ilqar Məmmədov
lərin mürəkkəbləşməsinə təsir etmiş ən mühüm amillərdən biri hesab
olunur. Təsərrüfat həyatında istehsalın güclənməsi, istehsal
vasitələrinin
təkmilləşməsi
və
istehsal
münasibətlərinin
mürəkkəbləşməsi ailələrin, qəbilələrin, tayfaların bütöv bir
iyerarxiyasının yaranmasına səbəb olan əsas amillərdən olmuşdur.
İstehsalın təkmilləşməsi, mürəkkəbləşməsi sonradan ictimai əmək
bölgüsünün, «maraqların bölünməsinin» güclənməsinə də gətirib
çıxarmışdır. İcmaların inkişaf etməsi nəticəsində bir-biri ilə yaxın olan
qəbilələri birləşdirən tayfalar, tayfa ittifaqları yaranmışdır. İctimai
strukturun mürəkkəbləşməsi, böyüməsi isə təbii qüvvələrə, düşmən
tayfaların aqressivliyinə qarşı dura bilmək imkanlarını artırmışdır. Bu
səviyyəyə yüksəlmiş tayfaların qonşu tayfalarla mübarizədə onlara
qalib gəlmək və onları özlərindən asılı etmək gücü də çoxalmışdır.
Tanınmış hüquqşünas-alim V.M.Sırıx marksist nəzəriyyənin
müddəalarından çıxış edərək yazır ki, dövlətin nə olduğunu bilməyən,
lakin onu doğuran ictimai quruluş forması məhz qəbilə quruluşu
olmuşdur. Onun fikrincə, qəbilə quruluşunda demokratik əsasa malik
olan ictimai hakimiyyət aşağıdakı əlamətlərə malik idi:
1)
Ali hakimiyyət qəbilənin bütün müvafiq yaş həddinə çatmış
üzvlərinin yığıncağına məxsus olmuşdur. Bu yığıncaqda həm kişilər,
həm də qadınlar iştirak edirdilər. Qəbilə üzvləri ən mühüm məsələləri
həll etmək üçün yığıncağa toplanırdılar.
2)
Qəbilə daxilində idarəçiliyi peşəkarcasına həyata keçirən hər
hansısa bir orqan, aparat və ya təşkilat yox idi. Hakimiyyət kollektiv
xarakter daşıyırdı.
3)
Qəbilə bütün qəbilə üzvlərinin müdafiəsini təmin edirdi.
Qəbilə üzvünə zərər yetirildikdə bu, bütün qəbiləyə vurulmuş zərər
hesab olunurdu. Buna görə də zərər çəkmiş şəxsin müdafiəsinə
bütün qəbilə qalxırdı.
4)
Qəbilə üzvləri arasındakı fərqlər təbii mənşəli olmuşdur.
Kişilər ovçuluqla, balıqçılıqla məşğul olur, tarlada çalışır, qadınlar isə
ev təsərrüfatı ilə məşğul olurdular.”'
Сырых B.M.
Теория государства и права.
S.16-17.
84
Dövlət və hüquq nəzəriyyəsi
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, cəmiyyətin
inkişafının dövlətəqədərki dövründə icma üçün mühüm əhəmiyyət
kəsb edən bütün həyati məsələlər İcma üzvlərinin ümumi
yığıncağında həll olunurdu. Yetkinlik yaşına çatmış hər bir şəxs
ümumi yığıncaqda bütün məsələlərin müzakirəsində və qərarların
qəbulunda iştirak edə bilərdi. Ümumi yığıncaq bir növ ictimai
hakimiyyət orqanı olmaqla yanaşı, həm də məhkəmə orqanı
funksiyasını həyata keçirirdi. Qəbul olunan qərarlar İsə icmanın bütün
üzvləri tərəfindən qeyd-şərtsiz həyata keçirilməli idi. Beləliklə də,
qəbilə və tayfa üzvlərinin yığıncağı bir növ ali suveren orqan kimi
kollektiv iradəni ifadə edirdi. Tədqiqatçılar konsensusu, yekdillik
prinsiplərinə uyğun qərarların qəbul edilməsini bu yığıncaqlar üçün
xarakterik olan ümumi xüsusiyyətlər hesab edirlər.
İcmanın idarə olunması isə ağsaqqallar şurası, kahinlər və
başçılar (qəbilə başçısı, tayfa başçısı, hərbi başçı) tərəfindən həyata
keçirilirdi.
Ağsaqqalların hakimiyyəti onların həyat təcrübəsinə, şəxsi-
mənəvi avtoritetlərinə, qəbilə üzvlərinin, icma üzvlərinin onlara olan
inamına əsaslanırdı. Bu avtoritet fiziki gücün yox, şəxsin özünün,
onun mənəvi gücünün avtoriteti idi. İcma üzvlərinin ağsaqqalların
göstərişlərinə tabe olması icmadakı ümumi maraqlardan irəli
gəlməklə təbii xarakterə malik idi. Ağsaqqallar göstərişlər verərkən,
qərarlar qəbul edərkən ümumi razılığa əsaslanmağa çalışırdılar.
Adətən, ağsaqqal statusunda olan şəxs icma üzvləri tərəfindən
seçilməklə belə bir status əldə etmirdi. Belə şəxslər faktiki olaraq
ağsaqqal olurdular, yəni öz xüsusi keyfiyyətlərinə görə icma üzvləri
tərfindən ağsaqqal kimi qəbul olunurdular. Həmin xüsusi
keyfiyyətlərə görə icma üzvləri onlardan çəkinir, onlara xüsusi hörmət
və ehtiram göstərir, hətta həmin şəxsləri müqəddəsləşdirirdilər.
İcma daxilində xüsusi bir məcburetmə aparatı, həmçinin də
müharibələrin aparılması məqsədi ilə yaradılmış hər hansısa bir orqan
yox idi. Silah götürə bilən kişi cinsinə mənsub bütün icma üzvləri
hərbi münaqişələr zamanı silahlı qüvvəni təşkil edirdilər.
85
ilqar Məmmədov
Müharibələrin aparılmasına hərbi başçılar rəhbərlik edirdilər. Hərbi
başçılar icma üzvləri tərəfindən seçilir və müharibələr dövründə
onların səlahiyyətləri nisbətən artırdı. Qəbilə, tayfa başçılarının
seçilməsinin vahid bir qaydasının olmasını demək yanlış olardı. Belə
ki, bəzi qəbilələrdə, tayfalarda başçılar icmanın üzvləri tərəfindən,
bəzilərində isə ağsaqqallar şurası tərəfindən seçilirdi. Tayfa
ittifaqlarının idarə olunmasında tayfa başçıları şurasının rolu böyük
olmuşdur. Bu cür ittifaqlar öz daxilindən ittifaq başçısını, bəzən bir
neçə başçını seçir və onlardan birinə hərbi başçı səlahiyyəti verilirdi.
Nəzəriyyəçilərin fikrincə, ibtidai icma dövründə ağsaqqalların,
başçıların hakimiyyəti onların bərabər olanlar arasında birinci
olmaları ilə xarakterizə olunurdu. Bütün icma üzvləri kimi onlar da
əmək fəaliyyətində iştirak edir, başqaları kimi təsərrüfat işləri ilə
məşğul olur və hər bir icma üzvünün üzərinə düşən öhdəlikləri yerinə
yetirirdilər. Yəni ibtidai icma dövrünün son mərhələlərinə qədər icma
daxilində ancaq hakimiyyətin həyata keçirilməsində iştirak edən və
əmək fəaliyyəti ilə məşğul olmayan, digərlərindən üstün olan xüsusi
səlahiyyətli bir qrup yox idi.
İbtidai icma insanının dünyagörüşünün, təsəvvürlərinin
formalaşmasında, həmçinin hərəkətlərinin idarə olunmasında
kahinlər (büyücülər, şamanlar, müqəddəslər və s.) mühüm rol
oynayırdılar. Onlar sirli hesab olunan hadisələri izah edir, xeyir və şər
qüvvələri ilə əlaqə yaradır, icmanı şər qüvvələrin təsirindən qoruyur,
insanların günah əməllərinə görə cəzalandırılmasında fəal iştirak
edir, icma üzvlərinin fəaliyyətinin kollektiv üçün səmərəli olan
isitqamətə yönəldilməsinə təsir göstərirdilər. Kahinlər, həm də
adətlərin qoruyucusu hesab olunurdu.
İcma daxilində, onun üzvləri arasında yaranan mübahisələr
əksər hallarda mübahisəsi düşmüş tərəflərin özləri tərəfindən, ciddi
qaydada rəhbər tutulan adətlərə uyğun həll edilirdi. Mübahisələrin
həll edilməsində ağsaqqallar və kahinlər də mühüm rol oynayırdılar.
Cəzanın ən sərt növlərindən biri icmadan qovulmaq olmuşdur.
İcmadan qovulmuş fərd hər cür yardımdan məhrum olmaqla sərt və
amansız təbiət qüvvələrinin, vəhşi heyvanların.
86
Dostları ilə paylaş: |