Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

 
158 
Kədərlidir, yoxsa yox? 
Koblana sevən Qarlıqa, 
Qaramandan qurtulmadı. 
Ürəyi qanla dolu,  
Nəhayət ki, yetişdi, 
O, öz Koblandısına, 
Yetişdi muradına 
5230. Bədənin əsdirərək. 
Sanki ona yapışdı, 
Qənimət olduğundan, 
Ona yaxınlaşmadı. 
Bozarmış bir berkut tək, 
Azadlıq əldə etdi. 
Əvvəl dörd idilərsə, 
İndi oldular altı . 
Beləcə dörd bozyallı, 
Yığışdılar bir yerə. 
5240. Axşam çağı çapdılar, 
Dağ döşündə yatdılar, 
Xurcunda olanından, 
Allahın verdiyindən 
Bir az təam etdilər. 
Dörd batır göz yummadı, 
Dan yeri ağaranda, 
Şolpan ulduz batanda
Səhər işıqlaşanda, 
Dörd bozyallı bir yerdə, 
5250. Silahlara sarılıb, 
Tək Xudaya sığınıb, 
Atlarına mindilər, 
Dəbilqəni geydilər, 
Belinə qılınc taxdı, 
Nizəsinə də baxdı. 
Alşaqırın qalasına, 


 
159 
Batır bayraqla getdi.  
Qala yanına gələndə, 
Lap şəhərə çatanda
5260. Şahin tək şığıdılar. 
Daş tək çənəsin sıxdı, 
Şir doğulmuş Koblandı, 
Gün çıxmağa baxmadı. 
İstədi hücuma keçsin, 
Çünki ata-anası, 
Həm dəki eli-yurdu, 
Əsirdi qıpçaq balası. 
Qapı ağzına gəlib, 
Qışqırdı Koblan batır. 
5270. Nər təki nərildədi: 
“Alşaqır, ay Alşaqır! 
Mənə qulaq as, Şaqır! 
Mənim adım Koblandı, 
Kişisənsə gəl tək çıx. 
Belə istəmirsənsə, 
Kimlərin var birgə çıx. 
Sonra heyfslənərsən, 
Qara qaşqa atla çıx. 
Nizəni götürüb çıx, 
5280. Hər təpə, dağ aşırımın, 
Xan olandan sonra sən, 
Qoçaq olub – məhv etdin. 
Yenilməz cəsurları, 
Müsəlman, qoçaqları! 
Qızılbaşlar içində, 
Ona fil deyirdilər. 
Koblan Batırın adı, 
Çatdı qulaqlarına, 
Eşidən tək bu adı, 
5290. Anasının sözünə, 


 
160 
İnandı bu an Alşaqır, 
Dözəmmədi Alşaqır, 
Dəbilqəsin geyindi, 
Polad qılıncın taxdı, 
Nizəsini götürdu, 
Oynaq qaşqa axta atın, 
Səhərdən çapsa da o, 
Axşama qədər çapsa
Düzü keçib - yamacda 
5300. Mütləq keçər başqasın. 
Altın yəhərin qoyub, 
Onda atına mindi, 
Qara qaşqa atının  
Quyruğun möhkəm yığdı. 
Düşündü: məni çağıran, 
Batıra hay verməsəm, 
Deyəcək mənə “qorxaq” –  
Qarşısına çıxdı o. 
Tülkü gözləri yandı, 
5310. Sanki qaynadı, daşdı, 
Nizəsin daşa çaxdı. 
Daş yerindən oynadı, 
Kobləkə gələn səmtdən, 
Tayburılı oyatdı. 
Yaik sahili qamışlı, 
Hər iki batır şərəfin, 
Qorumaqçün özünün, 
Tez də üstünə cumdu. 
Yaxınlaşıb durdular, 
5320. Üz-üzə dayandılar, 
Lap alışıb yandılar. 
Heç biri söz atmayıb, 
Geriyə çəkildilər, 
Nizələrin tuşlayıb, 


 
161 
Bir-birini deşdilər. 
Atlar diz üstə düşdü. 
Düşübən dayandılar. 
Dizələrini qan tutdu, 
Əldə barmaqlar dondu. 
5330. Bir birinə güc gəldi, 
Heç biri də ölmədi. 
Qan tüpürcəyə qarışdı, 
Ağızda qan uddular. 
Dünyayla vidalaşdılar, 
Bir-birlərin diddilər. 
Beləcə döyüşdülər, 
Ağrılara dözdülər. 
Xəncərləri qan oldu, 
Nizələri əyildi. 
5340. Ömrə heyif gəlmədi, 
Alşaqırın ümidi itdi. 
Qalasın, elin görüb
Bu an mayallaq aşdı. 
Qara qaşqa atından, 
Birdən yerə yıxıldı. 
Artıq olan Koblandı. 
Sanki aram tapmadı, 
Onun ilə vuruşan, 
Alşaqırın başını 
5350. Bədənindən ayırdı. 
Eşikdə bitir çətənə
1

Batır Koblan nizəsinə, 
Keçirdi Alşaqırı  
Atının sağrısına. 
Koblan zəhmliləşdi, 
Biləklə  diz bizləşdi. 
Onda kükrəyən gücü, 
Heç ram etmək olarmı? 


 
162 
Düz sümüyünə çatdı – 
Qoçaq Koblanın nizəsi. 
5360. Çalışsa da çıxarmaq, 
Bu, heç mümkün olmadı. 
Düşmən qanına bulaşmış, 
Alşaqırın ipək paltarı. 
Alşaqırı məhv edib
Günlərini gödəldib, 
Nizəsin güclə dartdı, 
Çətinliklə çıxartdı. 
Alşaqırın ardınca, 
Qaladan da çıxdılar. 
5370. Toğanasla Ağanas, 
İti çay axını tək. 
Qızılbaşların böyüyü, 
Qırx beş arşından böyük. 
Koblan batır öldürən, 
Qızılərin oğulları 
Qurtqanı aparanda, 
Qaladan iki gənc çıxdı, 
Atanı öldürüb Koblan, 
Köktim – Aymak elində. 
5380. Düşmən düşünür qisas,  
Böyük qardaş Ağanas, 
Kiçik qardaş Toğanas, 
Qaladan çıxıb iki gənc. 
Gözlər yaşla dolu gənc. 
Koblan batır üstünə, 
Yaxşı silahlandılar. 
Nizə ələ aldılar, 
Xeyli irəli getdilər, 
Ona şans vermədilər, 
5390. Batırı cana yığdılar. 
Qaraspan dağa baxdılar, 


 
163 
Onlar cüt - bu, yalqız – 
Qarşılaşıb, sözləşdilər. 
Koblan düşmənin tapdı, 
Onu dövrəyə aldı. 
Pirlər kömək etdilər, 
Bu gənc oğlan Koblandı, 
Bunu heç istəmirdi. 
Az qalmışdı ki, onlar, 
5400. Kobləkəni Burıldan, 
Nizələrin gücüylə, 
Atdan vurub salsınlar. 
Yıxılan Koblandını, 
Gördü birdən Qarlıqa. 
O anda çapıb gəldi, 
Ağanası daş kimi atdı. 
Koblandı səndələdi, 
Yəhərdə özün düzəltdi. 
Tənha qalmış Toğanası, 
5410. Koblan nizəyə taxdı, 
Birdən kənara atdı. 
İki düşmən dalınca, 
Boz, alnı qaşqa atla. 
Döyüşə atıldı Aktaylaq, 
Bu tərəfdənsə Oraq. 
Aktaylaqı fırlatdı. 
Aktaylaqın ardınca, 
Qaladan həmən çıxdı. 
Onun oğlu Narqızıl, 
5420. Qaraman çıxdı başqa səmtdən, 
Batır onu da atdı. 
Qaladan çıxmış Qaradağı, 
Başı qazan boydanı, 
Qarlıqa nizəsinin, 
Ucu ilə fırlatdı. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə