7
Содержание
Кобланды- батыр. Дастан ................................................. 9
Пояснение использованных в дастане
топонимов, этнонимов, гидронимов и
фольклорно-этнографических терминов ......................... 212
Казахский народно-героический дастан
«Кобланды-батыр»: история возникновения,
ареал распростронения, события, герой, образы,
общая характеристика дастана ......................................... 218
Сохранение особенностей дастана
«Кобланды-батыр» в переводе
на азербайджанский язык .................................................. 270
Казахский народно-героический дастан «Кобланды-
батыр». Резюме на азербайджанском языке .................... 287
Казахский народно-героический дастан «Кобланды-
батыр». Резюме на турецком языке ................................. 294
Казахский народно-героический дастан «Кобланды-
батыр». Резюме на русском языке .................................... 300
Казахский народно-героический дастан «Кобланды-
батыр». Резюме на английском языке .............................. 306
8
Contents
“Koblandy-batyr”– epos ...................................................... 9
Interpretation of toponyms, etnonyms, hidronyms,
and folklore-ethnographic terms used in the epos ............... 212
Kazakh folk heroic epos “Koblandy-batyr”:
origin history, events, heroes, characters,
general character of the work ............................................... 218
Keeping of originality in the translation of
“Koblandy-batyr” epos into the Azerbaijani language ........ 270
Kazakh national heroik epos
“Koblandy-batyr”. Summary ............................................... 306
9
Koblandı-Batır
dastanı
10
I. Keçmiş, ötmüş zamanda,
Qaraqıpçaq elində,
Bir Koblandı varıydı,
Atası bununToktarbəy,
Xalqa yaxşı tanış bəy.
Qədərsiz idi varı,
Çoxluca qoyunları.
Gözdi gölü yaylağı,
Gözdi gölü oylağı.
10. Qalın qıpçaq elinə,
Bəsdi dövləti, varı.
Hər içən məst olardı,
Hər yeyən tox olardı,
Hamı ondan razıydı.
Qaraspan dağda qışlar,
Səmalarla yarışar,
Zirvələrə qarışar.
At ilxıdan ayrıldl,
20. Ondan kənarda qaldı.
Qalın qıpçaqdan yana,
Binələri yan-yana,
Düzülüb sıra-sıra.
Sakit həyat yaşardı,
Xoşbəxtliyin tapardı.
“Əlif” damğalı qıpçaq
Elin şan-şöhrətiydi.
II. Toktar çatdı səksənə,
Bədbəxtlikdən səksənə,
Heç olmadı övladı,
30. Çin olmadı muradı.
Hey tökdü göz yaşları,
İslandı göz, qaşları.
Dünya nədir? Bilmədi,
Heç vaxt üzü gülmədi.
11
Bəxtinə düşən şahin,
Qırıq oldu qanadı.
Doğulmadı züryəti,
Bitdi təpər, cürəti.
Toktar qüssələnirdi,
40. Qıpçaq kədərlənirdi.
Etdi pirləri ziyarət,
Üz tutdu ocaqlara,
Qurban kəsdi köhləni,
Korasana* kəsdi qoç,
Qəbul oldu diləyi.
Bəybişəsi* Analıq
Çatanda əlli yaşa.
Düşdü uşaq boynuna,
Sevinci aşdı-daşdı,
50. İstəklərinə çatdı.
Göz açmışkən dünyaya,
Fikirləşdi, düşündü;
Dedi: “Bəs bu nə gündü?!
Əgər belə gedərsə,
Köçəcəyəm dünyadan,
Mən züryətsiz, övladsız”,
Sanki Tanrı eşitdi,
Bu ah-zarı, fəryadı.
Analıqdan doğuldu
60. Bir oğlu, bir də qızı.
Qızın adı Qarlıqaş
Gözəl kiprik, çatma qaş.
Oğlun adı Koblandı,
Sanki alışdı, yandı.
III. Altı yaşa çatanda,
Koblan aslana döndü.
Xəzinəyə yollandı.
Dəbdəbəli geyindi,
12
“Özümün olsun” – dedi.
70. Sevib-seçdi qonur at,
Yəhərləyərək mindi,
Qıpçaq eli sevindi.
Koblandını öydülər,
Ürəkdən sevindilər.
Çünki onun istəyi,
Olmuş elin səadəti.
Dağ yanır, daş yanırdı,
Hərarətdən yanırdı.
O, altı yaşlı oğlandı,
80. Aləmə səs salandı,
Qəmşad börkü başında,
Kəhər atsa altında.
Karşığası* qolunda,
Tazısı da yanında.
Yeddi pirə sığındı,
Yolla atın çapırdı.
Qıpçaqlarçün, eliyçün,
O, səadət tapırdı.
Toktarbəy ilxısında
90. Doxsan nökər qul vardı.
Onların sırasında,
Qoçaq Yestemis vardı.
Yestemisi görməkçün
O, ilxıya yönəldi.
Danışıb görüşdülər,
Doxsan nökər, Yestemis
Ondan razı qaldılar,
Can bir qəlbdə oldular.
Toktara dayaq durdular.
100. Yestemissə Koblana,
Qoçaqlığı öyrətdi.
Hər gün keyik ovladı
13
Oxu boşa çıxmadı.
Gəzdi yayı, yayladı,
İlxısını hayladı.
Gücü artdı, çoxaldı,
Düşmənlərsə yoxaldı.
Karşığası qolunda,
110. Kumay* tazı yanında.
Görən kimi keyiki,
Arxasınca atıldı.
IV. Bir gün namazşam* çağı
Kuptan* vaxtı gələndə,
Koblan ilə Yestemis
Durmuşdular pusquda.
Birdən eşitdilər səs.
Dedi: “Sus, səsini kəs”.
Toz göyə duman oldu,
120. Gözləri tozla doldu.
Yestemis dedi: “Qardaş,
Olmuşam sənə sirdaş”.
Dağın o yeri ki, var,
Qızılbaşlar eli var,
Yaşıl çəmənləri var,
Mavi göz gölləri var.
Orda xan Köktim – Aymak
Xalq bilmir ondan doymaq.
Eli çox sevir onu,
130. Geyir qırmızı donu.
Qızının adı Qurtqa,
Gözəllik verib Xuda
Zürafə boyu - qamət,
Edirlər ona hörmət.
Siması sanki aydır,
Gözəl Şirinə taydır.
Hamıya bu bəyandır,
Dostları ilə paylaş: |