Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
334
335
həsr olunmuşdu. Bu komediyaların süjeti, şübhəsiz ki, real
gerçəklikdə olan faktlara əsaslanırdı. Məsələn, J.Aymirzəyevin
«Ziyankarlar» və A.Ötepovun «900 qram» komediyalarında
müəlliflər
öz perso
najlarının davranış xarakterindən və
dil-üslub xüsusiyyət lərindən uğurla istifadə etmişlər. Bu
komediyaların qəhrəmanları avam və tənbəl savadsızlardır.
«900 qram» komediyasında Əhməd obrazı vardır ki, o,
bütün il boyu işləmir, biləndə ki, ona hər əmək gününə
900 qram taxıl düşür, onda o, kisələrini götürüb kolxoz
anbarına yaxınlaşır. Bu tipli mövzular digər komediyaların
da əsasına qoyulmuşdu. Mövzu dövr üçün olduqca aktual
idi. Elə buna görə də belə əsərlər Qaraqalpaqstan teatrlarında
müvəffəqiyyətlə gedirdi. J.Aymirzəyev «Öz dəyənəyinlə
özünə» komediyasında, bir tərəfdən, bəylərin, mollaların və
ışanların qəddarlığını,
digər tərəfdən, haqq, ədalət uğrunda
mübarizə aparanları göstərirdi. Müəllif komediyada
müxtəlif qrotesklər, satirik-yumoristik ifadə vasitələrindən
geniş istifadə etmişdir. Bu komediyaların başlıca mövzusu
faktik olaraq Qaraqalpaqstanın əvvəlki dövrdəki həyatını
işıqlandırsa da, bununla belə burada eyni zamanda xalqın
müasir həyatında olan əyintilər də ustalıqla əks olunurdu. O
dövrün tənqidi J.Aymirzəyevin komediyasını müvəffəqiyyətli
hesab edərək, həm də bütün personajların xarakterlərinin
relyefli yapılmadığını və obrazların psixoloji baxımdan
yetərincə əsaslandırılmadığını qeyd etmişdi. Məsələn, qeyd
olunurdu ki, Anargül obrazı son dərəcə dinamik idisə,
İmanbəy obrazı statik idi.
J.Aymirzəyevin digər komediyaları da xalq həyatına həsr
edilmişdir. Bütün müsbət keyfiyyətləri ilə yanaşı,
qeyd etmək
lazımdır ki, bu müəllifin komediyalarının bir neçəsi də var idi
ki, onlar deklarivlikdən, konflikt inkişafının zəifliyindən və
sxematiklikdən kənar da ola bilməmişdir. Məsələn «Toyda»,
«Totıxana», «Toy», «Oğurluq - alçaqlıqdır» və s. kimi
komediyalarda bu cəhət özün daha yaxşı göstərmişdir. Buna
görədə adı çəkilən üç komediya qaraqalpaq teatrında heç də
uzun ömürlü səhnə həyatı yaşaya bilməmişdir.
Sovet dövrü olduğundan qaraqalpaq səhnəsində kolxoz
həyatına həsr edilmiş pyeslər də az deyildi. Bunlara ilk
növbədə M.Daribayevin «Yeni insanlar» və J.Aymirzəyevin
«Toy» pyesləri aid idi. Bu tipli pyeslərdə qaraqalpaq
ədəbiyyatında ilk dəfə olaraq əmək mövzusu geniş planda
yayılırdı. «Yeni insanlar»da Pəhləvan Taluan və Sırımbet
obrazları koloritli şəkildə yaradıldığından
onlar xalq
arasından çıxan əməksevər insanlar kimi diqqəti daha çox
cəlb edirdi.
Qaraqalpaqların feodallıq dövrünə həsr olunmuş ilk
musiqili dram əsəri S.Məcidovun «Bağdagül»ü olmuşdur.
Bu dram əsərinin başlıca qəhrəmanları bir-birlərini ürəkdən
sevən kənd gəncləri Xocan və Bağdagüldür. Lakin 60
yaşlı Şəmşid Xocanın sevgisinə ortaq çıxmağa can atmaqla
Bağdagülü üçüncü arvadı etmək istəyir. O, Xocanı arxa
cəbhədəki işlərə göndərmək istəyir. Bağdagülsə Xoca nə
qədər səy göstərsə də, onun tələsinə düşmür və öz sevgilisinə
sadiqliyini
nümayiş etdirir, təhqirə dözməyərək doğma
aulundan qaçır, çətinliklə də olsa, Xocana qovuşur. Bu dram
əsərində «Kədərli qız», «Aycanay», «Muxalles», «Bozatau» və
s. bu kimi xalq melodiyalarının motivlərindən uğurla istifadə
olunmuşdur. S.Məcidov bu əsəri ilə dram janrında folklor
nəğmələrindən istifadənin rolunu yetərincə əks etdirməyə
müvəffəq ola bilmişdir. S.Məcidovun «Bağdagül» musiqili
dramında özbək dramaturqu H.H. Niyazinin «Bəy və nökər»
pyesinin xüsusiyyətləri özünü kifayət qədər qabarıq göstərir.
M.Daribayevin «Arzu» pyesinin mərkəzində –
tarixi
Yernəzər Alagözün şəxsiyyəti dayanır. Burada o, düşmənə
qarşı alovlanmış üsyanın başçısı və xalq maraqlarının
ifadəçisi kimi təqdim olunmuşdur. Pyesdə Yernəzər Alagöz
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
336
337
və onun bütün ailəsi (arvadı Nurbibi, qoca anası Gülnar, oğlu
Yadigar), dostları (Qorxmaz, Taymas, Juman, Yerqas) böyük
mübarizlər kimi əks olunmuşlar. Maraqlıdır ki, Yernəzərın
dramaturq tərəfindən tarixi əksi heç də onu tək vahid
qəhrəman kimi səciyyələndirmək yox, onunla çiyin-çiyinə
duran bütün qüvvələri göstərməyə can atmasıdır. Ayağa
qalxmış xalqa qarşı Xivə xanı Seyid Məhəmməd öz ordusu
ilə güclü silahlanaraq mübarizə aparır.
Yernəzərin və onun
dostlarının Xivə xanına qarşı mübarizəsini əks etdirən dra-
maturq, həm də baş qəhrəman obrazının modernizasiyasında
bir sıra səhvlərə də yol vermişdir.
Qaraqalpaq səhnə sənətində ən yaxşı əsərlərdən biri
də N.Davkarayevin «Alpamıs» musiqili dramıdır ki, o,
məhz Orta Asiya türklərinin (özbəklərin, qaraqalpaqların,
qazaxların) məlum eposunun motivləri əsasında yazılmışdır.
Dastanın ideya-bədii xüsusiyyətlərini yeni yazılı ədəbi
formaya salan müəllif, ona dram leytmotivi verməklə, həm
də əsərin başlıca ideyasını – qaraqalpaq xalqının birləşməsi
uğrunda mübarizəsini göstərməyə nail olmasıdır.
4
«Alpamıs»ın baş qəhrəmanı və aparıcı obrazı onun özü
və sevgilisi Barçindır– onların hər ikisi xalq ideallarını əks
etdirir və məhz bu xüsusiyyət lərinə görə də qəhrəmanların
hər ikisi N.Davkarayevin «Alpamıs» musiqili dramında
görümlü şəkildə təqdim olunmuşdur.
40-cı illərdə qaraqalpaq teatrının səhnəsində J.Ay mirzə-
yevin «Leytenant Yelmuradov», «Kolya», S.Xocaniya-
zovun «Bizim Bahadır» dramları ilə yanaşı, özbək, rus və
digər ədəbiyyatlardan qaraqalpaqcaya tərcümə olunmuş
pyeslər qoyulurdu. Bu nümunələr arasında ən maraqlı
tamaşa «Leytenant Yelmuradov» idi. Əsərdə Batırbəy
Yelmuradov və onun dostlarının qəhrəmanlıq mübarizəsi
əks olunur. Tamaşada müəllifin
düşüncəsinə uyğun olaraq
ilk növbədə xalqın mənəvi qohumluğu öz əksini tapır. Bu
dramda baş qəhrəman heç də statik bir fiqur yox, özünü
odun-alovun içinə atan əsgər kimi səciyyələndirilməklə,
daim hərəkət və inkişafdadır. Bu pyesi həm də digər
çoxsaylı müsbət keyfiyyətlər fərqləndirir. Elə buna görə də
bu əsər qaraqalpaq ədəbiyyatının hərb dövrünün ən yaxşı
dram nümunələrindəndir. Bununla belə burada bir sıra
çatışmazlıqlar da mövcuddur. Belə ki, əsərdə əvvəlki pyeslər
üçün xarakterik olan təkrarlar, personajların fərdi və psixoloji
xarakteristikasının bir-birinə uyğunluğu,
trafaret obrazlar,
hərəkətlər və s. nəzərə çarpmaqdadır.
Qaraqalpaq teatrının səhnəsində həm də digər xalqla-
rın müəlliflərinin əsərləri qaraqalpaq dilinə tərcümələrdə
getmişdir ki, onların sırasında K.Simonov, K.Yaşen,
S.Abdulla və s. əsrlərini göstərmək olar. Bu əsərlər ilk
növbədə düşmənlə qəhrəmancasına mübarizəyə səsləyirdi.
Müharibə dövründə qaraqalpaq yazıçıları N.Davkarayev,
U.Kojurov, A.Şahmuradov, M.Daribayev publisistik məqalə,
korrespondensiyalarla və s. də çıxış edirdilər.
40-50-ci illərdə J.Aymirzəyev, S.Xocaniyazov,
A.Şahmuradov, P.Tlegenov və b. bir neçə səhnə əsəri
yazmışlar. Bu əsərlər maraqlı mövzulara həsr olunmuşdur.
Məsələn, J.Aymirzəyevin «Amudərya sahillərində» musiqili
dramında şəxsi və ictimai maraq arasında olan konflikt
göstərilmişdir. Kolxoz sədri Uzaqbergen öz şəxsi mənfəəti
barədə düşünür, onu
müdrik və doğrucul bir insan
Pəhləvan ata ifaşa edir. Pyes aktual mövzuya həsr olunsa da,
müəllif hadisələri sona qədər həqiqətə uyğun və inandırıcı
şəkildə aça bilməmişdir. Belə ki, əsərin bir sıra məqamları
kəskin konflikt situasiyalarından kənardadır. Bu onunla
bağlı olmuşdur ki, müəllif düşündüyü xətti inkişaf etdirə
bilməmişdir. Buna görə də başlıca məsələ konfliktin yüksələn
xətlə getməsindən kənarda qalmışdır. Kolxoz sədri raykom
katibinin yanına gedir, öz səhvlərini anlayır, onu briqadir