Dövlət və hüquq nəzəriyyəsi
düşmən qəbilələrin qurbanına çevrilirdi, icma üzvlərinin səhv hesab
edilən hərəkətlərə yol verməməsi və ya belə hərəkətlərdən çəkinməsi
üçün bir çox hallarda sadəcə ictimai məzəmmət və ya ağsaqqalların
məzəmməti kifayət edirdi. Hər bir qəbilə, tayfa öz üzvlərini
düşmənlərdən mühafizə edir və hər hansısa bir fərdin başqa icmanın
üzvü ilə münaqişəsi baş verdikdə qəbilələr bir-birinə qarşı durmalı
olurdu.
Tayfalar daxilində ictimai özünüidarəetmə sistemi bir neçə
yarımsistemlərdən-özünüidarəetməni həyata keçirən qəbilələrdən
ibarət idi. Belə bir sistemin qurulması nəticəsində həyati məsələlərlə
bağlı qərarlar, demək olar ki, bütün icma üzvlərinin (müvafiq yaş
həddinə çatmış) iştirakı ilə qəbul olunurdu. A.İ.Kov- lerin sözləri ilə
desək, qeyd olunanlar bəşəriyyətin «qızıl dövrü» adlandırılan ibtidai
icma dövrünü idealizə etməyə xidmət etmir. Belə ki, dövlətin
yaranmasına qədərki dövrdə icmalar daxilində ümumi idarəçiliyin
bütün üzvlərin iştirakı ilə həyata keçrilməsi sərt və amansız bir mühitlə
mübarizədə insan birliklərinin qorunub saxlanması məqsədinə xidmət
edirdi. Təbii ki, həmin icmalarda müasir mənada başa düşdüyümüz
azadlıq yox idi və icma daxilində azad fərdlərin bərabərliyinin təmin
edilməsindən söhbət gedə bilməzdi. Fərdin həyatının bütün sahələri,
hər bir əhəmiyyətli sayılan hərəkəti bir çox hallarda sakral
(«sakral»
sözü latın mənşəli olub dini rituallara aid edilən, müqəddəs hesab edilən
mənasını verir)
xarakterə malik olan normalar vasitəsilə, özü də çox
ciddi şəkildə tənzimlənirdi. Bu cür total kolllek- tivçilik hər bir icma
üzvünün həyatının digər üzvlərin nəzarəti altında olması ilə
tamamlanırdı.
İbtidai icma quruluşunun dövlətin formalaşmasına yaxın
mərhələsində, politogenezin inkişaf etməyə başladığı dövrdə hərbi
yürüşlərin, köçlərin intensivləşməsi hərbi başçıların hakimiyyətinin
güclənməsinə səbəb olmuşdur. Buna görə, tədqiqatçıların bir çoxu
ibtidai-icma dövrünün son mərhələsini başçılıq dövrü kimi xarakterizə
edirlər. Bu dövr icma və yaxud qəbilə demokratiyasının zəifləməsi
dövrüdür, icmaların böyüməsi, tayfa birliklərinin, ittifaqlarının
formalaşması qəbilə və tayfa üzvlərinin özünü
87
ilqar Məmmədov
idarəetmə işində çətinliklər yaratmışdır. Qəbilə icmaları daxilində
liderlik ilk növbədə ağsaqqalara məxsus İdisə, ərazi üzrə ictimai
təşkilatlanmanın inkişafı nəticəsində liderliyə iddia edənlərin sayı bu
təşkilatlanmaya daxil olan qəbilə, tayfa ağsaqqalarının, başçılarının,
kahinlərin hesabına daha da artmışdır. Əmlak bərabərsizliyinin
meydana gəlməsi ilə varlanmış şəxslər də həmin qrupa daxil
olmuşdular. Beləliklə, tədricən formalaşan sosial iyerarxiya sosial
liderliyin və maddi zənginliyin iyerarxiyasına çevrilirdi. Hakimiyyət
sahəsində bir tərəfdən qəbilə və Icmadaxill əlaqələr, sosial
normalara əsaslanan ictimai özünüidarəetmə orqanları, digər
tərəfdən isə hərbi təşkilatlanmanın başında duran başçılar özünə yer
alırdı. Böyüməkdə olan icmaların-tayfaların, tayfa ittifaqlarının bir-biri
ilə mübarizəsi ictimai hakimiyyətin başçılığa (çhifedom) uyğun
təşkilatlanmasına təkan verən amillərdən biri idi. Başçıların əlində
olan məcburetmə vasitələrinin təkmilləşməsi tədricən ictimai
təşkilatlanmanın yeni qaydalarını yaratmışdır. Bunun nəticəsində
ibtidai icma dövrünün son mərhələlərində İsveç alimi E.Annersin
«əmr hüququ» adlandırdığı yeni norma tipi yaranmışdır.
Mülkiyyətin və təbii resursların, yəni suyun və torpağın bölgüsü
üzərində nəzarəti ələ keçirən başçıların, onların ətrafında cəmləşən
ibtidai aristokratiyanın məhkəmə funksiyalarını mənimsəməsi bu
qüvvələrin hakimiyyətinin güclənməsi demək idi.
Xatırladaq ki, bütün insan birliklərində olduğu klml, İbtidai
icmalarda da insanlar normativ tənzimləyicilərə tabe idilər.
Tədqiqatçıların fikrincə, ibtidai icma dövründə insanların həyatı
cəmiyyətin inkişafının sonrakı mərhələləri ilə müqayisədə daha çox
və daha ciddi qaydada sosial normalara bağlı olmuşdur.
Ümumiyyətlə, ibtidai icma insanının şüuruna hakim olan təsəvvürlər,
bütövlükdə düşüncə tərzinin özü normativ xarakterə malik idi.
Tədqiqatçıların bir qismi belə hesab edir ki, ibtidai icma dövründə
sosial normalara və bu normaların əsasında duran təsəvvürlərə xas
olan cəhətlərdən biri də sinkretizmdir. Yəni həmin dövrdə davranış
qaydaları sosial tənzimlənmənin müxtəlif normalarına diferensiasiya
olunmadığına görə onları mononor-
88
Dövlət və hüquq nəzəriyyəsi
malar kimi xarakterizə etmək lazımdır. Bu səbəbdəndir ki,
sosionormativ sahəyə aid olan ənənələrdə, adətlərdə, miflərdə və
rituallarda instiktiv və idraki, təbii və sosial, real və mistik olan tərəflər
bir yerə cəmləşmişdir. Mononorma ideyasını tarixçi- alimlərdən
A.İ.Perşits və V.P.Alekseyev irəli sürmüş və sonradan
hüquqşünas-alimlərdən bir çoxu bu ideyanı qəbul etmişdir.”' Həmin
mövqedən çıxış edən alimlərin fikrincə, mononormalar davranışın
diferensiasiya olunmamış ümumi qaydalarını ifadə etdiyindən ibtidai
icma dövründə hüquqi, mənəvi, dini xarakterli normalar ayrıca olaraq
fərqlənməmiş, bütün bu sahələrin tənzimlənməsi ümumi normalar
vasitəsi ilə həyata keçirilmiş və bu cür sinkretiklik ictimai şüurda,
dünyagörüşünün özündəki sinkretikliyi əks etdirmişdir, icma
üzvlərinin hüquq və vəzifələri də mononormalar vasitəsilə ifadə
olunurdu.
Hüquqşünas-alimlərin heç də hamısı mononorma ideyası ilə razı
deyil. Məsələn, T.V.Kaşanina hesab edir ki, mononorma alimlərin
fantaziyasının nəticəsi, elmi uydurmasıdır. Əslində, davranış
qaydaları bu cür ola bilməzdi və o dövrdə də insanların davranışı
mononormalar tərəfindən deyil, müxtəlif sosial normalar vasitəsilə
tənzimlənirdi.^
Bu iki əks mövqelərin arasında orta mövqe tutan tədqiqatçılar da
var. Məsələn, R.-M.Z.Zumbulidze yazır ki, ibtidai icmaların demək
olar ki, hamısında insanların qarşısında duran normativ tələblər
nəsildən-nəslə ötürülən ənənəvi davranış stereotipi formasını
qazanmışdır. Bunu izah etmək üçün mononorma konstruksiyası
tamamilə inkar olunmamalıdır. Onu yalnız nəzəri abstraksiya kimi
qəbul etmək də olmaz. Belə ki, həmin konstruksiyadan çıxış edərək
indinin özündə də daxilən dini, mənəvi və hüquqi sahələrə bölünən
vahid normaları aşkarlaya bilərik. Məsələn, «öldürmə», «oğurluq
etmə», «yalan söyləmə» kimi imperativlər özündə dini xarakterli
tələbi, mənəvi maksimanı və
' В а
X:
Алексеев В.П., Першнц А.И.
История первобытного
общества. М, 2004, з. 195.
-
Кашаннна Т.В.
Происхождение государства и права. 8.210.
89
Dostları ilə paylaş: |