Dövlət və hüquq nəzəriyyəsi
MÖVZU:
DÖVLƏT VƏ HUQUQUN ƏMƏLƏ GƏLMƏSİ
§ 1. DÖVLƏTƏQƏDƏRKİ CƏMİYYƏTDƏ HAKİMİYYƏT VƏ
SOSİAL NORMALAR
insanların həyatında mühüm rol oynayan dövlət və hüquq
cəmiyyətin inkişafının müəyyən bir mərhələsində formalaşıb. Buna
qədər isə insan cəmiyyəti uzun tarixi yol keçmişdir. Təbii ki, əldə
olunan biliklər bu tarixi izləməyə imkan vermir. Materialist
yanaşmadan çıxış edən alimlər belə hesab edirlər ki, yer üzərində
təxminən 2 milyon il bundan əvvəl Insanabənzər varlıqlar
yaşayırdılar. «Homo sapiens»in isə ən azı 200 minillik tarixi var.
Ancaq kromanyon tipli müasir insan təxminən qırx min ildir ki, yer
üzərində həyat sürür. Məhz bu tarixi dövrdən başlayaraq bəşəriyyətin
artıq bioloji yox, sosial təkamülü baş vermişdir. Sosiogenezin (sosial
inkişafın) dövlətə qədərki mərhələsində ibtidai icma quruluşu
meydana gəlmiş və bu quruluşun özü də statik xarakterə malik
olmayıb müxtəlif İnkişaf mərhələlərindən keçmişdir.
Hüququn antropologiyasına aid ədəbiyyatda göstərildiyi kimi,
sosiogenezin erkən çağlarında insanların birgəyaşayışından irəli
gələn özünütənzimləmə təlabatı insanın sağ qala bilməsinin zəruri
şərti olmuşdur. İnsanların sağ qala bilməsini və birgəyaşayışın
mümkün olmasını təmin edən özünütənzimləmə kollektiv- daxili
həyatın müəyyən qaydalara uyğun tənzimlənməsində ifadə olunurdu.
Öz elmi yaradıcılığında dövlət və hüququn yaranması məsələsinə
xüsusi yer ayırmış hüquqşünas-alim T.V.Kaşa- nina yazır ki,
heyvanlar yalnız bioloji qanunlara tabedir. İnsanlar İsə bioloji
qanunlara tabe olmaqla yanaşı, həm də öz davranışlarını
tənzimləməyi öyrənmişdir. İnsan ictimai tənzimləyiciləri
81
ilqar Məmmədov
«kəşf etmiş» və həmin tənzimləyicilər bioloji qanunları ləğv etməsə
də, onları müəyyən bir tərəfə sıxlaşdırmışdır, ictimai tənzimləyicilərin
insanların psixi fəaliyyətində inqilabi dəyişiklikiər yaratması
nəticəsində insanlar heyvanlarla müqayisədə inkişafın yeni bir
mərhələsinə keçə bilmişlər. T.V.Kaşanina göstərir ki, ictimai
tənzimləyicilər ibtidai cəmiyyətdə iki əsas funksiyanı yerinə yetirirdi.
Onların «birinci funksiyası ibtidai insanların psixi enerjisinin ətraf aləm
qarşısında yaranan qorxudan, həyəcandan azad olmasına imkan
yaratmaqla onu yaradıcı fəaliyyətə yönəltməkdən ibarət olmuşdur.(...)
İctimai
tənzimləmənin
ikinci
funksiyası
cəmiyyətdə
sabit
münasibətlərin qurulmasını təmin etməkdən ibarətdir. Belə ki, məhz
bu cür münasibətlər tayfa və qəbilə üzvlərinin sırf subyektiv
motivlərinin və oniarın doğurduğu subyektiv halların, təsadüflərin
təsirini aradan qaldırmaq gücündə idi».’'
İnsanın həyati fəaiiyyətinin iikin formaiarı onun ətraf aiəmə
uyğuniaşmasını təmin etmiş və həmin uyğunlaşma kollektiv xarakterə
malik oimuşdur. Buna görə də, fransız alimi P.Teyar de Şarden belə
hesab edir ki, «ilkin insan» məhz çoxlu adamlardan ibarət ola bilərdi,
insan həmin çoxiuq daxilində, onunla formalaşmış və buna görə
kollektivdaxili əlaqələrin tənzimiən- məsi də kollektivin qorunub
saxlanmasına yönəlmişdir. Burada fərdiiik yox idi, «protofərd»
kollektivə tabe idi və özünü ondan ayrı təsəvvür də etmirdi.
Koliektivin qorunub saxlanması üçün əldə olunan kollektiv
mülkiyyət insaniarın yaşayışını təmin etməkiə yanaşı, həm də
«ictimailəşdirici» faktor kimi çıxış etmişdir. Həmin mülkiyyətiə (əmək
və ov aiətləri, yaşayış yerləri və s.) əlaqədar olaraq yaranan
münasibətlər, həmçinin belə bir mülkiyyətin özünə münasibət
müəyyən «normalarla», davranış qaydaları ilə tənzimlənmişdir.
Yaşaya bilmənin maddi əsası ilə bağlı olan bu normaların insanların
birgəyaşayışının nizamlanmasında çox mühüm rolu olmuşdur.
*
* Кашанина T.B. Происхождение государства и права. M.,
2004,
S.177.
82
Dövlət və hüquq nəzəriyyəsi
insan birliyinin yaratdığı ictimai tənzimləyicilər və birgəyaşayış
qaydaları onun ətraf aləmə uyğunlaşmasını təmin etməklə yanaşı,
həm də insanın dağıdıcılığa meyl göstərməsinin qarşısını almağa
xidmət etmişdir. Bu mənada A.İ.Kovler yazır ki, ibtidai icmalarda
münasibətlərin bütün icma üzvlərinin iştirakı ilə tənzimlənməsi
kollektiv həyat tərzinin «zooloji individualizmin resi- divlərinin»
dağıdıcı təsirindən qorunmasına imkan yaratmışdır."'
Marksist tarixşünaslıqda göstərilir ki, qəbilə-tayfa (qohumluq
əlaqəsi əsasında yaranan kompakt insan birlikləri) quruluşu so-
siogenezin bu dövründə dominant rola malik olmuşdur. Müasir
arxeoloqların və etnoqrafların əldə etdiyi biliklər tədqiqatçılara imkan
yaradır ki, marksist tarixşünaslıqda özünə yer alan bu fikrin əksinə
olaraq, həmin mərhələdə sosiogenezin bir yox, bir neçə fərqli
istiqamətdə getdiyini izah etsinlər və bunu elmi cəhətdən əsaslandıra
bilsinlər. Məhz bu səbəbdən «qəbilə» və «icma» nəzəriyyələri
arasında mübahisələr yaranmışdır. Misal üçün, V.R.Kobo
sosial-iqtisadi əlaqələrin cəmləşdiyi dairəni ibtidai sosiumun həyati
mərkəzi kimi qiymətləndirməklə belə bir nəticəyə gəlmişdir ki, ibtidai
sosiumda qəbilə yox, məhz icma birgəyaşayışın əsas təşkiiolunma
forması kimi çıxış etmişdir. Onun fikrincə, ibtidai icmanın özü ibtidai
cəmiyyətin birgə təsərrüfatının təşkili forması olan təbii kollektiv idi.
Bu
fikir,
dövlətəqədərki
cəmiyyətdə
münasibətlərin
tənzimlənməsi baxımından qəbilənin ciddi rola malik olduğunu inkar
etmir. Belə hesab edilir ki, ictimai təşkilatlanmanın bir forması olan
qəbilənin təyinatı, ilk növbədə, qohumluq əlaqəsinin tənzimlənməsi,
nəslin qorunub saxlanılması və bu əsasda birgə təsərrüfatın idarə
olunması ilə bağlı olmuşdur. İcma isə, ilk növbədə, istehsal
münasibətləri əsasında qurulan və təsərrüfat həyatı ilə bağlı olan
əlaqələri möhkəmləndirmiş və ən azı iki qəbilədən, qohumluq
əlaqələri əsasında formalaşmış qrupdan ibarət vahid bir
sosial-iqtisadi kollektiv olmuşdur.
İbtidai icma dövründə icmaların oturaq həyat tərzinə keçməsi,
müvafiq təsərrüfat sisteminin inkişafı ictimai münasibət
KoBjıep A.H. Aı-iTponojıorHH npasa. M., 2002, s.l09.
83
Dostları ilə paylaş: |