Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə73/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
290
291
müvəffəq olsalar da, yeknəsəklikdən yaxa qurtara bilmə-
mişdilər. Bununla belə əvvəlki dövrlərə nisbətən hekayə janrı 
həm də xeyli dərəcədə irəliləyişlər etmiş, janrın daxilində 
realist cizgilər daha da dərinləşmişdir. T.Kaipber 
genovun 
«Ana nın qəzəbi», «Yolunu azmanın sonu» adlı hekayə lərinin 
qəh rə manları oxucu qarşısında öz relyefli görkəmi ilə seçi lir-
di. 
Qaraqalpaq nasirlərinin hekayələrinin  əksəriyyətində 
qəh rəmanlar adi əməkçilər, dəmiryolçular, inşaatçılar, balıq-
çı lar  və başqaları idi.
50-ci illərdə  uşaqlar üçün hekayələr yaradılmağa 
başla dı. S.Saliyev («Otlaqdan qayıdarkən», «İlxıçı  oğlu»), 
T.Kaipber genov  («Ərizə», «Kimdir təqsirkar?»), A.Şahmura-
dov (“Mənim pələnglərlə görüşüm”), U.Xocaniyazov, 
Q.Seyidnəzərov və digərlərinin  əsərlərində bacarıqlı, bilikli 
və eyni zamanda əməksevər uşaqların yaddaqalan obrazları 
yaradılmışdır. Bu hekayələrin başlıca qüsuru əsasən 
onlardakı ciddi süjet xəttinin yoxluğu, bəzi deklarativlik, 
bəzən təsvirçiliyə üstünlük verilməsi ilə bağlı idi. 
50-ci illərdə qaraqalpaq nəsrində povest janrı da inkişafda 
idi. Bu povestlərin müəllifləri  A.Orazov («Çətin günlərdə»),  
J.Taşenov («Hərb dostları») və digərlə rinin  əsərlərində 
ciddi, sərt konfliktlərin olmamasına baxmayaraq, bəzi 
uğurlar da vardı. Aymirzəyevin («Abadan»), X.Seyidovun 
(«Aqronom - sədr»), T.Najimovun («Yeni torpaq üzərində 
bayraq») və s. povestləri müasir mövzuya həsr olun muşdur. 
Adlarını çəkdiyimiz əksər povestlər  əsasən konfliktsizliyi ilə 
seçilirdi. Bu əsərlərdə  dərin psixologizmlərin olmamasına 
baxmayaraq, həm də onlarda illüstrativlik daha çox idi. Buna 
görə də onlar real həyatdan sanki bir qədər kə narda  qalırdılar. 
Konflikt dərinliyinin olmaması, naturalizmin üstün lük təşkil 
etməsi, məişət realilərinin həd dən ziyadə  de tal laşdırılması 
və s. hamısı onu göstə rir ki, hə min  dövrdə ya zıb yaradan 
qaraqalpaq yazıçıları  əsərlərini mükəmməl səviyyəyə 
qaldırmaq üçün hələ çox işləməli, çox çalışmalı idilər.
Yuxarıda adlarını çəkdiyimiz epik formalarla yanaşı, həm 
də qaraqalpaq ədəbiyyatında roman janrı inkişaf etməyə 
başlayırdı. O  tamamilə fərqli dövrün,  tarixi şəraitin törəməsi 
kimi ortaya gəlirdi. Bununla belə yaddan çıxarmaq olmaz ki, 
qaraqalpaq romanı həm də milli ədəbiyyatın daxilində inkişaf 
etməklə ondan vüsət alırdı. Qaraqalpaq tədqiqatçılarından 
J.Narımbetov yazırdı: «Buna görə də romanın təşəkkülü elə 
bir prosesdir ki, bu proses qaraqalpaq ədəbiyyatındakı nəsr 
janrının inkişafı ilə bağlıdır. O da ilk geniş planlı hekayə 
və oçerklərdən başlayaraq 30-cu illərin ortalarından 50-ci 
illərin sonlarına yaxın birinci romanlarla başa çatdı».
5
 Bu 
janrın əsasını A.Begimov özünün «Birinci addım» romanı ilə 
qoymuş, onun ayrı-ayrı hissələri məhz «Miynet ədəbiyyatı» 
jurnalında nəşr olunmuşdur, ondan sonra isə K. Yelmanovun 
«Keçmiş zamanlarda», S.Məcidovun  «Suyin və Sara» 
romanları ortaya çıxdı ki, onlar qaraqalpaq həyatının XIX 
əsr dövründəki tarixi hadisələri təsvir edirdi (yeri gəlmişkən  
qeyd edək ki, sonuncu roman yalnız əlyazmasında mövcud 
olmuşdur).
A.Begimovun «Birinci addım» romanında ilk qaraqal paq 
romançılarının yaradıcı axtarışlarını görmək mümkün dür. 
Bu romanda Jumabay adlı bir qəhrəmanın olduqca çətin və 
əzab dolu həyatı təsvir olunur, onun kasıb dostu Sayeke, Ay-
xan onlar tərəfindən Çimbay pristavının öldürülməsi, üsyana 
qalxmış xalqın zindana atılması və s. təsvir olunur.
50-ci illərin sonu – 60-cı illər qaraqalpaq ədəbiyyatı 
özünün daha gur inkişafı ilə yadda qalmışdır. 1957-ci ildə 
Daşkənddə  Qaraqalpaq Ədəbiyyatı  və İncəsənəti Dekadası 
keşirilmişdir. Bundan altı il sonra isə Qaraqalpaq ədəbiyyatı 
və  İncəsənəti həftəsi (1963) düzənlənmişdir. Bu ərəfələrdə 
qaraqalpaq oxucu ictimaiyyəti ilə  hər il mütəmadi olaraq 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
292
293
yazıçı və şairlərin görüşü keçirilir. Respublikada nəşriyyat işi 
xeyli yaxşılaşdırılır. Nəşr olunan ədəbiyyatın tirajı 5-6 dəfə 
yüksəlir, digər dillərdən qaraqalpaq dilinə olan tərcümələrin 
sayı və keyfiyyəti nəzərəçarpacaq dərəcədə artır. Qaraqalpaq 
müəlliflərinin  əsərləri Daşkənddə, Moskvada, Sankt-
Peterburqda və digər  şəhərlərdə daha tez-tez tərcümə 
olunaraq yayılır. Qaraqalpaqstanda əvvəl “Qaraqalpaq 
ədəbiyyatı və incəsənəti” (sonralar “Amudərya”) jurnalı, uşaq 
qəzeti “Жеткиншек”  (“Əvəzetmə”), “Özbəkistan Elmlər 
Akademiyası Filialının xəbərləri” kimi elmi jurnal və s. nəşr 
olunur.
Yaradıcı  təcrübə mübadiləsi və praktik kömək  əldə 
etmək üçün Qaraqalpaqstana Moskva, Sankt-Peterburq 
, Özbəkistan, Azərbaycan, Qazaxstan və digər yerlərdən 
sənətkarlar gəlir, eyni zamanda yerli yazıçıların özləri də 
digər  şəhər və respublikalara yaradıcı ezamiyyətə gedirlər. 
Bütün bunların hamısı qaraqalpaq ədəbiyyatını mövzu və 
məzmun baxımından dərinləşdirir və zənginləşdirirdi. Bunu  
da qeyd etmək lazımdır ki, qaraqalpaq yazıçıları bu dövrdə 
həm də ritorik təsvir, deklarativlik və sxematizmlə  ciddi 
mübarizəyə başlamışdılar.
Nəsrin intensiv inkişafı ilk növbədə iri janrların – povest 
və romanın – şəksiz dirçəlişi qaraqalpaq ədəbiyyatının  
ümumi inkişafına səbəb olmaqla və onun hüdudlarını  geniş-
lən dirməklə,  həm də onların ideya-bədii yüksəlişinə kömək 
etmişdir. Bu dövrdə  ədəbiyyata xeyli orijinal təfəkkürlü 
gənc yazıçı-nasirlər – Utegen Aycanov, Aytbay Beki metov, 
Tulepbergen Kaipbergenov, Kəraməddin Sul 
tanov, Yuri 
Leontiçev, Səfərbəy Saliyev və başqaları qə dəm qoy muşdular. 
Az keçməmiş onlardan bir sırası geniş  popul yar lıq qazanmış, 
əsərləri müxtəlif dillərə  tərcümə olun muş dur.
60-cı illərdə iri həcmli janrların təşəbbüsü  ələ almasına 
baxmayaraq, bədii oçerk hələ də ən səmərəli və operativ janr 
kimi öz sözünü deməkdə idi. Bu dövrdə oçerk məzmun, 
mövzu və ideya baxımından xalq həyatının təsvirinə daha 
çox yer ayırırdı. Bu oçerklərdən   çoxu bir-birinə üslub
mövzu və bədii səviyyə baxımdan oxşar olmasa  da, onları 
məqsəd baxımından çox şey birləşdirirdi. Onlardan bir sırası 
bədii formanın bitkinsizliyi, təsvirçilik, naturalist detallar 
bolluğu ilə  fərqlənsə  də, bu çatışmazlıqlar tezliklə aradan 
qaldırılırdı.  Bu janrın parlaq nümunələri sırasında Aral 
balıqçılarına  həsr olunmuş A.Bəymuradovun “Muynak 
mayakları” oçerklər kitabını, Q.İzimbetovun “Dəniz 
şahini”, K.Sultanovun “Mənim aulumun adamları” oçerklər  
silsiləsini, Ş.Kospergenovun Taxiataş SES və Buzara-Ural qaz 
kəmərinin çəkilişini  əks etdirən “Yeddillik döyüşçüsü”, S. 
Saliyevin oçerklər  silsiləsini və s. görmək mümkündür.
60-cı illər qaraqalpaq ədəbiyyatında hekayə janrı da 
 
özünəməxsus  yer tutmuşdur. Bu dövrdə qısa zaman kəsiyində  
20-dən çox hekayə  məcmuələri, müxtəlif səpkili  hekayələr 
nəşr olunmuşdur.  Onlara nümunə kimi  O.Aycanovun 
 
“İgid-balıqçı” məcmuəsini,  “Gülüstan” (müxtəlif müəlliflərin 
məcmuəsi), Q.Seyitnəzərovun “Qızılqum novellası”nı, 
A.Tacimuradovun “Ölməyən qoca”, T.Jumamuradovun 
 
“Sevgi sirləri” və “İgid - milisioner” hekayələrini, İ.Yusupovun 
“Qoca Seydanın qaloşları”, “İki yaddan çıxmayan gün” 
hekayələrini,  Ə.Əliyevin “Xoşbəxtlik uğrunda mübarizə”, 
K.Sultanovun hekayələr  silsiləsini, T.Kaipbergenovun və 
başqalarının  əsərlərini örnək kimi göstərmək mümkündür. 
Bu hekayələrin bir sırası qəhrəmanın  daxili aləminin dərin 
psixoloji yaşantılarını    əks etdirməklə seçilməkdədir. 
Nəzərdən keçirdiyimiz  dövr  qaraqalpaq  nəsri getdikcə 
həyat gerçəklik lərini bədii təsvirin  mərkəzinə daha 
aydın  şəkildə  çəkməklə  fərqlənir. Belə  əsərlər sırasında 
K.Sultanovun “Aruxan”, İ. Yusupovun “Qoca Seydanın 
qaloşları” heka yələri qeyd edilməlidir.  “Aruxan”da Aruxan 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə