30
B - sinif yanğınlar: Maye maddələr (maye yanacaq, tez alışan kimyəvi məhlullar kimi yanar
maddələr).
C - sinif yanğınlar: Qazlar (metan, propan, LPG (mayeləşdirilmiş neft qazı kimi yanan və partlayıcı
qaz yanğınları).
Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna
görə də unutmaq olmaz ki, yanğın vaxtı yalnız alov deyil, həm də bu zaman yaranan tüstü də olduqca
təhlükəlidir. Məlumdur ki, yanma əmələ gəlməsi üçün yanar maddə, oksigen və maddənin müəyyən
temperatura qədər qızması üçün istilik impulsu olmalıdır. Odur ki, yanmanı dayandırmaq üçün bu amillər
arasındakı əlaqəni kəsmək lazımdır. Bu da müxtəlif vasitələrin
tətbiq edilməsi ilə mümkündür.
Bunun üçün məişətdə hər
şeydən çox sudan, qumdan (torpaqdan), keçədən, köpükdən
və xüsusi söndürücü tozlardan istifadə edilir. Tezalışan
mayelər - kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər
olmadıqda), mayenin üstünə torpaq və ya qum tullamaq
lazımdır. Su - yanğını söndürmək üçün universal vasitədir. Su
odun üstünə düşərək buxarlanır, yanar şeyin istiliyinin çox
hissəsini udur, bununla
da yanma şəraitini pozur, zəiflədir.
Söndürmə vasitəsi olan suyun mənfi cəhətlərindən
biri onun yanan səthləri zəif islatmasıdır. Su böyük səthə
yayılması nəticəsində axıb gedir. Onun təsiri çox qısa və ötəri
olur. Lakin suyun həmin islatmaq qabiliyyətini asanlıqla
artırmaq olar. Əgər suya azacıq miqdarda (0,7 - 1,5%) səthi-
aktiv maddə əlavə edilirsə, onun səthi yayılma xüsusiyyəti
xeyli azalar, odsöndürmə xüsusiyyəti isə kəskin surətdə artar.
Məişətdə işlədilən hər hansı yuyucu maddə (tozlar, mayelər,
pastalar) səthi-aktiv maddə kimi işlədilə bilər. Bu,
çox mühüm
haldır. Bunu su ehtiyatı toplayanlar nəzərə almalıdırlar. Belə
su ehtiyatı (su ilə dolu çəllək) hər taxta evin yanında, xüsusən
də yay dövründə mütləq olmalıdır.
Bir daha xatırlatmaq istərdik ki, bəzi hallarda yanmanı
ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz
ki, su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında
olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar
yanarkən su ilə söndürülməsi yolverilməzdir.
Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri
cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq,
bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə
başlamaq lazımdır.
Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona
görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su
aşağı yatacaq, tezalışan və
yanacaq maye suyun üzərinə
qalxacaq və yanmaqda davam edəcək.
Yanmaqda olan yağı, mazutu və nefti su ilə yalnız
tozlandırılmış halda söndürürlər. Belə hallarda tozlandırılmış su tez buxara çevrilir, beləliklə də hava
oksigeninin yanma mənbəyinə keçməsinə mane olur.
Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə
kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən və s. səmərəli
istifadə etməyi öyrənmək lazımdır.
Hazırda müxtəlif odsöndürənlərdən ilk yanğınsöndürmə vasitəsi kimi geniş istifadə olunur.
Şəkil 2.10 Yaddaş kitabçası
Şəkil 2.11 Köpüklü odsöndürən
31
Köpüklü odsöndürənlər bərk materialların, yanar məhlulların yanğın zamanı söndürülməsi üçün
nəzərdə tutulmuşdur.
Tozla işləyən odsöndürənlər də çox geniş yayılmışdır. Onlar bərk materialların, yanar
məhlulların, qaz və elektrik avadanlıqlarının söndürülməsində tətbiq edilir.
Müasir dövrümüzdə kimyəvi - köpüklü odsöndürənlər daha geniş yayılmışdır. Kimyəvi -köpüklü
odsöndürənlərdən xırda yanğınların söndürülməsində istifadə olunur. Odsöndürmə vasitəsi kimi köpük
tətbiq edilir. Çünki köpük yanan materialın üstünü tamamilə örtür və oksigenin daxil olmasının qarşısını
alır. Köpük elektrik cərəyanını yaxşı keçirdiyi üçün kimyəvi-köpüklü odsöndürənlərlə cərəyan altında
olan
elektrik naqillərini, elektrik qurğu və cihazlarını söndürmək olmaz. Bu odsöndürənlərlə həm də
yanan natriumun, kaliumun, maqneziumun, spirtlərin, kükürdün, asetonun, karbidin və kalsiumun
söndürülməsi məsləhət görülmür.
Şəkil 2.12 Təhlükəsizlik işarələri
Ayda bir dəfədən az olmamaqla odsöndürənlərə baxılmalı, onların tozu və şırnaq deşiyi
təmizlənməli, onun tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir. Odsöndürənin rütubətdə
saxlanılmasına yol vermək olmaz.
Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava
cərəyanı yaratmaq olmaz.
Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov
digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq
vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli
binalarda yanğın zamanı binanın damına da qalxmaq olar.
Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda
saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə
yaxınlaşırlar.
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər
şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də
yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə
çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar
söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım
çağırılmalıdır.
32
Yanğın vaxtı odsöndürücünün istifadə qaydalarını oxumağa vaxt olmur. Buna görə də öncədən
yanğına hazırlıqlı olmaq lazımdır ki, cəld və məqsədəuyğun hərəkət edəsiniz. Yanğın
baş verdikdə
yaranan tüstü heç də alovdan az təhlükə yaratmır. Buna görə də yaxşı olar ki, üzünüzə maska taxın və
ya heç olmasa dəsmaldan istifadə edin. Alova yaxınlaşarkən təhlükəsiz məsafədə, bir neçə metrdə
dayanın, əyilib odsöndürücünün tənzimləyicisini sərt cismə vurun. Alovdan güclü istilik gəldiyi üçün ilk
öncə sınaq şırnağını önünüzdə olan sahəyə yönəldin. Bundan sonra yanan əşyanı qısa və dəqiq
şırnaqlarla söndürün.
Qəfləti partlayışlardan özünüzü qoruyun. Oddan mühafizə olunmaq üçün heç vaxt sintetik
geyimdən istifadə etməyin.
Şəkil 2.13 Təhlükəsizlik plakatı
2.3.2. Tələbələr üçün fəaliyyətlər
Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini
göstərin.
Şəkil 2.14 Yanğınsöndürən balonlar
33
Yanğınların söndürülməsində istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən biri
olan odsöndürən balonlarından yanğın sinfinə uyğun olaraq istifadə haqqında
müzakirələr təşkil edin.
Kimyəvi köpüklü yanğın söndürücülərin istifadəsi haqqında bilməli olduğunuz qaydaları
qeyd edin.
“Əgər elektrik naqilləri yanırsa, onu söndürmək üçün nə etmək lazımdır?” – sualı
əsasında dairəvi müzakirə təşkil edin.
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: