Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

 
221 
“Qaraqıpçaq Koblandı-batır”poemasının tam variantı Bir-
jan Tolımbayev adlı akından XIX əsrin 90-cı illərinin əvvəllərin-
də Kustanay qəzasında yazıya alınmış və ərəb qrafikası ilə Mah-
mudsultan  Tuyakbayev  tərəfindən  Kazanda  1914-cü  ildə  nəşr 
olunmuşdur. Bu, “Koblandı-batır” dastanının ilk nəşri sayılır. 
Məzmun  və  kompozisiyasına  görə  Birjanın  variantı 
tanınmış  akın  və  folklor  toplayıcısı  Şapay  Kalmaqambetovun 
variantına  yaxındır.  O,  1939-cu  ildə  qeyd  etdiyimiz  dövrdə 
poemanın ifa olunan variantını yazmış və əsər elə bu variantda 
da məhz Qazaxıstan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və 
Tarix  İnstitutuna təqdim edilmişdir. Mətnin ön sözündə  Şapay 
Kalmaqambetov naşirlərə müraciət edərək göstərmişdir ki, bu-
raya o, heç nə əlavə etməmiş, dəyişikliklər aparmamış, poema-
nı  necə eşidib, necə  yadında saxlayıbsa, eləcə də ifa  etmişdir. 
Şapay  Kalmaqambetov  şəxsən  Merqembay  jırau  ilə  tanış 
olmuşdur.  Bu  epik  nəğməni  özündən  əvvəl  digər  akınlardan 
olduğu  kimi  qəbul  etmiş,  öyrənmişdir.  O,  “Koblandı”nı,  “Yer 
Tarqın”ı, “Qarabek”i, “Alpamıs”ı, “Qız Jibek”i, “Qubigül”ü və 
s. poemaları da məharətlə ifa etmişdir (4, 12).
  
Bu  dastanın  çoxsaylı  ifaçılarının  söylədiklərinə  görə 
“Koblandı-batır”  poeması  onlardan  əvvəl  yaşayıb-yaratmış 
akınlardan  qəbul  edilmiş  və  XIX  əsrdə  tanınmış  ifaçılardan 
eşidilmişdir.  
Merqenbay-jıraunu  xalq  yüksək  bacarıqlı  bir  improviza-
tor  və  ifaçı  kimi  tanıyırmış.  O,  təxminən  1831-ci  ildə  anadan 
olmuş,  1911-ci  ildə  Kustanay  vilayətinin  Komsomolski  rayo-
nunda  dünyasını  dəyişmişdir.  1936-cı  ildə  Şapay  Kalmaqam-
betov  Dosjan  akından  poemanın  bir  variantını  yazmışdır  ki,  o 
da  ona  Merqenbay  jıranın  variantını  çatdırmışdır.  Bu  mətnin 
Şapay Kalmaqambetov tərəfindən 1939-cu ildə yazıya alınmış 
mətnini müqayisə etdikdə müəyyən olunur ki, əsərin ifasındakı 
ilkin  epizodlar  bir-birinə  olduqca  uyğundur.  Bundan  başqa 
burada  igid  atının  doğulması,  onun  Qurtqa  tərəfindən  böyü-
dülməsi və s. məqamlarda da eyniliklər vardır. 


 
222 
Bundan xeyli əvvəlki yazıya alınma isə Marabay Kulbay – 
ulu  (1841-1898)  tərəfindən  aparılmışdır.  O,  Uralsk  vilayətinin 
Terektin  rayonunda  anadan  olmuş  və  elə  orada  da  yaşamışdır. 
Son  dərəcə  kasıb  kəndli  ailəsində  doğulan  Marabay  uşaqlıqdan 
dombrada  yaxşı  ifa  etmiş,  artıq  18  yaşına  çatdıqda  tanınmış  el 
nəğmələrinin  ifaçısı  olmaqla,  həm  də  özü  çoxlu  nəğmələr  qoş-
muşdur. Marabay bütün Qazaxıstanı qarış-qarış gəzmiş, özündən 
yaşlı  akınlarla  görüşmüş,  onlardan  ustalığın  bəzi  sirlərini 
öyrənmiş,  onlara  şəyirdlik  etmiş,  ənənəvi  poetik  yarışmalarda, 
aytıslarda iştirak etmiş, böyük müvəffəqiyyət qazanmışdır. 
“Koblandı-batır” poemasının bir hissəsinin, bəndinin ya-
zıya alınması “Batırın Tayburıl atının çapılması” adlanır ki, bu, 
Marabayın  ifasında  XIX  əsrin  70-ci  illərində  səsləndirilmişdir 
və  həmin  o  illərdəcə  böyük  qazax  maarifçisi  İbray  Altınsarin 
onu  “Qırğız  müntəxabatı”  kitabına  daxil  etmişdir.  Marabayın 
qələmə aldığı daha mükəmməl variant Koblandı ilə Qaramanın 
Qazan xanın üzərinə döyüşə getdiyi andan və qıpçaqların Alşa-
qırdan  xilas  olunduğu  anı  əhatə  edir.  Qazax  akını  Baymurat 
Uske-ulı  Marabaydan  eşitdiyi  variantı  1894-cü  ildə  yenidən 
səsləndirmişdir. O, Qızıl Orda vilayətinin Ağməscid qəzasında 
yaşamışdır.  Baymurat  Uske-ulı  poemanı  yaxşı  bilmiş  və  onu 
Marabaydan sözbəsöz əzbərləmişdir. O, özü mətni qələmə alır, 
tanınmış folklorşünas və folklor toplayıcısı Abubəkir Divayevə 
onun xahişinə görə göndərir. “Koblandı-batır” adı altında qələ-
mə  alınmış,  akının  özünə  ithaf  olunmuş  bu  nümunə  Abubəkir 
Divayev tərəfindən “Batırlar” adlı qəhrəmanlıq poeması seriya-
sına  daxil  edilmiş,  ərəb  qrafikasında  XX  əsrin  20-ci  illərində 
nəşr  olunmuşdur.  A.Divayev  nəşr  etdirdiyi  Marabay  variantı 
bir  neçə  dəfə  Saken  Seyfullun  tərəfindən  1933-cü  ildə,  Sabit 
Mukanov  tərəfindən  isə  1939-cu  ildə  nəşr  olunmaqla,  bütün 
dərslik  və  müntəxabatlara  daxil  edilmişdir.  Baymurat  Uske-
ulının orijinalının yazısı isə indiyə qədər də tapılmamışdır. 
Bundan başqa Marabay variantına uyğun olan əlyazması 
da  mövcuddur  ki,  o,  1884-cü  ilə  aiddir  və  folklor  toplayıcısı 


 
223 
Dövlətşah tərəfindən ortaya çıxarılmışdır. Burada əsərin harada 
qeydə  alınması  əks  olunmasa  da,  bununla  belə  bütün  əsərin 
özünün  yazıya  alınması  variantı  Marabayın  yazısı  olduğu 
qənaətini ortaya qoyur.  
Əgər Marabay jıraunun yazıya alınmış nəşrini Şapay Kal-
maqambetovun 1939-cu il yazısı ilə uyğunlaşdırmış olsaq, on-
da  bu  nəşrin  əsasında  aşağıdakıların  dayandığını  müəyyənləş-
dirmək olar. Şapayda və Marabay –jırauda bir neçə epizodlar – 
Koblandının Qaramanla birgə Qazan xan üzərinə yürüşü, igidin 
öz doğmaları ilə vidalaşıb ayrılması, Tayburılı çapması, Qazan, 
Kobikti, Alşaqır ilə qəhrəmancasına vuruşu və eləcə də batırın 
Qarlıqa  kimi  igid  qızla  evlənməsinin  son  epizodu  bir-birinə 
uyğundur.  Bu  isə  bizə  Marabay-jıraunun  yaradıcı  ənənəsinin 
uzun müddət ərzində qorunub saxlanılması, dövrümüzə impro-
vizatorların  ifasında  gəlib çatmış  olduğu ilə bağlı qənaət  yara-
dır. Bununla əlaqədar Tuzemets adlı bir tədqiqatçının 1899-cu 
ildə  nəşr  olunmuş  məqaləsi  maraq  doğrur.  Orada  poemanın 
XIX əsrin 80-ci  illərindəki  süjeti  yenidən  əks  olunur ki,  bu da 
əksər detalları ilə 1939-cu ildə yazıya alınma ilə üst-üstə düşür.  
Koblandı adı ilə bağlı ilk əsərlər həm də digər türk xalq-
larında  –  tatarlarda  və  qaraqalpaqlarda  vardır.  Məsələn,  türk 
xalqları folklorunun və ədəbiyyatının görkəmli toplayıcısı aka-
demik  V.V.Radlov  10  cildlik  “Türk  qəbilələlərinin  xalq  ədə-
biyyatı nümunələri”  əsərinin 1872-ci ildə nəşr olunmuş cildin-
də  o,  Koblandı  haqqında  ayrıca  nəğmə  təqdim  etmişdir. 
Müəllifin  qeyd  etdiyinə  görə,  bu  nəğməni  o,  Tobol  tatarların-
dan  yazıya  almışdır.  Həmin  əsərin  1896-cı  ildə  nəşr  olunmuş 
VII  cildində  isə  Radlov  yenə  də  Koblandı  haqqında  bir  nağıl 
nümunə  gətirir  ki,  burada  qeyd  etdiyinə  görə  onu  o,  Krım 
tatarlarından qələmə almışdır. Q.N.Potanin isə “Jivaya starina” 
jurnalının  1916-cı  ildəki  2-3  buraxılışında  Koblandı  haqqında 
qaraqalpaq  nağılını  vermişdir.  Qaraqalpaq  nağılı  “Koblan”  isə 
Yesemurat Nurabıllayev tərəfindən qələmə alınmaqla, ilk dəfə 
1941-ci ildə sonra isə 1959-cu il nəşr olunmuşdur. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə