269
10.
Валиханов Ч.Ч. Записка № 1. Сочинения. СПБ.,
1904, Т. XXIX.
11.
Валиханов Ч.Ч. Киргизское родословие. Собр.соч.
В 5-ти т., Т.1. Алма-Ата, 1961.
12.
Ерзакович Б.Г. Нотные записи мелодий из эпоса
«Кобланды-батыр»
//
Кобланды-батыр.
Казахский
героический эпос. М., Главная редакция восточной
литературы «Наука», 1975.
270
“Koblandı-batır” dastanının Azərbaycan dilinə
tərcüməsində milli özünəməxsusluğun saxlanılması
Türk xalqlarının epik abidələri, əsasən, yazıya alındıqdan
sonra digər xalqların ixtiyarına verilmişdir. Başqa xalqların
türklərin epik abidələri ilə tanışlığı yalnız onların bu və ya
digər dillərə tərcümə olunmasından sonra mümkün olmuşdur.
Təbii ki, hər bir epik abidə çoxsaylı söyləyicilərdən
qələmə alındıqdan sonra ona münasibət daha da ciddiləşmişdir.
Epik əsərlərin əsaslı nəşri bütün hallarda daha mükəmməl
variantı seçib ortaya qoymaqla reallaşır.
Türk xalqlarının epik abidələrinin Azərbaycan türkcəsinə
elmi və bədii tərcüməsi praktikası heç də zəngin deyildir. Bu
günə qədər belə tərcümə işinin nəzəri, tarixi və praktik aspekt-
ləri də işlənib hazırlanmamışdır. Bu isə, məlum olduğu kimi,
türklərin epik yaradıcılığının bir xalqın dilindən digərinə tər-
cümə işini, xeyli dərəcədə çətinləşdirir. Bəri başdan qeyd edək
ki, əgər rus epik abidələri, bılinaları, tarixi nəğmələri və s.
şifahi ədəbiyyat nümunələri Azərbaycan türkcəsinə və Azər-
baycan dastanları, xalqımızın digər yaradıcılıq nümunələri rus
dilinə bir neçə dəfə tərcümə olunmuşsa, türk xalqlarının zəngin
mədəni-mənəvi sərvəti olan abidələr türklərin, o cümlədən
Azərbaycan türklərinin dillərinə tərcümə edilmiş, nə də uyğun-
laşdırılmamışdır. Bunun əsasən, türklərin özlərinin mental
keçmişlərinə müəyyən mənada, həm də onların diqqətsizliyi ilə
əlaqələndirilməsi daha məntiqə uyğun görünməkdədir. Eyni
zamanda zəngin və qədim monumental abidələri ilə dünya
xalqları yaradıcılğında aparıcı mövqedə duran türk epik
dastanları – “Manas”, “Alpamış”, “Koroğlu”, “Koblandı-batır”,
“Yer Tarqın”, “Yer Ziuar”, “Qırx qız”, “Canıl Mirzə”, “Ural
Batır”, “Maaday Qara”, “İdukay və Muradım”, “Olonxo”,
“Nurgun Bootuur” və s. folklorşünasların yekdil fikrinə görə,
bəşər övladının əvəzsiz örnəklərindəndir. Belə olduğu halda, nə
üçün bu nümunələri türk xalqlarının özləri öz aralarında tər-
271
cümə, yaxud uyğunlaşdırma yolu ilə bir-birinə çatdırılmamalı
idi?! Elə bu ehtiyac üzündən də biz qazax xalq qəhrəmanlıq
eposu “Koblandı-batır”a müraciət etdik.
Qeyd edək ki, “Koblandı-batır” dastanı ilə yaxın tanışlı-
ğımız hələ səksəninci illərdən başlamışdır. Məhz o dövrlərdən
bu sətirlərin müəllifi indiki Bakı Slavyan Universitetinin
(o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və
Ədəbiyyatı İnstitutu) Rus sovet ədəbiyyatı kafedrasında çalı-
şarkən SSRİ xalqları ədəbiyyatı fənnini aparırdı və bu kursda
əsasən Orta Asiya və Qazax ədəbiyyatları tədris olunurdu.
“Manas”, “Alpamış”, “Qırx qız”la yanaşı, həm də diqqətimizi
“Koblandı batır”dakı monumentallıq, məzmun özünəməxsus-
luğu, kompozisiya spesifikliyi cəlb etmişdi. Təxminən həmin
dövrlərdən də bu dastanın bəzi yerlərinin Azərbaycan türkcəsi-
nə uyğunlaşdırılmasına başlamışdıq. Sonralar biz neçə dəfə
Azərbaycan radiosu ilə türk xalq dastanları, o cümlədən, “Kob-
landı-batır” eposunun bu və ya digər keyfiyyətləri haqqında
dinləyicilərə məlumat vermişdik. Qeyd etdiklərimizlə yanaşı,
həm də türk etnoslarına olan rəğbət “Koblandı-batır” dastanı-
nın tərcüməsinin reallaşmasına xeyli dərəcədə kömək etdi.
Məhz belə xüsusi hazırlıq dövründən sonra biz “Koblandı-
batır”ın Azərbaycan tərcüməsi üzərində diqqəti cəmləşdirməli
olduq. Digər bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz.
Belə ki, iyirmi ildən artıq bir zaman kəsiyində qaraqalpaq xal-
qının etnogenezini, folklorunu, psixologiyasını, həyata baxış-
larını, dünyagörüşünü, tətbiqi sənətini, mərasim adətlərini,
klassik və müasir ədəbiyyatını paralel olaraq öyrənməkdə, mə-
qalələr çap etdirməkdə, kitablar yazmaqdayıq. Qaraqalpaqların
folkloruna vurğunluq, “Qırx qız” qəhrəmanlıq dastanının spe-
sifik xüsusiyyətlərini dərindən öyrənmə bu xalqın nağıllarının
Azərbaycan türkcəsinə tərcüməsi ilə nəticələndi və biz 2006-cı
ildə “Qaraqalpaq xalq nağılları”nı tələbkar oxucularımızın ixti-
yarına verdik. “Qaraqalpaq xalq nağılları” oxucu ictimaiyyəti
tərəfindən yüksək qarşılandı və bu, qaraqalpaqlar haqqında xal-
272
qımızın təsəvvürlərini nəzərəçarpacaq dərəcədə genişləndirdi.
“Nağıllar”ın ardınca isə biz “Qaraqalpaq ədəbiyyatı” kitabını
oxuculara təqdim etdik. Qaraqalpaqların həyatı, folkloru, epik
abidələri üzərində iş bizi qazaxların mədəni-mənəvi aləminə
daha da yaxınlaşdırdı. Yeri gəlmişkən qeyd edək ki, həm
qazaxlar, həm qaraqalpaqlar qıpçaq türkləridir, hər ikisinin
çoxsaylı etnogenetik, etnopsixoloji, etnomədəni yaxınlıqları
mövcuddur. Uzun zaman kəsiyində qazaxlar və qaraqalpaqlar
Noğay Ordası və Qızıl Orda tərkibində olmuş, yadelli düşmən-
lərə qarşı birgə müqavimət göstərmiş, adət-ənənələri bir-birin-
dən qaynaq almış, inkişaf etmişdir. Bəzən eyniadlı qəhrəmanlıq
dastanları, məhəbbət poemaları, tarixi nəğmələr həm qazaxla-
rın, həm qaraqalpaqların milli-mədəni sərvəti kimi dəyərlən-
dirilmiş və bu gün də dəyərləndirilməkdədir. Bütün bunlar
nəzər diqqətimizin “Koblandı batır” üzərinə yönəlməsini daha
da aktuallaşdırdı və biz “Koblandı batır”ın sistemli tərcüməsinə
başladıq.
Mənbə olaraq 1975-ci ildə Moskvada Şərq Ədəbiyyatı
Baş Redaksiyasının təklifi ilə “Nauka” nəşriyyatında SSRİ
Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı və
Qazaxıstan SSR Elmlər Akademiyasının M.Auezov adına Ədə-
biyyat və İncəsənət İnstitutunun birgə hazırladığı “Koblandı-
batır” qazax xalqının batırlıq eposu” kitabında qazax və rus
dillərində oxuculara təqdim olunmuş mənbəyə istinad edərək
altı min dörd yüz doxsan sətirdən ibarət mətni götürüb həm
qazax, həm də rus dilində dəfələrlə oxuduq. Yer adları, obraz-
lar, idiomatik ifadələr, spesifik, sırf qazax leksik-semantik
çevrəsində işlənən hallarda zəruri hesab etdikdə rus dilində elə
həmin bu kitabda təqdim olunmuş sətri tərcüməylə tutuşdur-
duq, hansı söz, məna və ifadənin konkret çevrədə daha dolğun
səslənməsini və yerinə düşməsini yəqin etdikdən sonra onlar-
dan çevirmədə istifadə etdik.
Qeyd edək ki, “Koblandı-batır” qəhrəmanlıq dastanı
N.V.Kidayş-Pokrovskaya və O.A.Nurmaqambetova tərəfindən
Dostları ilə paylaş: |