Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə17/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
YHQ və HT - Mühazirə

Üfiqi nişanlanma xətləri aşağıdakılardır:

  • 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hə- rəkət hissəsinin kənarlarını göstərir;

  • 1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xət- lər);

  • 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;

  • 1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir, hərəkət hissəsinin kənarına və ya bordurun üst hissəsinə çəkilir;

  • 1.5 - iki və ya üç zolaqlı yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;

  • 1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və

1.11 nişanlama xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti – cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);

  • 1.7 - yol ayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);




  • 1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhəddi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yol ayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və s. yerlərdə);

  • 1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sər- hədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks isti- qamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;

  • 1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 ni- şanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordurun üst hissəsinə çəkilir;

  • 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yollarda du- racaqlara girmək və çıxmaq, geriyə dönmək və s. üçün nəzərdə tutulmuş yerləri göstərir. Bu xətti qırıq-qırıq xətt istiqamətindən, ötmə və yandankeçmələri həyata keçirdikdə isə hətta bütöv xətt istiqamətindən kəsməyə icazə verilir.






  • 1.12 - (STOP - xətt) 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, NV-lərin dayanmalı olduğu yeri göstərir;

  • 1.13 - kəsişən yolla hərəkət edən NV-yə yol vermək üçün NV-nin lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;

  • 1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2-piyadaların hərəkət istiqa- mətini, 1.14.3-hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;

  • 1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;

  • 1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə isti- qamətləndirici adacıqları göstərir;

  • 1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və tak- si duracaqlarını göstərir;

  • 1.18 - yol ayrıclarında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təs- viri çəkilmiş nişanlanma xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;

  • 1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaq- ların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayı- ran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlanma xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;

  • 1.20 -1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

  • 1.21 (“STOP yazısı” )-2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;

  • 1.22 - yolun (marşrutun) nömrəsini göstərir;

  • 1.23 - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstə-

rir.

Üfiqi nişanlanma xətlərinin xüsusiyyətləri aşağıda göstərilmişdir:



  • 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır;

  • nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kə- narını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;

-1.5 -1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;

  • qarşılıqlı hərəkət svetoforları olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlanma xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hə- rəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tə- rəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;

  • 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri də- yişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutma- lıdırlar.

Yol qurğularının elementlərinə (körpülərə, dəmir yol keçidlərinə, dayaq qur- ğularına və s.), hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlü- kə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin, sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə