Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

 
224 
“Koblandı” poemasına ilk dəfə diqqət yetirən tədqiqatçı-
lardan biri qazax alimi və maarifçisi Çokan Çingisoviç Valixa-
novdur.  Poema  üzərində  ayrı-ayrı  müşahidələri  biz  həm  də 
P.A.Falevin  və  yuxarıda  adını  çəkdiyimiz  Tuzemetsin  əsərlə-
rində də tapa bilərik. 
XX  əsrdə  “Koblandı-batır”  eposunun  hərtərəfli  öyrənil-
məsi ilə akademik Muxtar Auezov, Sabit Mukanov, Saken Sey-
fullın,  akademik  A.S.Orlov,  professor  K.Jumaliyev,  B.Kenje-
baev, A.Marqulan, M.Qabdullin və başqaları məşğul olmuşlar. 
Batır  Koblandı  ondan  yaşca  böyük  digər  bahadırlar 
(Yedige,  Şora,  Qəmbər,  Tarqın)  və  özündən  balacalar  (Alpa-
mıs, Yer Sain) kimi ilkin variantda heç də qazax adlandırılma-
mışdır. Bu onunla izah olunur ki, epik abidələrin mənbələrində 
bu qəhrəmanlarla bağlı olan məsələlər elə bir dövrü əks etdirir 
ki,  o  zaman  qazaxların  siyasi  ittifaqı  hələ  də  yaranmamış, 
mövcud olmamış, qazaxlar tayfa-qəbilə birliklərinə sahib olma-
mışlar.  Onlar  məhz  bu  etnik  nüvədə  qazax  xalqının  kimliyini 
əks  etdirmiş  və  Qızıl  Orda  tərkibində  noğaylı  adı  altında  bir-
ləşmişlər.  Qızıl  Ordanın  Qazaxıstan  ərazisində  tənəzzülündən 
sonra  ilk  böyük  dövlət  birliyi:  Ağ  Orda  (o  da  iki  yerə  bölün-
məklə köçəri özbək – şeybanilərdən və qazaxlardan) və Noğay 
Ordasından ibarət idi. Faktik olaraq bu ərazilərdə eyni tayfa və 
qəbilələr  yaşayırdılar.  Lakin  hakimiyyət  burada  müxtəlif 
hökmdar  sülalələrinin  əlində  idi.  Ona  görə  də  hökmdar  süla-
lədən  asılı  olaraq  onları  müxtəlif  cür  adlandırırdılar.  Məsələn, 
qıpçaq tayfaları – gah noğaylar, gah özbəklər, gah da qazaxlar 
adlandırılırdı. Lakin əvvəlki dövrlərdə qıpçaq etnoniminin özü 
bütün  bu  üç  adların  üçünü  də  əhatə  edir  və  şərq  müəllifləri 
tərəfindən  bu  səhralarda  yaşayanlar  bugünki  Qazaxıstan  ərazi-
sində yaşayan əhalinin adını özündə əks etdirirdi. 
Qazaxlara,  qaraqalpaqlara,  noğaylara,  başqurdlara,  Krım 
və  Barabin  tatarlarına  məlum  olan  Koblandı  batır  haqqında 
dastan  qıpçaqların  kalmık  və  qızılbaş  xanlarına  qarşı  apardıq-
ları  mübarizəyə  həsr  olunmuşdur.  Qazax  poemasında  qıpçaq-


 
225 
ların  döyüş  qəhrəmanlıqları  əks  olunur.  Qaraqıpçaq  Koblandı 
kiyatlarla  ittifaqda  olduğundan  heç  kim  tərəfindən  məğlub 
edilməyən  bir  batır  idi.  O,  özündə  nəinki  tək  özünün,  hətta 
kollektivin güc və imkanlarını əks etdirir və bu mənada o tayfa-
qəbilə  ittifaqının  başçısı  rolunu  yerinə  yetirirdi.  Batır  çoxsaylı 
düşmənlərinə  qalib  gəlir,  doğma  torpaqları  bir-birinin  ardınca 
azad  edir,  öz  tayfa-qəbiləsini  həm  işğaldan,  həm  də  bəladan 
qurtarırdı. Bununla belə, Koblandı heç zaman dağıdılmış, əldən 
salınmış  qəbilələrin  birləşdiricisi  rolunda  çıxış  etmirdi.  Bunu 
həm də poemada öz əksini tapmış lap uzaq keçmiş hadisələrin-
də  görürük.  Bu  dövrdə  köçəri  qəbilələr  hələ  də  konsolidasiya 
olunmamış,  qazaxlar  bir  xalq  kimi  təşəkkül  tapmamışdılar. 
Lakin bu dövrdəki hərbi qarşıdurmalarda ayrı-ayrı uluslar xan-
larla birlikdə  torpaqların  müdafiəsinə  qalxaraq ümumi  məqsəd 
altında birləşmişdilər. 
Poemanın  məzmununda  köçəri  maldarların  patrialxal 
tayfa-qəbilə həyat tərzi əksini tapmışdır. Qərb-Türk xaqanlığın-
da (ilkin feodal dövləti XII əsrin sonlarında Cənubi və Cənub-
Şərqi  Qazaxıstan  ərazisində  yaranmış)  əsrlər  ərzində  tayfa  və 
tayfa  birliyi  kimi  ağsaqqallar  institutu  mövcud  olmuşdur  ki, 
sonralar bu tayfa artıq  qantayfa birliyində özünə  yer  almamış-
dır. Qəbilə və tayfaların başında bəylər dururdular. Bəylər çox-
saylı mal-qara sahibi idilər. Müharibələr əksər hallarda  nəinki 
xanın  istəyi,  həm  də  köçəri  mal-qara  saxlayanların  xətti  ilə 
gedirdi. Köçərilərin başçıları ilbəil gah bir yerdə, gah digər bir 
yerdə  qışlamaq  üçün  dayanır  və  dayandıqları  düşərgələrdə  in-
sanları,  öz  ailələrini  təhlükədən  qoruyurdular.  Qış  düşər-
gələrinə köçəri feodalların başçıları gəlirdilər. Yayda feodallar 
artıq yaylağa gedir və özlərinə sadiq köçərilərin yanında olur-
dular. Oturaq həyat tərzi keçirən əhali torpaqla məşğul olanlar-
dan,  onu  əkib-becərənlərdən  və  sənətkarlardan  ibarət  idi  ki, 
onlar  da  bəyləri  və  xanları  ərzaq  və  digər  məhsullarla  təchiz 
edirdilər.  Belə  yaşayış  məntəqələri  –  şəhərlər  Semireçyedə 
(Cetisu-Yeddisy),  Cənubi  Qazaxıstanda  VII-VIII  əsrlərdən 


 
226 
mövcud  olmuşdur.  Müdafiə  məqsədi  ilə  tikilmiş  qalalarda 
oturaq həyat tərzi keçirən əhali arasında köçərilər də vardır ki, 
onlar  Orta  Asiya  şəhərləri  ilə  ticarət  və  mədəni  əlaqələr 
qurmuşdular. 
“Koblandı-batır”  qəhrəmalıq  poemasının  digər  başlıca 
mövzusu ilə yanaşı, diqqət mərkəzində həm də batır və könül-
lülər  tərəfindən  kənardan  olan  təsirlərin,  yürüşlərin,  mühari-
bələrin  qarşısını  almaq  mövzusu  durur  və  bu  da  tayfalararası 
bir hekayətdir ki, məhz burada tayfalar və ailələr arasında olan 
kolliziyalar feodal həyatındakı çətinliklər öz əksini tapır, köçəri 
həyatının bəy-rəis hakimiyyətinin müxtəlif tərəfləri əks olunur.  
Əsərin  başlıca  mahiyyəti  ondan  ibarətdir  ki,  o  ayrı-ayrı 
süjetə  malik  nəğmələrdən  tərtib  olunmuşdur.  Bununla  bağlı 
aşağıdakı  müşahidə  daha  maraqlıdır.  Gələcək  poemanın  əsas 
hissəsində  batırın  yürüşə,  döyüşə  istiqamətlənən  öz  yaxınları 
ilə  vidalaşması  mərasimi  (“koştasu”)  öz  əksini  tapır.  Burada 
onun evlənməsi  zamanı  toy nəğmələri,  (“joktau”) ağlayış  nəğ-
mələrinin xüsuiyyətləri, ölmüş batırın həyatı haqqında ağı və s. 
əks olunur. Beləliklə, buradan açıq aydın görünür ki, xalq ara-
sında  hər  hansı  bir  populyar  insan  haqqında  məişət  nəğmələri 
mövcud olmuşdur ki, onlar “koştasu”dan ibarətdir. Bu nəğmə-
lər  əsasən  hər  hansı  yürüşdən,  döyüşdən  sonra  yazılmışdır. 
“Joktau”isə  məhv  edilmiş  batır  haqqında  ağı-nəğmədir.  Bu 
nəğmə  kimliyi  məlum  olmayan  akınlar  tərəfindən  əsərin  süjet 
xəttinə daxil edilərək, poemanın ilkin variantını təşkil etmişdir. 
Onlar da sonra öz növbəsində digər akınlar tərəfindən daha da 
genişləndirilmişdir. Epik poemanın  yaranmasının elə versiyası 
vardır ki, burada ən mükəmməl halda əksər poemalarda məişət 
nəğmələrinin  mövcudluğu  özünü  daha  yaxşı  nümayiş  etdirir. 
“Koblandı-batır”da biz Koblandının öz ailə üzvləri ilə vidalaş-
dığı  səhnəsini  görür,  onun  döyüşə  getmə  səhnəsi  ilə  tanış 
oluruq. Daha sonra “joktau” ilə rastlaşırıq ki, bu da onun ata və 
anasının vəziyyətini, Alşaqırın onların üzərinə hücuma keçdiyi 
anları göz önündə canlandırır. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə