Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

 
104 
Məni necə axtarsın?! 
İndi yalqız qalmışam, 
Qazaxlar hey deyirlər, 
Guya sayımız çoxdur. 
Heç kim dəqiq bilməyir, 
3290. Onlar çoxdur, yoxsa biz?! 
Şam, kaman, qırxarşınlıq ox. 
Qızıl iti ucuyla, 
Budur mənə yar oldu, 
Qızılbaşlar elində, 
Mən qul kimi qalmışam, 
Mən yazıq qul olmuşam. 
Necə də bədbəxt oldum, 
Üz örtməyə kəfən yox. 
İplə bağlanıb arıqlayan, 
3300. Yaralardan sıyrılan, 
Can sirdaşı Burıla, 
Hansı qızılbaş ot versin
Hansı qızılbaş su versin. 
Doxsan yaşlı atam Toktar, 
Dabanları sıyrılıb, 
Altmış yaşlı Analıq, 
Oğuldan məhrum olub. 
Mənim bacım Qarlıqaş, 
Ay çıraqlar çırağı, 
3310. Can qonağım Qız Qurtqam, 
Aslanın əsir oldu, 
Neynəyirsən. Sən indi?! 
Koblan belə sözləri,  
Qaramana deyəndə, 
Qarlıqa başa düşdü. 
Batır qaça bilməcək, 
Batır, qoçaq Koblanı, 
Dilə tutmaq istədi, 


 
105 
Ürəyi oddan yandı. 
 3320. Qaraman ilə birgə  
Batırı qaldıra bilmədi. 
Dünən qoltuqda gələn, 
Bu gün necə ağırdır. 
Üzü baş aşağıya, 
Dayanıb hər ikisi, 
Qaraman durub söylədi: 
“Onları gətirəndə 
Pirlər qorumadılar. 
Yəqin buna görə də 
3330. İş elə, ağırdı ki, 
Eldə qaldıra bilməz”. 
Qarlıqa onu dinləyib 
Dedi: “Var ilxıya Qaraman, 
Atını tutub min gəl. 
Koblan, köhnə Tayburılı, 
Yedəyində çək gətir. 
Mən çıxış yolu tapdım, 
Batıra at əzizdir, 
O atına bağlıdır. 
 3340. Burılın ayağın bağlasan, 
Beləcə batır qalxanda, 
Bölünməyən yuxuda, 
Yırtılmayan məzara. 
Gözəl-göyçək Qarlıqa 
Öz evinə qayıtdı. 
Qaraman ilxıya çatdı, 
Dan atmamış Qaraman, 
Var gücü ilə çapırdı, 
Hətta o, öz qəlbini, 
 3350. Koblana bəxş edirdi. 
Günorta çağı çatdı 
Kobiktinin malına. 


 
106 
Atın tutub o, mindi, 
Tayburılı apardı, 
Qala tərəfə sürdü. 
Qarlıqayasa dedi: 
“Axşama gələcəyəm”. 
Qaramanla Qarlıqa, 
Zindana gəlib çatdılar. 
 3360. Qıldan möhkəm ip düzəldib
Burılı bağladılar. 
Çox narahat etdilər. 
Qulun bərkdən kişnədi, 
 Burılın səsin eşidib, 
Qoçaq batır Koblandı, 
Dağıdırdı zindanı. 
Dedi: “Nə edirsən, et, 
Amma dəymə Burıla!” 
Koblan zindanı dağıdıb, 
 3370. Dərindən nəfəs alıb, 
O an zindandan çıxdı. 
Batır Koblan çıxanda, 
Qarlıqa batıra dedi: 
“Dünya mənə dar oldu, 
Başım yaman fırlandı, 
Sevgimin hicranından, 
Lap ömrümün sonuna, 
Sənlə birgə olacam. 
Anamın vəsiyyətin, 
 3380. Yerinə yetirəcəm. 
Batır, sözümə qulaq as
Burulına min dedi, 
Qarnına süngü al dedi, 
Dünən yatan ilxıya, 
Onları qayıt sür dedi. 
Tərlan qaçar ilxıdan, 


 
107 
Onun dalınca getmə, 
Mən elə edəcəyəm, 
Kobikti Tərlanı minməsin, 
 3390. Onu özüm saxlaram. 
Kobiktinin qanadıyçün, 
İlxıdakı kök atı, 
Sözümə inan dedi, 
Düşmənə nifrətim olsa, 
Onla söhbət edərsən. 
Sözlərimi eşidin 
Batırlar – sizin silahı, 
Koblanın dəbilqəsin, 
Yaxşıca gizlətmişəm. 
 3400. Gedək verim sizlərə, 
Batırım, silahını. 
Deyirəm gizlətmişəm, 
Gör mən nəyə gedirəm. 
Koblan ilə Qaraman
Siz də arxamca gəlin. 
Qarlıqa onları apardı, 
Öz sarayına saldı. 
Saxladığı silahı, 
Batırlara göstərdi. 
 3410. Ağ dəbilqə geydirdi, 
Belinə qılınc taxdı. 
Əsil dostluq nədirsə, 
Koblandıya göstərdi. 
Geyinib-kecindirdi, 
Əlin əlinə verdi, 
Tayburıla mindirdi, 
Qarlıqa sözün söylədi. 
Koblan atına mindi, 
Kiçik ağ dəbilqəni, 
 3420. Əyninə geyindirdi. 


 
108 
Belinə polad qılınc, 
Nizəsin onun üstə, 
Qaramanla ikisi. 
Kobiktinin ilxısın 
Sürməyə yönəldilər. 
Bir də, bir də sürdülər. 
Quba gölün ötəndə, 
Sarı gölə çatanda
Kobiktinin Tərlan atı, 
3430. Quş tək quyruq buraxdı. 
Başın qaldırıb baxdı, 
Dözüb, dayanan bu at, 
Şahə qalxıb kişnədi. 
 “Yiyəm”deyib kişnədi. 
Bildi - qarşıda düşmən, 
Quyruğunu tərpətdi. 
Göy at qalaya çapdı, 
Varır, qoy elə varsın, 
Kimsə arxada çapmadı. 
3440. Tərlan at qalaya gəldi, 
Bunu eşitcək Kobikti, 
Özündən yaman çıxdı, 
Həm də bərkdən bağırdı; 
“Qarlıqacan, hardadır”? 
“Atı yəhərlə” – dedi. 
Bax, Qarlıqa hazırdı. 
Kobiktiyə yan aldı: 
“Yuxumu pozma, Kobikti, 
Atam neyçün qəzəbləndi? 
3450. At heyvana köməkdi, 
Kobiktini yatızdırıb, 
Yem yeməyə gedibdi. 
Akmonşah atın üstünə  
Altın yəhər bağladı. 


 
109 
Birazca da yem verdi. 
Koblan yerə düşəndə, 
Qızı kədər bürüdü. 
Akmonşah ata mindi, 
Nizəni belinə taxdı, 
 3460. Dəbilqəsin geyindi, 
Saçların küt bağladı, 
Noğay börkün geyindi. 
Koblandının ardınca, 
O da yola düzəldi. 
Batırlara çatan tək, 
Atasının ilxısın, 
Hey qovmağa başladı. 
Qaladan uzaqlaşanda, 
Boz səhraya çatanda, 
 3470. Günortadan keçirdi... 
Birdən at yerişin çaşdı. 
Dayandı, otlamadı, 
Narahatdır, getməyir, 
Akmonşahın kiçik qardaşı, 
Sanki təngə gəlibdi. 
Nəfəsini dərəmmir, 
İlxı içində aladı, 
Tükləri zil qaradı. 
Göyə baxıb – dişin qıcır. 
 3480. Batıra “Yiyəm” deyib, 
Həm baxır, həm kişnəyir. 
Biləndəki önündə  
Dayanıb yağı düşmən, 
Quyruğun sırta saldı, 
Bu beş yaşlı qonur at, 
Yenidən qalaya yönəldi, 
Üç nəfər arxasınca, 
Atı döndərmədilər, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə