26
550. Karvana da qoşdular.
Dağ zirvəsinə doğru
Çətin – keçmək dağları.
Dolayları, yolları.
Koblandısa karvanı,
Aparardı özüylə.
Keçərək xeyli yollar,
Mənzilinə yetişdi,
Toktar bəylə yanaşı.
560. Yurtasın yerləşdirdi.
Koblandı – batır atası Toktar bəyin yurtası ilə yanaşı öz
yurtasını qurduqdan sonra, ona yaxınlaşıb soruşur: “İlxımızın
yanından getdiyim artıq bir neçə aydır. Doxsan qulumuzdan və
ilxımızdan nə xəbər var?
Çırağım, gözümün nuru, quldan da, maldan da xəbərim
yoxdur.
Koblandı onunçün süzülmüş çayı içmədi, əvəzində
sərxoşluq gətirən baldan yeyib yola düzələrək dedi: “Mən
gedib maldan xəbər bilib gələrəm.”
Bazarda var ağ mata*.
Oynaqlar bala pota
.
Sözlərimdə yox xəta.
Atayla vidalaşıb,
Şər vaxtı mindi ata
Atların ilxısını,
Dan atanda gördü o,
Yaxınlaşıb biləndə
İlxı öz yerindəydi.
570. Qullar onu gördülər,
Əcəbcə sevindilər.
Dedilər yaxşı oldu,
Batır Koblandı gəldi.
Sevindilər, güldülər,
27
Batırın şərəfinə,
Bayraqlar qaldırdılar.
Sevinclər aşdı-daşdı,
Koblan hamıdan başdı.
Burda bir ara verək.
580. Koblandı Yestemislə,
Tulayla ova getdilər,
Xeyli vaxt keçirdilər.
Deyəmmərəm nə oldu,
Ordan nə gətirdilər.
İndi görək Qız Qurtqa,
Haradadır, o, nə edir.
Qurtqa zəhmət çəkdiyi,
Burıl bir yaşa çatdı,
Alını parıldadı,
590. Sanki buluddan ay çıxdı.
Bir yaşdan üçə çatdı,
Ayağın daşa döydü.
Sanki dağları, daşı,
Üyüdürdü, bölürdü.
Keçən zaman ərzində,
Heç vaxtı gün görmürdü.
Onurğası bərkidi,
Onu madyanlar üstə,
Buraxmaq vaxtı çatdı,
600. Burıl beş yaşa çatdı.
Qurtqa ipək kəməndlə,
Boynunu da bağladı.
O böyüsün, bərkisin.
Altı yaşa çatanda,
Ona biz qızıl yəhər,
Qayış da ölçüb-biçdi.
Düşündü ki, olacaq,
O əsil batır atı.
28
Gözəl Qurtqa batırçün,
610. Mizraq da hazırladı,
İti qılınc düzəltdi.
Qılınc qabı gümüşdən,
Düzəltmişdi Qurtqa qız.
Qız Qurtqa bu Burılın,
Yalını darayırdı,
Qayğısını çəkirdi,
Öz doğma övladı tək,
Onu əzizləyirdi.
620. Hər gün onu öyrədir,
Həm də qayğı göstərir.
Burıl altı yaşında –
Koblandı batır isə
Evə qayıtmalıydı.
Bəlkə yaddan çıxmışdı –
Onun Qurtqası vardı.
VII. Bu məqamda Qızılbaşlar ölkəsindən olan Qazan
batır noğay torpaqları üzərinə hücuma keçib, onun iki şəhəri –
Qırlıqala və Sirliqalanı tutur. Qırlıqalada o, öz bəylərini,
Sirliqalada isə cəlladlarını yerləşdirir.
Qızılbaşlar elindən,
Gəldi bahadır Qazan,
O, çox qəddar hökmdar,
Üzdən yağır zəhirmar.
630. Noğay tayfalarını,
Ələ keçirib əzirdi.
Kimsə tabe olmasa,
Onları məhv edirdi.
Torpağı, mal-qaranı,
Özününkü edirdi,
Belə şöhrət tapırdı.
Var-dövlətin ataraq,
29
Noğay eli qaçırdı.
Qaçan noğaylarasa –
640. Qaradaban* deyilirdi.
Qırlıqala, Sirliqala
Kimi gözəl şəhərlər
Qazan batırın tapdağı,
Altda inildəyirdi.
Sirliqala şəhəri,
Düşməndən görünürdü.
Açıq idi qapılar.
Qırlıqalada isə
Qazan xanın nərləri,
650. Yığışmışdı bəyləri.
Qazan lovğalanırdı:
“Düşmən bura girəmməz”.
Qazan özün öyürdü.
Noğay elin döyürdü,
Qızılbaş hökmdarı.
Qırlıqala tərəfə,
İti bir çay axırdı.
O biri tərəfdəsə
Altı sıra arx vardı.
660. Qurulmuş istehkamlar,
Hər səddin öz yeri var.
Onun düz qırx yerində
Polad darvaza vardı,
Əsgərlər pusqudaydı.
Durmuş ağız-ağıza,
Onu bağlamaq üçün,
Altmış bahadır vardı.
Bunu dünya bilirdi,
Çoxsaylı noğay elin,
670. Tutub məhv etdi Qazan.
30
Qazanın bu xəbəri qırx minlik kiyat tayfasının bahadırı
Qaraspanın ətəklərində yaşayan Seil oğlu Qaramana çatır.
Xəbəri eşidən batır düşünür: “Atadan ər doğulmuşuqsa,
Qızılbaşlar noğay torpaqlarını tuturlarsa, biz kişi deyilik”, –
deyib atını yəhərləyib –yüyənləyib yola düzəlir.
Çox minlik ordu yığdı,
Ağ-qara bayraq alıb,
Qızılbaşlar üstünə,
O andaca səmt aldı.
“Qazanı ordan qovaram”.
Dedi, həm də düşündü.
Böyük bir güc topladı,
Qəzəbləndi, hirsləndi,
Toxtayıb özünə gəldi.
680. Kiyatdan çıxan beş batır,
Bir Qaragöz, bir Ağgöz.
İkisi qoçaq batır,
Elin dadına çatır.
Qaracan oğlu Qoçdövlət
Mərd oğluydu, mərddən mərd.
Çoxlarına dərs verən,
Ordular pərən edən.
Fala baxan – Qara Bukan*
Falı düz görüb, baxan.
690. Dedi: “Atın necə çapsın,
İrəldə nə olacaq tapsın.”
Qaraman batırdasa,
Qaşlar qarla örtülüb,
Kiprikləri donubdur.
Qazan noğayı məhv edir,
Bizi şərəfsiz edir,
Ölmək - həyat şirindir,
Vətənsə hər kəsindir.
700. Bəs görən biz nə edək?
31
Bəlkə məzara gedək?
Məzarsa da soyuqdur,
Əhvalımız donuqdur.
Qırx minlik ordu yığıb,
Hamını başa salıb,
Qaraman yola düzəldi,
Orduya sözün dedi:
Eşidin, məni ərlər
710. Allah sizə yar olsun,
Qaraspan ətəyində
Yaşayır qıpçaq eli,
Qorxudan səksəkəli.
Orda var Koblan batır,
Şöhrəti ümman batır.
Onu hamı tanıyır.
Gedib onu götürək,
Düşmənin dərsin verək,
Gedərsə – yaxşı gedək,
720. Getməzsə dua edək.
Yaşımız, işimiz bir,
Bunu bütün el bilir,
Hamı da bizə gülür.
Sizə düzün deyirəm,
Allaha and içirəm.
Gəlin, gedəyin ora,
Bu yol aparar ora.”
Kiyat məsləhətləşdi,
Hamısı yola düşdü.
730. Qaraspanın döşündə,
Çoxsaylı ordusuyla,
Qərar tutdu Qaraman,
Hazır oldu ox-kaman.
Görən kimi onları,
Koblandı ata mindi.
Dostları ilə paylaş: |