Qaydalar meydana gəldi. Bu qaydalarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər qoyuldu



Yüklə 1,28 Mb.
səhifə33/40
tarix23.12.2023
ölçüsü1,28 Mb.
#156156
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
YHQ və HT - Mühazirə

I. Tormoz sistemləri


1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını təmin etmədikdə:


Nəqliyyat vasitələrinin növləri

Tormoz yolu (m)
ən çoxu

Müəyyən edilmiş yavaşıma (m/s) ən azı


Tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma üçün modifikasiyaları

12,2 (14,5)



6,8 (6,1)



İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobuslar

13,6 (18,7)



6,8 (5,5)



İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobuslar

16,8 (19,9)


5,7 (5)


İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobilləri

15,1 (19)



5,7 (5,4)



İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobilləri

17,3 (18,4)



5,7 (5,7)



İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobilləri

16 (17,7)


6,2 (6,1)



İkitəkərli motosikletlər və mopedlər

7,5 (7,5)

5,5 (5,5)

Yanqoşqulu motosikletlər

8,2 (8,2)

5 (5)

Minik avtomobillərinin və onların yükdaşıma üçün modifikasiyaları­nın yedəyə aldığı avtomobil qatarları

13,5 (14,5)


5,9 (6,1)



İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobusların yedəyə aldığı avtoqatarları

15,2 (18,7)


5,7 (5,5)



İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobusların yedəyə aldığı avtoqatarları

18,4 (19,9)



5,5 (5)


İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları

17,7 (22,7)


4,6 (4,7)



İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları

18,8 (22,1)


5,5 (4,9)



İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobillərinin yedəyə aldığı avtoqatarları

18,4 (21,9)



5,5 (5)


Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır; nəqliyyat vasitələrini təchiz edilmiş vəziyyətdə, sürücünün iştirakı ilə, idarəetmə orqanına iş tormoz sisteminin birdəfəlik təsiri yolu ilə sınayırlar; 2) Nəqliyyat vasitələrinin iş tormoz sisteminin səmərəliliyi dövlət standartlarına uyğun olaraq başqa göstəricilərə görə də qiymətləndirilə bilər.
2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda.
3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması mühərrik işləməyərkən tormoz sistemini idarəetmə orqanları tam qoşulmuş halda olduqda — 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 kq—q/sm2) aşağı düşməsinə səbəb olursa.
4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmədikdə.
5) Duracaq tormoz sistemi aşağıdakı nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini təmin etmədikdə:
tam yüklü nəqliyyat vasitələrinin — 16 dərəcədən az olmayan enişdə;
təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin və avtobusların — 23 dərəcədən az olmayan enişdə;
təchiz olunmuş vəziyyətdə yük avtomobillərinin və avtomobil qatarlarının — 31 dərəcədən az olmayan enişdə istismarı qadağan edilir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə