Dövlət və hüquq nəzəriyyəsi
yadan istifadə etmədən dövlət və hüquq hadisələrini dərindən dərk
etmək mümkün deyil.
İnduktiv idrak nəticəsində alınan ümumi biliklərin həqiqiliyi
deduksiya vasitəsilə yoxlanılır, faktlarla sınaqdan keçirilir. Lui de
Broylun yazdığı kimi «elmdə böyük kəşflər, elmi fikrin irəliyə doğru
sıçrayışları riskli, lakin əsl yaradıcı metod olan induksiya vasitəsilə
reallaşır. (...) Lakin buradan belə bir nəticə çıxarılmamalıdır ki,
deduktiv mühakimənin ciddiliyinin elə bir dəyəri yoxdur. Əslində
induksiyanın yeni çıxış hökmləri müəyyənləşdirmə- sindən sonra,
deduksiya onlardan nəticə çıxarmaqla hökmlərin faktlarla
uzlaşdırılmasına imkan yaradır və yalnış təsəvvürlərin yaranmasının
qarşısını alır. Yalnız deduksiya hipotezaların yoxlanılmasını təmin edə
bilir və fantaziyanın həddindən kənara çıxmasına qarşı duran dəyərli
vasitə rolunu oynayır».”'
Analogiya
- hadisələrin bir qism əlamətlərindəki oxşarlıqdan
onların digər əlamətlərə görə də oxşarlığı haqqında nəticə
çıxarılmasında ifadə olunan əqli nəticədir. Analogiyadan daha çox
real münasibətlər əsasında həqiqi biliklər almaq mümkün olmayan
hallarda istifadə edilir. Analogiyanı tətbiq etməklə məlum olanların
əsasında məlum olmayanlar haqqında müəyyən nəticəyə gəlmək
olur. Mürəkkəb ictimai-siyasi proseslərin, dövlət-hüquq hadisələrinin
təhlilində analogiyadan heç də az istifadə olunmur. Dövlət və
hüququn keçmişə və gələcəyə aid olan hadisələrinin öyrənilməsində
bu metodun tətbiq edilməsinin xüsusi əhəmiyyəti var.
Analogiyanın bir neçə funksiyası var ki, onlardan biri də evristik
funksiyadır. Bu funksiya öz ifadəsini bilavasitə modelləşdirmə
əməliyyatında tapır.
Modelləşdirmə metodu
obyektin modellərlə
öyrənilməsi üsulu olmaqla tədqiq edilən obyektin müəyyən xassə və
əlamətlərini yenidən canlandırır. Nəzəri sahədə modelləşdirmə
metodu tətbiq edildiyi təqdirdə ideal modelləşdirmədən istifadə
olunur. Bu baxımdan modelləşdirmə tədqiq olunan obyektlərin
şüurda ideal inikasını ifadə edir.
Луи де Бройлъ. По тропам науки. М., 1962, s.178.
75
ilqar Məmmədov
Mücərrədləşdirmə (abstraktlaşdırma)
metodunun tətbiq
olunması obyektiv idraka çatmaq üçün predmetin, hadisənin ümumi,
zəruri, əhəmiyyətli cəhətlərinin digərlərindən ayrılması, təcrid
olunması İlə müşaiyət olunur. Öyrənilən hadisənin, predmetin hansı
cəhətlərinin
mühüm,
hansıların
ikinci
dərəcəli
olmasını
müəyyənləşdirmək mücərrədləşdirmənin vacib vəzifələrindəndir.
Digər elm sahələrində olduğu kimi dövlət və hüquq nəzəriyyəsində
də mücərrədləşdirmənin müxtəlif növlərindən istifadə olunur.
Mücərrəddən konkretə yüksəlmə metodu
fikrin ayrı-ayrı
abstraksiyalardan onların sintetik birliyinə doğru hərəkətində ifadə
olunur. Konkretlik mücərrədləşdirmə prosesində seçilib ayrılan
anlayışların nə isə bütöv, tam halında yenidən birləşdirilməsinin
nəticəsi olmaqla ondan sonra gəlir. Konkret, mücərrədləş- mə
nəticəsində ayrılmış tərəflərin sintezi, müxtəlifliyin vəhdəti kimi çıxış
edir. Obyektin ayrı-ayrı tərəflərini əks etdirən mücərrəd bilik
konkretliyə doğru hərəkət etdikdə obyektin bütün tərəf və əlaqələrini
əks etdirən tam biliyin alınmasına gətirib çıxarır. Həmin tam bilik isə
konkretlikdə ifadə olunur. Odur ki, konkretlik çoxlu tərəflərin sintezi
olub tam bilik verən mücərrəd sistem kimi xarakterizə edilir. Beləliklə,
idrakda mücərrədliklə konkretlik bir- birini tamamlayır və qırılmaz
şəkildə bir-birinə bağlı olur.
İdeallaşdırma metodu
mücərrədləşdirmənin xüsusi bir növü
hesab olunur, ideallaşdırma deyərkən gerçəklikdə mövcud olmayan,
lakin real həyatda örnəyi olan obyektlər haqqında anlayışlar qurmaq
üsulu nəzərdə tutulur. Gerçəkliyin daha dərindən və daha dəqiq dərk
edilməsi məqsədi ilə real predmetlərin, hadisələrin və onlar
arasındakı əlaqələrin, münasibətlərin xassələrindən fikrən ayrılmaq
onlara gerçəklikdə olmayan xassələr verməklə «idealizə olunmuş
obyekt» yaradır. Real obyektlərin nəzəri səviyyədə öyrənilməsi üçün
həmin «idealizə olunmuş obyekt»dən istifadə edilir. İdeallaşdırma
nəticəsində yaradılan nəzəri model öyrənilən obyektin faktiki
materialından ayrılmaqla yanaşı anlayışlar qurmaq yolu ilə onun
xassələrinin və tərəflərinin daha dolğun və tam təqdim olunmasına
imkan verir.
76
Dövlət və hüquq nəzəriyyəsi
İdeallaşdırma metodunun digər elm sahələrində olduğu kimi,
dövlət və hüquq nəzəriyyəsi üçün də çox mühüm əhəmiyyəti var.
Çünki dövlət və hüquq həyatının qanunlarını həmin hadisələrdən
fikrən ayrılmaqla öyrənmək mümkündür. Bu isə ideallaşdırma
metodunun tətbiq edilməsi zərurətini yaradır.
Mücərrədləşmə ilə yaxından əlaqəsi olan bir metod da ümu-
miləşdirmədir.
Ümumiləşdirmə metodu
bu və ya digər əlamətlər
əsasında predmetlərin, hadisələrin, onların qruplarının fikrən
birləşdirilməsi və ya onların ümumi xassələrinin, əlamətlərinin
müəyyənləşdirilməsidir.
«Tək»
və
«ümumi»
kateqoriyaları
ümumiləşdirmənin qnoseoloji əsası kimi çıxış edir. Ümumiləşdirmə
mücərrəd-ümumi və konkret-ümuminin müəyyənləşməsi ilə müşayiət
olunur.
Tarixi və məntiqi metodlar
idrak prosesində tarixiliklə mən-
tiqiliyin vəhdətdə götürülməsini ifadə edir. Metodoloji araşdırmalar
göstərir ki, tarixi inkişafda olan sistemləri öyrənən elmlərin hamısı
üçün tədqiqatın tarixi metodunun böyük əhəmiyyəti var. Bu elə
metoddur ki, obyektin real tarixini onun konkret müxtəlifliyində əks
etdirir, əhəmiyyətli tarixi faktları və onun inkişaf mərhələlərini üzə
çıxarır, nəticədə öyrənilən obyektin nəzəriyyəsini yaratmağa təkan
verir, onun inkişaf məntiqini və qanunauyğunluğunu aşkarlayır. Bu
zaman tarixilik məntiqiliklə tamamlanaraq onda öz məntiqi yekununu
tapmalıdır. Məntiqi metodun tətbiq olunması, tarixi prosesin mücərrəd
və ardıcıl nəzəri formada dərk olunmasına xidmət edir. Beləliklə,
məntiqilik obyektiv aləmi insan şüurunda ideal obrazlar şəklində əks
etdirən fikirlərin (anlayışların, kateqoriyaların, mühakimələrin) bir-biri
ilə müəyyən zəruri əlaqəsini yaradır.
Sistemli yanaşma
və ya sistemli analiz metodu da elmi
təfəkkürün bir istiqamətini ifadə edir, dövlət və hüququn struktur
ünsürlərini,
tərkib
hissələrini
və
onların
əlaqəliliyini
müəyyənləşdirmək yolu ilə bu strukturun vahid nəzəri mənzərəsini
yaratmağa imkan verir. Sistemli analiz aparılarkən öz strukturu
daxilində obyektin bütövlüyünü şərtləndirən əsaslar, obyektin
elementləri arasında olan əlaqələr öyrənilir və onların mahiyyəti,
keyfiyyət xüsusiyyətləri aşkarlanır. Misal üçün, dövlət mexanizmi
77
Dostları ilə paylaş: |