Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

 
206 
Fikirləşdi: Atam dua etdi”. 
Dedi: “Nə olacaq çırağımla”, 
6840. Atam özü bilirdi. 
Mən hər şeyi düz etdim
Baxmayaraq çoxları, 
Onu çox qınadılar. 
Qaramanla səni birgə, 
İlgək altında sıxdım. 
Sanki qamışlıqda ölmüş 
Kobiktini Tərlan atda 
Qalaya alıb gəldi. 
Əl, ayaqları bağlı, 
 6850. Zindanda yatdı onlar. 
Qaraman, oturubsan, 
Sizə dediklərimi, 
Yaddan çıxardınmı sən?! 
Gətirib ata mindirdim, 
Kobiktidən gizlincə, 
Dəbilqə verdim sənə, 
Nizə verdim döşünə, 
Öz əkəm Kobiktini 
Bicliklə dedim öldürmək, 
 6860. Koblan, bunu bildinmi? 
Bunu kiminçün etdim? 
Yalnız bircə səninçün! 
Mən sənə aşiq oldum
Sevgi fikriylə doldum, 
Dedim: “Mənim tayımsan, 
Sənsə dəyər vermədin. 
Alşaqır elini alanda, 
Qaraspan viran qalanda, 
Özün yalqız qalanda, 
 6870. İçin kədərlə dolanda
Sonda kim etdi kömək? 


 
207 
Unutqanlıq - nə demək? 
Bildin Koblan – de kimçün? 
Bütün bunlar səninçün, 
Alşaqır elini alanda, 
Başın qəzada olanda, 
Birşimbay yalqız qalanda, 
Dördümüzə nizə salanda, 
Can hayında olanda, 
 6880. Az qaldı canımız getsin, 
İki qol əldən gedəndə
Səndələyib düşəndə, 
Mənlə birgə doğulmuş, 
Ağ alnı qaşqalı qulunum, 
Mənim onurğa beynim, 
Bel hissəmdə kürəyim, 
Mənim arxam, köməyim, 
Sudan çıxan süləyim,sən, 
Mənim cəld yüyürənim, 
6890. Qardaşım Birşimbayı, 
Özüm sancıb öldürdüm, 
Bildin Koblan kiminçün? 
Yalnız bircə səninçün. 
Elə bildim mənimsən, 
Bunu dərk etmədin sən, 
Heç dəyər vermədin sən. 
El gəlib yığışanda, 
Sənin istədiyin oldu
Sevgin başqası oldu. 
6900. Qaraspan kimi dağa, 
Sürünü sən qovanda, 
Mən düşmədim yadına. 
Qurtqayla qovuşanda, 
Qəlbə qayğı dolanda, 
Mən düşmədim yadına. 


 
208 
Çadırın uçurum qırağında, 
Özünə yoldaş götürüb, 
Getdin Qaramanın toyuna. 
Gün günorta olanda, 
 6910. Çadırıma gəldin sən, 
Dayan, dincəl batır”- dedim, 
Səndən çox xahiş etdim, 
“Dayanaq, bir dincələk”. 
Sən almadın qulağa*, 
Dönmədin mən sarıya. 
Qışda yağan qar olur, 
Niyə gəlmədin yanıma? 
De, günahım nə idi? 
Bundan sonra, Koblan, sən, 
Getdin Qaramanın toyuna. 
6920. Mən düşmədim yadına, 
Bu heç ədalətlidi? 
Toy sona yetişəndə, 
Sənsə evə dönəndə? 
Yolda ağ çadır vardı, 
Mənimsə xahişim vardı. 
Sənin can-ciyərin Qurtqa,  
 O da sənə yalvardı. 
Batır, sənsə dönmədin, 
De, bir günahım vardı?! 
 6930. De, könlünə dəymişdim? 
Mən Şoşayın yanında, 
Qoydum səni üzüstə, 
Köhnə qisasımı aldım, 
Qarşında özüm tək – qaldım. 
Könlündə varsa qisasın, 
İndi döyüşmək istəsən, 
Mən səndən qisas aldım. 
Qaraman kürdas, bəs edər, 


 
209 
Dinməyə məcbur etdin,  
6940. Könlümün qəmin aldın? 
Bu gün ölsəm – yanmaram, 
Könlüm mənim təmizdi. 
Qaramanın kürdası, qulaq as, 
Ay Koblandı sultanım, 
Qəm etmə, hər şeyi de. 
Yalan yox, hamısın düz de, 
Sonda Koblan söylədi, 
Söyləyəndə bunu dedi: 
“Yaxşı dedin Qarlıqa, 
6950. Allah götür-qoy edir
Aulun yanı bel idi, 
Beldən köçən el idi, 
Çox idi qızılbaşlar, 
Bir yerdə ki el idi. 
Atan doğru deyirdi, 
Onu qınayan el idi. 
Səni ipək geyindirdi. 
Çırağım, qız necə – dedi. 
Ölüncə dua etdi. 
6960. Öz əkən Kobiktini, 
Necə gəldi öldürmək. 
Əkədən yaxın sənə kimdi? 
Qaraqıpçaq Koblandı, 
Atandan yaxın idi? 
Dediyin sözlər düzdümü? 
Biz bir-birimizə tayıq – 
İnanarlarmı insanlar? 
Bu da az idi, Qarlıqa, 
Sənlə bir doğulmuş qulunun, 
6970. Arxasını söykəyim, 
Sudan çıxan sülüyü, 
Tək doğulmuş Birşimbayı, 


 
210 
Özüm sancıb öldürdüm. 
Ömrünü yaşamadı. 
Doğmadan yaxın kim idi?! 
Qaraqıpçaq Koblandı, 
Qardaşdan yaxın idi?! 
Əkəmlə qardaşıma  
Çoxlu pislik etdin sən, 
6980. Sən kimə dost olarsan? 
İnanar sənə qıpçaq? 
Dehqan əkinin əkir, 
Allah məhsulun verir, 
Bu sözlərdən yenildi, 
Koblan batırın ayağına, 
Gözəl Qarlıqa düşdü. 
Keçi sürüsündə təkə var
Ağsaqqala uca yer, 
Hekayəti qısaldıb, 
6990. İndi birbaşa deyək. 
Otuz gün şənləndilər, 
Qırx gün də kef etdilər, 
Qarlıqa tək gözəllə, 
Koblandı batır birgə, 
Onun kürdası Qaraman, 
Nikah məclisi etdi. 
Yeddi il dağda yaşamış, 
Qarlıqa murada çatdı. 
Əgər səbr eyləsən, 
7000. Məqsədinə çatarsan, 
Koblan, Qurtqa, Qarlıqa, 
Göy rəngli arabada, 
Düymələri bağlanmış, 
Qarlıqa – gözəl bu qız, 
Gördü həyatın şirinin, 
Qarlıqa, Qurtqa birgə, 


 
211 
Qalın qıpçaq elinə, 
Dostluğu sübut etdilər
Məqsədlərə yetdilər. 
7010. El onlardan danışdı, 
Bunun hələ ardı var. 
Qarlıqanın oğlu oldu, 
Ad qoydular Kiikbay, 
İstəklər dağlar qədər, 
Kiikbay ata minəndə, 
Köp qıpçağa gün doğar, 
Qızılbaşçün gecələr, 
Bu haqda ayrı hekayət, 
7020. Kiikbay batır haqda, 
Sona yetir hekayət. 
Akın başlasa hekayət, 
Çox şeydən deyər, əlbət. 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə