Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

 
218 
Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı-batır”: 
yaranma tarixi, yayılma arealı, hadisələr, qəhrəmanlar, 
obrazlar, əsərin ümumi səciyyəsi 
 
Qazax  qəhrəmanlıq  eposunun  ən  qədim  qatı  patriarxal-
tayfa  münasibətlərinin  mövcud  olduğu  VIII-X  əsrləri  əhatə 
edir.  Qəbilələrarası  qapalılığın  pozuqluğu,  qəbilələrin  etnik 
konsolidasiyası,  qəbilələrarası  müharibələr,  köçlər,  başçıların 
xarizmatikliyi  ilə  seçilmiş  insanlarla  bağlı  yaranmış  rəvayətlər 
dastanların  əsasına  qoyulmaqla,  onların  nüvəsini  təşkil  edirdi. 
Dastanların  epik  təhkiyə  üslubunun  formalaşması  və  inkişafı 
əsasən güclü qəhrəmanların adı ətrafında cilalanırdı. Belə epik 
nümunələrin  bir  sırasında  digər  məsələlərlə  yanaşı,  həm  də 
qəhrəmanların  mənşəyi  haqqında  məlumat  verilir  –  Koblandı-
qaraqıpçaq,  Alpamış-kunqrat,  Qəmbər-noğaylı  tayfasından  və 
s. olduqları göstərilir. 
“Koblandı-batır” qazax xalqının ən populyar epik nümu-
nələrdəndir.  Bu  xalqın  zəngin  örnəkləri  sırasında  “Alpamıs”, 
“Yer-Tarqın”,  “Qəmbər”,  “Koblandı-batır”  və  digər  epik  das-
tanlarda öz doğma vətənini yadelli düşmənlərdən müdafiə edən 
qəhrəmanların  cəngavərliyi  vəsf  olunursa,  “Kozı-Korpeş  və 
Bayan-Slu”, “Qız-Jibek”, “Ayman-Şolpan” və s. kimi liro-epik 
poemalarda  gənclərin  məhəbbəti,  bir-birinə  sadiqliyi  və  dost-
luğu tərənnüm olunur (6,7). 
“Koblandı-batır” qazax xalq poeziyasının orijinal örnəyi-
dir.  Qəhrəmanlıq  poemaları  sırasında  monumentallığı  ilə  seçi-
lən  bu  dastanın  müxtəlif  variantlarda  həcmi  altı  min  sətirdən 
doqquz min sətirə qədərdir.  
Qazax epik nəğmələrinin “jır” (müqayisə et “şeir”) ifaçı-
ları  hesab  olunan  jırau  və  akın  nəğməkar-improvizatorlar 
qədim dövrlərdən indiyə qədər mövcud olmuş etnik-milli adət-
ənənələri  qoruyub  saxlamış,  jırau  və  akınlar  nəğməkarlığı, 
şairliyi və eləcə də dastançı-improvizatorçuluğu özlərində üzvi 
şəkildə birləşdirmişlər. 


 
219 
İmprovizatorçuluq  istedadından  vaxtilə  söhbət  açan  bö-
yük qazax tədqiqatçısı və maarifçisi  Çokan Valixanov onların 
belə  əsərləri  heç  bir  hazırlıq  olmadan  ifa  etdiklərini  qeyd 
etmişdir (10,190-194). 
XV-XVIII əsrlərdə əfsanəvi epik nəğməkarlar xalq içində 
böyük  nüfuza  malik  idilər.  Onların  sırasında  Həsən  Qayğılı, 
Kazıtuqan-jırau,  Dosmambet-jırau,  Şalkiiz-Aktamberdi-jırau, 
Jiembet-jırau, XVIII əsrdə Sıpıra jırau, Buxara-jırau, Umbetey-
jırau,  Marabay  və  Mergembay  –  jırau  və  başqaları  ilə  yanaşı, 
XIX  və  XX  əsrlərdə  yazıb  yaratmış  akınlar  Cambul  Cabayev, 
Nurpeyis Bayqaninin və başqalarının adlarını çəkmək olar. 
Şifahi  şəkildə  olmasına  baxmayaraq,  uzun  illər  ərzində 
nəsillərdən-nəsillərə ötürülərək qədim jırlar və əfsanələr-impro-
vizator,  ifaçı  və  söyləcilərin  yaddaşının  köməyi  ilə  xalqın  qə-
dim  əcdadlarının  örnəkləri  qorunub  saxlanılmış,  XX  əsrdə  isə 
yazıya alınmışdır. Onların bir qismi çöllüyün müxtəlif ərazilə-
rində yaranmasına baxmayaraq, bir-birinə uyğun gəlir
 
(11,210). 
XIX  əsrin  lap  sonlarında  qazax  epik  poemalarının  ilk 
dəfə olaraq yazıya alınması və nəşri baş vermişdir. Uzun əsrlər 
ərzində  xalq  nəğməkarlarının  bacarığı  sayəsində  dastanlar 
qorunub saxlanılmaqla, yeni nəsillərə ötürülmüşdür.  
Qazax  folklorunun  çoxəsrlik  tarixi  vardır.  O  kifayət  qə-
dər formalaşma və inkişaf  yolu keçmişdir. Şifahi poetik  ənənə 
qazaxların  etnogenizində  oğuzların,  kunqatların,  qıpçaqların, 
noğayların iştirak etmiş olduğunu və onların bütün folklor janr-
larının eposa qədər formalaşmasında iştirak etdiyini qeyd etmə-
yə imkan verir. Qazax nağıllarında, əfsanələrində, nəğmələrin-
də, lətifələrində - əsrlərin lap ənginliklərinə gedən bu nümunə-
lərində  xalqın  çoxəsrlik  mədəniyyətinin,  tarixinin,  həyatının, 
məişətinin, dünyagörüşünün müxtəlif tərəfləri əksini tapmışdır. 
VII-X  əsrlərdə qəbilə ittifaqları  yaranana qədər qazax xalqının 
formalaşma prosesinin etnik nüvəsi ortaya çıxmış və bu, özünü 
müxtəlif  mərasim  və  məişət  nəğmələrində  əks  etdirmişdir. 
XIV-XVI  əsrlərdə  qəhrəmanlıq  və  lirik  poemalar  yaranmışdır 


 
220 
ki, bunların məzmununda o dövrün müxtəlif tarixi xüsusiyyət-
ləri  özünü  göstərmişdir.  Əsrlər  ərzində  folklor  janrları  zəngin-
ləşmiş,  rəngarəngləşmiş  və  sonrakı  inkişaf  mərhələrinə  daxil 
olmaqla,  növbəti  inkişaf mərhələrinə  qədəm  qoymuşdur.  Döv-
rümüzə  müxtəlif  qəhrəmanlıq  dastanları,  batırlıq  eposu, 
qəhrəmanlar  haqqında  jırlar  gəlib  çatmışdı.  Onların  sırasında 
“Alpamıs”,  “Koblandı”,  “Yer  Sain”,  “Yer  Tarqın”,  “Yer 
Kokşe”,  “Yer  Kosay”,  “Qəmbər”,  “Qırx  batır”  kimi  dastanlar 
silsiləsi  (“Qırx  batır”),  “Utegen”;  lirik  –  epik  jırlar  –  “Kozı 
Korpeş  və  Bayan  Slu”,  “Qız  Jibek”,  “Çülşə-qız”,  “Ayman 
Şolpan”,  “Seyfül  Malik”,  “Makpal-qız”;  XVIII-XX  əsrlərdə 
yaranmış tarixi nəğmələr, nağıllar, əfsanələr, lətifələr, müxtəlif 
mərasim,  məişət  poeziya  nümunələri,  lirik  nəğmələr  və  digər 
ənənəvi kiçik formalı janrlar yer almaqdadır. 
Qazax qəhrəmanlıq dastanlarının yaranmasını tədqiqatçı-
lar, ümumiyyətlə, Qızıl Orda dövrünə aid etməklə qeyd edirlər 
ki,  ayrı-ayrı  epik  poemalar  XIV  əsrin  sonu  XV-XVI  əsrlərdə 
yaranmışdır.  Onların  qədim  mənbələri  Qərbi-Türk  xaqanlığın-
da  yaşayan  qəbilələrin  (VI-VIII  əsrlər)  dastanlarında  olmuş, 
qıpçaqların  və  oğuzların  (VIII-X  əsrlər)  Ağ  Orda  və  Noğay 
Ordasının və Özbək xanlığının (XIII-XVI əsrlər) qazax xalqını 
yaradan qəbilələrin payına düşmüşdür. 
“Koblandı-batır”  poeması  lap  qədimlərdən  rəngarəng 
kompozisiyalı epizodlara malik əsər kimi igidin anadan olduğu 
andan onun Kobikti, Şoşay xan, Alşaqırla və başqaları ilə vuru-
şunu,  Qarlıqa  adlı  igid  qızla  evlənmə  və  digər  çoxsaylı 
epizodları əhatə edir.  
Poemanın  ilkin,  həm  də  qeyri-mükəmməl  şəkildə  qeydə 
alınması XIX əsrin II yarısı XX əsrin əvvəllərinə təsadüf edir. 
Bu  dövrdə  dastanın  bəzi  yerləri  qəzet  və  jurnallarda  (“Dala 
uyalayatı”  (1899);  “Türkestanskiye  vedomosti”  (1899);  “Tur-
qayskaya qazeta” (1901); “Orenburq elmi komissiyasının əsər-
ləri”  (1910)  və  s.  mənbələrdə  verilmiş  və  əsasən  Koblandı 
haqqında əfsanənin süjetini əks etdirmişdir . 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə