64
Təlim nəticəsi 5: İstehsalat səs-küylərinin və titrəyişlərin insan orqanizminə təsirini bilir
5.1.1. İstehsalat səs-küylərinin təsnifatını şərh edir
İstehsalat səs-küyləri haqqında anlayış
Səs-küy gücünə və tezliyinə görə müxtəlif sahələrin heç bir qayda qanununa tabe
olmayan qarışığıdır.
Səs-küyün mənbəyi bərk, maye və qaz mühitlərində yerli
təzyiqi dəyişdirən və ya mexaniki rəqs yaradan istənilən prosesdir. Əmək
şəraitini pisləşdirən təhlükəli və zərərli istehsalat amillərindən olan səs-küy
istehsalatda daha çox yayılan təhlükə mənbələrindən biridir
və o fiziki amillərə
aiddir. Səs-küyün səviyyəsi “səs-küy ölçənlə” (şumamer) ölçülür və ölçü vahidi DB-dir (desibel).
Bütün dünyada əsas diqqət ağır və hərbi sənaye işçilərinə yönəlmişdir. Ancaq təcrübə
göstərmişdir ki, inşaat, nəqliyyat, kənd təsərrüfatı və dağ-mədən işlərində
də işçilər səs-küyə məruz
qalırlar.
Səs - elastik mühit vasitəsi ilə ötürülən cismin
hərəkətinin dalğavarı təkanlarıdır - qaz, hava, maye,
bərk cisimlər. Uzun müddətli səs-küy insanda baş
ağrısına, başgicəllənməyə səbəb olur,
həmçinin əsəb
və ürək-damar sistemi xəstəliyinə, ağır eşitmənin
inkişafına və orqanizmdə həzm yolunun və mübadilə
proseslərinin funksiyalarının pozulmasına
gətirib
çıxara bilər.
Daimi səs-küy şəraitində işləyən şəxslərdə tez
yorulma, psixi reaksiyaların sürətinin azalması,
yaddaşın zəifləməsi müşahidə olunur. Bundan başqa,
səs-küy
diqqətin,
dəqiqliyin
hərəkətlərin
uyğunlaşdırılması konsentrasiyasını pozur, təhlükə
səsi və işıq siqnallarının mənimsəmə qabiliyyətini
pisləşdirir və buna görə travmatizmin artmasına imkan
yaradan zərərli amildir.
İnsan qulağı 16-20000 Hz tezliyində səsi
qəbul
edir, insan qulağı infrasəsləri (16 Hz az) və ultrasəsləri
(20000 Hz çox) qəbul etmir.
İnsanın eşitmə aparatının müxtəlif tezlikli
səslərə həssaslığı müxtəlifdir. Bunun üçün səsin
ucalığını ölçən daha
bir ölçü vahidi - fon daxil
edilmişdir.
Adətən səs-küy, müxtəlif intensivliyin və
tezliyin səslərinin müxtəlif mənbələri eyni zamanda hərəkət etməsi ilə formalaşır. Səs-küyün insana
təsirinin fiziki qiymətləndirilməsinin rahatlığı üçün onu tezliklərə ayırırlar: aşağı tezliklər (300 Hz-a
qədər), orta tezlikli (300-800 Hz) və yüksəktezlikli (800 Hz-dan yuxarı).
Səs-küy 8 saatlıq iş günündə onun səviyyəsi 5dBA-dan çox dəyişdiyi zaman daimi hesab edilir.
Səviyyəsi zamanla fasiləsiz dəyişən daimi olmayan səs-küy tərəddüdlü adlandırılır.
Əgər səs-küyün
səviyyəsi, dəyişərək, fon səs-küyü səviyyəsinə qədər kəskin düşürsə, onda o fasiləli adlanır.
5.1.2.Tələbələr üçün fəaliyyətlər
Evdə valideynlərinizdən işlədikləri istehsalat sahələrində yaranan səs–küy haqqında
müsahibə alın və əldə etdiyiniz nəticələri sinifdə müzakirəyə qoyun.
Daimi səs-küy şəraitində işləyən şəxslərdə hansı hallar baş verə bilər?-bu sual ətrafında
müzakirə təşkil edin.
Uzun müddətli səs-küyün insanda yaratdığı ağrılar haqqında müzakirə təşkil edin.
Şəkil 5.1. Təmizləmə işləri
Şəkil 5.2. Səs küyün təsiri
65
5.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: