Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə38/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   40
YHQ və HT - Mühazirə

Qanaxmalar zamanı yardım (arterial, venoz, kapillyar və daxili qan- axmaların diaqnostikası). Qanaxmalar mənbələrinə görə aşağıdakı növlərə ayrılırlar:

    • arterial (qan alqırmızı olub, şırnaq şəklində döyüntülərlə axır). Yaralının qanı tez durdurulmazsa, sürətli ölüm hadisəsi baş verir.

    • venoz (qan tünd rəngli olub, yavaş şırnaqla axır). Böyük damarlar zədələnərsə, qanaxmalar təhlükəli ola bilər.

    • kapillyar (qan bir qayda olaraq al-qırmızı rəngdə olur, yaranın bütün səthi boyu diffuz şəklində axır, böyük arteriya və venalar zədələnməmişdir).

Klinik təzahürünə görə qanaxma aşağıdakı növlərə ayrılır:

  1. Xarici (qan xarici aləmə axır). Dəri və selikli qişanın zədələnmələri zamanı müşahidə edilir. Belə qanaxma növünün diaqnostikası çox asandır. Xarici qanaxmalar içərəsində elə daxili qanaxma qruplarını ayırırlar ki, qan xarici aləmə dərhal çıxmır. Məsələn, böyrək, qida borusu, mədə və bağırsaq qanaxmaları. Belə qanaxmaların diaqnostikası çətin olur və qan itkisi əlamətinə görə təyin edilə bilir (dövr edən qanın həcminin çatışmaması).

  2. Daxili (qan boşluğa və ya orqanizmin toxumalarına tökülür). Belə qanaxmalarda qan uzun müddət üzə çıxmaya bilər və onun diaqnostikası qan itkisinə görə aparılır.

Qan itkilərinin aşağıdakı əlamətləri mövcuddur:

    • halsızdıq və ya ürək getməsi;

    • baş gicəllənməsi;

    • gözlər qarşısında xalların (ləkələrin) sayrışması;

    • ürək bulanması;

    • dərinin avazıması, nəmlənməsi və soyuması;

    • sürətli zəif nəbz;

    • hıçqırma;

    • arterial təzyiqin aşağı düşməsi.

Belə əlamətlər aşkar olunarsa, xəstədə daxili və ya gizli qanaxma qənaətinə gəlinməli, təcili tibbi yardım çağrılmalı və ya xəstə xəstəxanaya çatdırılmalıdır. Bütün bu əlamətlər həm davam edən, həm də dayandırılmış qanaxmalar zamanı qan itkilərinin olmasını göstərir.
İlkin tibbi yardım zamanı qanaxmaları durdurmaq üçün aşağıdakı üsullardan istifadə edilir:
1. Arteriyanın barmaqla sıxılması.
Bu üsul zaman aparma əlamətinə görə ən sürətlisidir. Barmaqla sıxma həm yaranın üstündən, həm də ondan yuxarıda xüsusi nöqtələrdə (boğazda- baş yırğalayıcı əzələ ilə qırtlaq arasını onurğaya; yuxarı ətraflarda – çiyin arteriyaları çiyin sümüyünə (bu zaman böyük barmaq xaricdə, digər barmaqlar isə daxili səthləri boyu arteriyanı sıxır)) aparıla bilər. Yaranı dəsmal və ya sıx tənziflə sıxmaq variantından da istifadə edilir.
Aşağı ətraflarda- qasıq bağından aşağıda bud arteriyası bud sümüyünə sıxılır. Bunun üçün xəstə bərk səth üzərinə uzadılır və sıxma yumruqla yerinə yetirildir. Bu zaman yardım göstərən əlin dirsək oynağı açılır. Qarının aşağı hissələrindən və ya aralıq sahələrindən güclü qanaxmalar zamanı qarın aortası
onurğaya sıxılmalıdır. Bunun üçün arxası üstə uzadılmış xəstəyə yumruq ilə təzyiq göstərilir.
Bağ (eşmə-jqut) aşağı və yuxarı ətrafların böyük damarlarından arterial qanaxmaları zamanı tətbiq edilir. İxtiyari formalı bağ qoyduqda aşağıdakı qaydalara əməl edilməlidir:

    • bağ ancaq böyük damarlardan arterial qanaxmaları zamanı qoyulur;

    • bağ ancaq yaradan yuxarıda ona maksimum dərəcədə yaxında qoyulur;

    • bağ qoyulmazdan əvvəl parça (izafi təzyiqi azaltmaq və dərinin əzilməsinin qarşısını almaq üçün) qatı qoyulmalıdır;

    • qoyulmuş bağın təzyiq gücü qanaxmanın durdurulmasına kifayət etməli, damarları və sinirləri əzməmək üçün həddən artıq olmamalıdır;

    • bağ qoyulduqdan sonra o, etibarlı şəkildə fiksə olunmalıdır;

    • bağın üzəri sarğı və ya xəstənin paltarı ilə örtülməməlidir;

    • bağ qoyulduqdan sonra onun altına qoyulma vaxtı qeyd olunmuş kağız yerləşdirilməlidir;

    • ətrafa bağ qoyulduqdan sonra ağrını azaltmaq üçün o, hərəkətsiz hala gətirilməlidir;

    • ilin soyuq vaxtlarında ətrafa bağ qoyulduqdan sonra həddən izafi soyumanın qarşısını almaq üçün onu bürümək lazımdır;

    • xəstəyə ağrıkəsici vasitələr verilməlidir.

Bağ ətraflarda 2 saatdan artıq saxlanmamalıdır. Əgər bu müddət ərzində xəstə tibb müəssisəsinə çatdırılmamışdırsa, arteriya yaradan yuxarıda 15-20 dəqiqə barmaqla sıxılmalı, sonra isə bağ sökülmədir. Bu zaman qan kiçik arteriyalarla ətraflara daxil olur və toxumalara qidalandırıcı maddələr və oksigen gətirir. Bundan sonra əvvəlki qoyulma yerindən mümkün qədər yuxarıda yenidən bağ qoyulur.
Yadda saxlamaq lazımdır ki, çiyinin orta üçdən birinə, budun aşağı üçdən birinə bağ qoyulmamalıdır. Çünki, bu zaman sinirlərin zədələnmə təhlükəsi çox yüksək olur. Ona görə də bağ bu səviyyədən yuxarıda qoyulmalıdır.
Sıxıcı sarğılar kiçik arteriyalardan kapillyar və venoz qanaxmaları zamanı tətbiq olunur. Sarğıların sıxıcı qüvvəsi qanı durdurmağa kifayət etməlidir. Ona görə tənzifləmə kip olmalıdır. Magistral damarların proeksiyalarında və ya bilavasitə yara üzərində təzyiqi artırmaq üçün kip pambıq-tənzif dəsmal və ya bint qoyulur. Yara sarınmazdan qabaq onun altından steril və ya antiseptik dəsmal bağlanmalıdır.
Yaranın kip piltələnməsi ensiz dərin yaralar zamanı və səmərəli sıxıcı sarğı qoyula bilmədikdə (korpücüküstü və körpücükaltı venalarda, sağrıda, kürəkdə, qasıq vəzisində, boğazda və s.) tətbiq edilir. Plitə qoymaq üçün kip steril plitədən, tənzifdən, cuna və ya digər vasitələrdən istifadə olunur. Plitələmədən sonra yaranın üzərinə sarğı sarınmalıdır. Plevranı (ağ ciyər pərdəsini) zədələməmək üçün qabırğalar arasında plitə qoyulmamalıdır.
Aşağı ətraflardan qanaxmalar zamanı ayaq diz oynağından qatlanmalı və ya bud sinəyə tərəf sıxılmalıdır. Yuxarı ətraf dirsək oynağından qatlanmalı və ya çiyin arteriyalarından qanaxmalar zamanı qoltuqaltı çökəkliyə böyük kip plitə
qoyulmalı və çiyin güclü şəkildə bədənə sıxılmalıdır. Ətraf maksimum şəkildə büküldükdən sonra fiksə olunur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə