Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

 
215 
51.
 
Korasan – qara çiçək qazaxlarda müqəddəs xəstəlik 
kimi  qəbul  olunurdu  və  onunla  bağlı  xalq  heyvan  qurbanı 
kəsirdi. 
52.
 
Köke  –  qazaxlarda  doğmalara  (əsasən  kişilərə) 
müraciət forması. 
53.
 
Köbləkə – Koblandı adının nəvazişli və hörmət əla-
mətli forması. 
54.
 
Kökpar  –  qazax,  qırğız  və  qaraqalpaqlarda  milli 
oyun.  Bu oyun zamanı  çaparlar çapa-çapa keçi  cəmdəyini bir-
birinin  əlindən  almağa  çalışırlar.  Cəmdəyi  hədəfə  birinci 
yetirən qalib adını qazanırmış.  
55.
 
Köp qoşun - burada çoxsaylı qoşun nəzərdə tutulur. 
56.
 
Kumay  tazı  –  əlindən  heç  bir  vəhşi  heyvan  qaçıb 
qurtula bilməyən əfsanəvi tazı (it). 
57.
 
Kuderi – dastanda yer adı. 
58.
 
Kumra – Kotan – dastanda göl adı. 
59.
 
Kuptan – qazaxlarda gün ərzində qılınan sonuncu – 
beşinci namaz 
60.
 
Kuruk  –  minilməmiş  atların  tutulması  üçün  ucu 
qarmaqlı əyri ağac, əşya. 
61.
 
Kürdascan – həmyaşıd, həmtay deməkdir. 
62.
 
Kürz – qala bacasının yaşı. 
63.
 
Kürdas – qardaş mənasında işlənmişdir. 
64.
 
Qali  (Əli)  –  dördüncü  xəlif.  Orta  Asiya  və  qazax 
folklorunda  zəiflərin  əfsanəvi  müdafiəçisi.  Türküstanda,  Azər-
baycanda, Türkiyədə, ümumiyyətlə, islam  dünyasında insanlar 
çətinliyə düşəndə onu çağırırlar. 
65.
 
Qaradağ – Qazaxıstanda yer adı. 
66.
 
Qaraşa – 1. Epik dağ adı; 2. Oktyabr ayının qədim adı. 
67.
 
Qaradaban – düşmən həmləsi altında doğma torpaq-
larını qoyub qaçanlara deyilir. 
68.
 
Qara-Bukan  –  Mərkəzi  Asiya  və  Sibirdə  yaşayan 
türk-monqollarda  qoyun  belini  odda  yandırarkən  sümüklərə 
görə gələcəyi qabaqcadan söyləyə bilən falçılar. 


 
216 
69.
 
Qaraşaş  xanım – qazax xalq əfsanələrində və rəva-
yətlərində adı çəkilən hazırcavab Jirenşe-şeşenin arvadı olmuş-
dur.  O,  oz  müdrikliyi  sayəsində  xanların  hücumundan  xilas 
oluna bilmişdir. 
70.
 
Qeys-Kövsər – müsəlman inanclarındakı cənnət bağı 
nəzərdə tutulur. 
71.
 
Qəmbər - Türküstanda su ayini ilə bağlı qədim Allah 
adı. Eyni zamanda o, heyvanların da hamisi olmuşdur. 
72.
 
Qırğız  –  dastanda  qazax  mənasında  işlənmişdir. 
Ümumiyyətlə,  uzun  əsrlər  boyunca  «qırğız»  həm  də  «qazax» 
etnomini özündə ehtiva etmişdir. 
73.
 
Qızdıgöl – epik göl adı. 
74.
 
Qoşqar  buynuzlu  –  sürünün  başçısı  olan  ən  iri  və 
güclü  cins  qoyun.  Dastanda  güclü,  başçı  mənasında  işlən-
mişdir. 
75.
 
Quba - epik göl adıdır. 
76.
 
Mal – burada mal-dövlət nəzərdə tutulur. 
77.
 
Manaşi – Sarısu çayının sol qolu.  
78.
 
Mata – əldə toxunmuş pambıq parça. 
79.
 
Munlık  və  Zarlık  –  xalq  qəhrəmanlıq  dastanı 
«Munlık  və  Zarlık»da  qəddar  və  məkrli  ögey  ana  tərəfindən 
qurban  getmiş  əkiz  qardaş-bacının  adı.  Xalq  təsəvvürlərində 
əzab simvolu kimi dəyərləndirilir. 
80.
 
Mühəmbət – Məhəmməd Peyğəmbərin adının qazax 
forması. 
81.
 
Namazşam – qazaxlarda axşamtərəfi qılınan dördün-
cü  namaz.  Adətən  hava  tam  qaralana  qədər  qılınır.  Poemada 
sutkanın vaxtını müəyyənləşdirmək üçün işlədilmişdir. 
82.
 
Namazdigər  –  gün  qürub  etməzdən  az  öncə  qılınan 
üçüncü namaz. Eposda günün vaxtını müəyyənləşdirən zaman 
göstəricisi. 
83.
 
Padşahlar  padşahı  –  burada  mifik  Süleyman  pey-
ğəmbər nəzərdə tutulur ki, məhz rəvayətə görə o, on səkkiz min 
aləm üzərində hökmranlıq etmişdir. 


 
217 
84.
 
Pota – dəvənin balası 
85.
 
Sajın – ölçü vahidi. Bir sajın 2, 134 metrə və ya üç 
arşına bərabərdir. 
86.
 
Savsar – məməlilər ailəsinə aid edilən xəzlik heyvan. 
Onun meşələrdə və səhralarda yaşayan növləri mövcuddur. 
87.
 
Sarısu  –  1.  Cənub-Şərqi  Qazaxıstanda  çay  adı;  2. 
Qədim xalq inanclarına görə dəvələrin hamisi. Dastanda ikinci 
mənada işlənmişdir. 
88.
 
Sırtına çıxma – qalanın kənarına çıxma. 
89.
 
Şegendi - dastanda epik göl adı. 
90.
 
Şəşti  Əziz  –  qazax  folklorunun  ənənəvi  personajı. 
Səksən  səkkiz  müsəlman  peyğəmbərlərindən  biri,  müqəddəs 
qoca. Eposda övladsızların hamisi mənasında işlənmişdir. 
91.
 
Şolpan – dan ulduzu, Zöhrə. 
92.
 
Şu – «hə» mənasında işlənmişdir. 
93.
 
Temir – çay adı. 
94.
 
Təngə – müxtəlif dəyərdə (1-dən – 20-yə qədər) olan 
Orta  Asiya  xanlıqlarında,  müasir  Qazaxıstanda  işlənən  pul 
vahidi. 
95.
 
Tuğır – ov edən quşlar üçün yurtanın qapısı ağzında 
sol tərəfdə qurulan süvül, ağac.  
96.
 
Tüləmək – tükünü tökmək. 
97.
 
Tündik  –  alaçığın,  yurtanın  üstündə  kiçik  pəncərə, 
yaxud bacaya oxşar dəlik 
98.
 
Yasaul  –  döyüş  zamanı  ordunun  düzümünü  yaxşı 
bilən  şəxs.  Dastanda  kiçik  süvari  dəstələrinin  başçısı 
mənasında işlənmişdir. 
99.
 
Yelik – göl adıdır. İndiki Aktübinsk vilayətindədir. 
100.
 
Yemşəgi  –  yelini,  madyanın  südünün  çox  olması 
nəzərdə tutulur.  
101.
 
Yesimbay  –  qıpçaq  və  noğayların  dayandığı  yer. 
Həm də tayfa başçısının adıdır.  
102.
 
Yesil  çayı  –  Şimali  Qazaxıstanda  İrtış  çayına 
tökülən çayın adı. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə