücərrədləşmə səviyyəsində
müəyyən elmi konstruksiyalar İşlənib hazırlanır, müəyyən biliklər əldə
olunur. Təbil ki, sintez pərakəndə, eklektik (ziddiyyətlər ifadə edən)
ümumiləşdirmə deyil. O özündə dialektik tamlıq ifadə edir. Misal
olaraq qeyd edə bilərik ki, hüququn ayrı-ayrı sahələri haqqında biliklər
sintez edilməklə bütövlükdə hüquq haqqında müvafiq ümumi-nəzəri
bilik yaradılır.
İnduksiya
ümumini dərk etməyin vasitələrindən biri olmaqla
ayrı-ayrı faktlardan, hadisələrdən ümumiyə məntiqi keçid əməliyyatını
ifadə edir. İnduksiyanın ən yüksək növlərindən biri
1 i
Israfilov M.M.
Məntiq kursu. Bakı, 2001, s.13.
73
ilqar Məmmədov
elmi induksiyadır. «Elmi induksiya elə əqli nəticədir ki, məntiqi sinfə
aid olan predmetlərln hissələrinin zəruri əlaqələrinin, yaxud zəruri
əlamətlərinin əsasında bu sinfin bütün predmetləri haqqında ümumi
nəticə çıxarılır».
Elmi induksiya zəruri, qanunauyğun və səbəbli əlaqələrə diqqət
verdiyindən o, həqiqi biliklərin alınmasına yönəlmiş əqli nəticə kimi
özünü göstərir. Ayrı-ayrı predmet və hadisələrin müqayisə edilməsi
və tutuşdurulması onlarda ümumi əlaqə və münasibətləri aşkara
çıxarmağa imkan verir. Bunlardan birinin səbəb, digərinin nəticə kimi
meydana gəlməsini müəyyən etmək üçün ayrı-ayrı faktlardan,
hadisələrdən ümumiyə məntiqi keçid əməliyyatından istifadə edilir.
Xüsusidən ümumiyə həmin keçid əməliyyatı induksiya vasitəsilə
həyata keçirilir. Burada idrak prosesi məlum faktların tədqiqindən
naməluma doğru gedir. İnduktiv ümumiləşdirmə nəticəsində
faktlardan, təcrübədən empirik qanunlar alınır. Dövlət və hüquq
hadisələri tədqiq edilərkən induksiyanın tətbiq olunması nəticəsində
həmin hadisələr müqayisə edilir və tutuşdurulur, xüsusi biliklər
əsasında ümumi bilik əldə edilir, yəni ilkin olaraq dövlət və hüququn
ayrı-ayrı tərəfləri, hadisələri dərk edilir və sonra da əldə olunan
biliklər əsasında müxtəlif səviyyəli ümumiləşdirmələr aparılır.
Deduksiya
məntiqi əməliyyatın bir növü olmaqla idrak
prosesində ümumi biliklərdən xüsusi biliklərə, ümumidən təkcəyə,
konkretə, xüsusiyə gedişi ifadə edir. Buna görə də, deduksiya idrak
prosesini induksiyanın əks istiqamətində aparır. Təfəkkür prosesi
induksiyada təkcədən, xüsusidən ümumiyə doğru getdiyi halda
deduksiyada əksinə, ümumidən az ümumiyə, xüsusiyə doğru gedir.
Düzgün təfəkkürün ümumbəşəri formalarından biri kimi, deduksiya
gerçəkliyin dərk olunmasında və hadisələr haqqında həqiqi biliklərin
əldə edilməsində mühüm rol oynayır. Deduksiya reallığı anlamağın
səmərəli tədqiqat metodlarından biri hesab olunur. Deduksiyada
ümumi biliklər əqli nəticənin çıxış hökmləri kimi götürülür və bir sıra
məntiqi qaydalar tətbiq edilməklə onlardan zəruri nəticələr çıxarılır.
Deduksl-
1 i İsrafilov M.M. Məntiq kursu. S.375.
74
Dostları ilə paylaş: |