Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

 
152 
Sürüb Qarlıqa səmtə.  
Beş yaşlı at belində, 
5020. Öz şux, oynaq atında, 
Toktarın tək oğlunu
Toktarla Analığı, 
Gözəgörünməz qarğadı. 
Dedi: Koblan yetişdi, 
Pirlərdən xəbər verdi. 
Biləndə düşmən viran, 
Qoyub elin, obasın. 
Əli hər yerdən üzüldü, 
Göz yaşı sanki göldü. 
5030. Orağın anası dedi: 
Qapı ağzında baldırqan. 
Qızılbaşlar yurdunda, 
Ona hücumlar edən, 
Qayış - baldır sarı at. 
Əlindəsə naməsi, 
Onu dünya tanıyır, 
Çağırdı ki, Qarlıqa, 
İkisi bir yerdə olsun. 
Aydın Oraq, ay Oraq, 
5040. Ay baltası qan Oraq. 
Koblandının köp elin, 
Kalmık alıb-dedilər. 
Elindən çıxdı çıraq, 
Qarlıqayla görüşüb. 
“De, görüm, yolun hara?” 
Bax, yolları qovuşdu, 
Bir səmtə üz tutdular, 
Ağ sayqak tək uçdular, 
Əcəb çapırdı onlar, 
5050. Düşünmədi – çıxarlar. 
Üç bozyallı at ilə 


 
153 
Başda Koblan gəlirdi. 
Sevinib şadlandılar, 
Lap oda qalandılar. 
Sağ-salamat idilər, 
Besində görüşdülər. 
Burda dursun dördləri, 
Oynaşıb sevinsinlər. 
Heç qayğı çəkməsinlər, 
5060. Ey insanlar, dinləyin, 
Əgər deyilsə zəhmət, 
Mənim ağzımdan çıxan, 
Sözə heyifim gəlməz . 
Alşaqır xanın o vaxtlar
Talelər kitabından, 
Hələ anam sağ idi. 
Alıb kitabı - fal açdı, 
Baxıb sonra da dedi: 
Batırlarçün bəd günün, 
5070. Yaxınlaşdığın gördü. 
Çağırıb öz balasın, 
Sonda qarı söylədi: 
“Yalqız balam, Alşaqır, 
Sözümə qulaq as, Şaqır! 
Bunlar Koblana oxşar, 
Qaşlı-qabaqlı batır, 
Düşmənə əzab verən, 
Düşmən üzərinə düşən, 
İri burun, alagöz batır, 
5080. Ağ sifət, gözəl, göyçək, 
Gəldi, oğlum, ayağa qalx ! 
Alagöz, sifəti çopur, 
Qaraman çapıb gəldi, 
O da gəldi, oğlum, dur! 
Sümük bizim, ət özgə, 


 
154 
Akmonşah atla gəldi. 
Xəz papağı başında, 
Görür, gəldi Qarlıqa. 
Bax o, gəldi, oğlum, dur. 
5090. Qaşlı-qabaqlı batır, 
Düşmənə hücum edən, 
Kürən atın belində, 
Bütün aləm tanıyan, 
Güclü, Oraqa oxşayan, 
Batır gəldi, oğlum, dur!” 
Belə dedi Alşaqır: 
“Dil ilə demək olar, 
Həm də çənələr ilə, 
Batır doğulan ərlərin 
 5100. Çiynindən kaman dartır. 
Sən danışdığın sözə, 
Bala ürəyi diksinməz. 
Boş yerə söz atma sən, 
Qazanla gedib döyüşən, 
Kobikti üstə gedənlərin, 
Qəzəbi orda qaldı. 
Hardan gəlsin bu yerə, 
Koblandının cəsədi, 
Orda sümüklər qaldı. 
 5110. Neçə falçı olsa da, 
Mənim istəkli anam, 
Sənin falın düz olmaz! 
Qarı yenidən söylədi: 
“Mən yağın tortasıyam, 
Mən yorğa, vəhşi sayqak 
Çırağım mindiyi atı, 
Burılı çapıb gəldi. 
Qorxuram, bəlkə Koblan! 
Sənin damğalanmamış, 


 
155 
 5120. İllik buzovlarına, 
Qorxuram vura damğa. 
Qoyunlar qulağında, 
Nişanə olmayana, 
Qorxuram, qoya nişanə. 
Xoşbəxtlik üz döndərir, 
Sənin altın taxtına, 
Qorxuram, o, oturar. 
Sənin böyük elini, 
Qorxuram, idarə edər. 
 5130. Sənin ağ dəbilqəni, 
Qorxuram, birdən minər. 
Sənin qaşqa axtanı, 
Dağ ətəyində ötər. 
Səhərdən çapa-çapa
Axşam düşəndə ötər. 
Qorxuram o, yüyənlər. 
Çuxur dibində iki sərv, 
Başla zirvəyə qalxır. 
Kökləri torpaqdadır. 
5140. Yarpaq altın, qızıldır. 
Qorxuram, doğrar onları, 
O, atan bu ellərin, 
Qorxuram, viran qoyar. 
Gözəl-göyçək Kanıkeyi, 
Əsil-nəsilli Tinikey, 
Qorxuram, rüsvay edər. 
Çox şığıyan şahinı, 
Qağayı üstə buraxıb, 
Qorxuram, qənimət alar. 
 5150. Bacarıqsız deyiləm, 
Sən bağlayan qapını, 
Açarımla açaram. 
Sən yatsan da, mən yatmam, 


 
156 
Gözəl-göyçək Kanıkeyi, 
Əsil-nəsilli Tinikeyi. 
Hər ikisin alıb qaçaram. 
Ağlamasınlar deyə, 
Arabaya qoyaram. 
Gedərəm – təpə aşaraq, 
5160. Aldatmaz bir kəs məni. 
Qızları götürərəm 
Qızlar hər eldə əzizdi – 
Hər kim əzizləsə də
Qarılar əzizləməz. 
Altın gümüşdən öncə, 
İki qızı götürər, 
Arabasına qoyar. 
Qapını açın – deyər, 
Qaladan çıx qarını, 
5170. Gördü gözəl Qarlıqa. 
Çal atını çaparaq, 
Onu o anda tutdu. 
Bic qarıdan gizlicə, 
Arabanın üstün kəsib, 
İki qızı oğurladı. 
Qarlıqanın tutduğu, 
Qarısa yol gedirdi. 
Qızları gördü Qaraman, 
O andaca qışqırdı: 
 5180. “Qənmətin bir hissəsin 
Bəlkə mənə verərsən!” 
Qarlıqanın önündə, 
Lap eləcə yaxında, 
At çapırdı Qaraman, 
Qarlıqa sonda söylədi: 
“Sən göldə bitən cilsən, 
Hər yerin də tikanlı, 


 
157 
Söylə kimdən yaxşısan, 
Xudadan nə görmüsən, 
5190. Bütün mal, əmlakını, 
Qənimətdən yığmısan sən”. 
Akmonşah da çaparam! 
Bura gəlməmişəm ki, 
 Kiyatı varlandırım? 
Qaraman sənə nə deyim? 
Əgər qənimət olsam? 
Səndən qurtula bilməm. 
Kimə bu qənimətin, 
Yarısın verə billəm?” 
5200. Qaraman sonda söylədi: 
“Müsəlmanlara aram, 
Qızılbaşlar bəlalı. 
Kanıkeylə Tinikeyi – 
İkisin də mənə ver. 
Qarlıqa, səni arvad etmərəm
Azadlıq bəxş edərəm! 
O mindiyi ala at, 
Parıldayan tüklüdür, 
Həm dəki zil qaradır, 
5210. İçində olanları, 
Hələ deyə bilməyir. 
Qarlıqa tək gözəlin, 
Ürəyində çox dərin, 
İz qoydu gənc Koblandı. 
Kanıkeylə Tinikeyi, 
Bu iki gözəl qızı, 
O saatdaca verdi. 
Qaraman batırdansa, 
Gözəl-göyçək Qarlıqa, 
5220. Sanki azadlıq aldı. 
Bu bir ağır yükdümü? 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə