Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

 
227 
Koblandının  batırlığını  əks  etdirən  qəhrəmanlıq  poema-
sının çoxtərkibli süjeti digər Orta Asiya xalqları eposu üçün də 
xarakterikdir.  Bu,  şübhəsiz  ki,  o  dövrdə  jıraular  tərəfindən 
qoşulan zəfər nəğmələrinin süjetlərindən yaranmışdır. Bu nəğ-
mələr əsasən batırların, igidlərin bu və  ya digər yürüşlərindəki 
mübarizələr, müharibələr, onların qalibiyyəti, yaxud məğlubiy-
yəti  ilə  bağlıdır.  Bununla  belə  həmin  bu  əsərlərdə  yer  almış 
şeirlərdə  hadisələr,  qəhrəmanların  adları,  onların  cəsurluğu  – 
hər  nə  varsa  –  “Koblandı  batır”  haqqında  epopeyanın  əsasını 
təşkil etməsi  ilə  yanaşı,  həm  də  onların bir hissəsinin nağıllar, 
lətifələr və əfsanələrdə əksini tapdığını da söyləmək lazımdır. 
Məsələn, batırlığa həsr olunmuş “Aleukə batır” nağılında 
qəhrəman  düşmən  kalmıklara  qarşı  vuruşur,  eyni  ilə  eposda 
olduğu  kimi  o,  kalmık  xanı  Kobikti-batır  tərəfindən  məğlub 
edilir (eposda Kobikti – kalmıkların xanı, Koblandının düşməni 
kimi özünü göstərir). Onun yerinə belə olduqda Aleukə batırın 
oğlu  Oraq  mübarizəyə  qatılır,  və  o,  Kobiktini  məğlub  edir. 
Oraq  –  batır  eposda  Koblandının  öz  tayfadaşı  kimi  təqdim 
olunur.  Məsələn,  “Talaspay-Mergen”  nağılında  Koblandı  və 
Qaraman epik qəhrəmanlar kimi göstərilir. Nağılda Qaramanın 
nəslinin məhvindən danışılır. Onun köməkçisi kimi “Talaspay-
Mergen”  çıxış  edir.  O  da  öz  növbəsində  batır  olur.  Bununla 
belə o, özü qaraqıpçaqları nə məğlub edə, nə də onlardan qisas 
ala  bilmir.  Çünki  son  nəticədə  məlum  olur  ki,  Koblandı  onun 
dayısıdır.  Koblandı  ilə  İr  Gökşenin  oğlu  İr  Kosay  vuruşur  və 
onu  öldürür.  Talaspay  qıpçaqların  xanı  olur.  “Qazax  eposu, 
onun poetikasının inkişaf xüsusiyyətləri”ndə ”N.S.Smirnovanın 
qeyd  etdiyi  kimi  bu  nağıl  XIV-XVI  əsrlərdə  Qızıl  Ordanın 
tənəzzül  dövrünü  əks  etdirir  ki,  həmin  dövr  də  məhz  çoxsaylı 
mübarizələrlə,  müharibələrlə  xarakterizə  olunur.  Beləliklə,  bu 
xətt  epik  qəhrəmanların  tarixini  əks  etdirməklə  başa  çatır. 
Digər bir nağılda İr Göksə və onun oğlu İr Kosay bəzən Qəm-
bərin  nəvəsi  İr  Gökşənin  oğlu  İr  Kosay  Koblandıya  qarşı 
mübarizə aparır. İr Kosay qalib gəlir.  


 
228 
Poemaya daha yaxın lətifə başqa bir əsərdə “Ural vilayəti 
Bukeyev  səhrasının  və  üst  Uralın  qədimliyi”  ilə  bağlı  lətifədə 
göstərilir.  Bu  lətifədə  hətta  V.V.Karlson  tərəfindən  Koblandı-
nın  qəbri  yeri  də  göstərilir.  Bu,  1906-cı  ildə  “Orenburq  arxiv 
komissiyasının  elmi  əsərləri”  məcmuəsinin  XVI  buraxılışında 
da öz əksini tapmışdır. Burada göstərilir ki, Koblandı stansiya-
sının  yanında  kiçik  bir  təpəcik  vardır  ki,  o  kərpic  qırıqları  ilə 
örtülmüşdür.  Bu,  əhali  tərəfindən  dağıdılmış  Koblandının  qə-
dim  qəbirinin  qalıqlarıdır.  Sonra  lətifənin  özü  verilir.  Lətifədə 
bu xarabalıqların nə ilə bağlı olduğu qeyd olunur. Orada göstə-
rilir  ki,  “Akşa  xan  qırğız  (qazax)  düzənliyində  hazırkı  Ural 
vilayətində  olduqca  varlı  Toktar  bəy  yaşayırmış.  Onun  özü 
noğaylı qəbiləsindən olmaqla, arvadının adı Analıq imiş. Uzun 
müddət evli olsalar da, onların övladları yox imiş. Ahıl  yaşla-
rında  Allah  onlara  bir  oğul  payı  vermişdir  ki,  onun  da  adını 
“Koblandı”  qoymuşdular.  13  yaşına  çatanda  Koblandı  “Qurt-
qa” adlı bir qızla evlənir. Lap yeniyetməlikdən o, gəzib dolaş-
mağa, veyil həyat tərzi sürməyə istiqamətlənmiş bir gənc imiş. 
Koblandı  dostları  ilə Qazana gedir və Qazan xanı  ilə vuruşur. 
O, vətəni tərk etdiyi vaxtda kalmıklar fürsətdən istifadə edərək, 
bura  hücum  çəkib,  Koblandının  qohum-əqrabalarını,  ona  rəğ-
bəti  olanları  darmadağın  edib  öldürür,  ölkəsini  viran  qoyurlar. 
Qazandan  gələndən  sonra  Koblandı  müharibə  elan  edib  kal-
mıkların  üzərinə  hücuma  keçib  qələbə  çalır.  Onların  ən  güclü 
batırı və başçıları olan Kobikti batırı öldürür” (4, 12).  
“Koblandı”  adı  altında  eyni  ilə  bu  poemanın  süjetinə 
paralel  digər  bir  rəvayətdə  göstərilir  ki,  Koblandının  xələfi 
Cirengül  dövründə  qələbə  qazandıqdan  sonra  Koblandının 
şərəfinə abidə qoyulmuşdur. Bu abidə Xobdin nahiyəsinin hü-
dudlarındakı düzənlikdə indi də qalmaqdadır. 
Lakin  bununla  belə  bu  əfsanədə  Koblandı  adının  çəkil-
məsi,  onun  konkret  qəbri  ilə  bu  faktın  verilməsi  heç  də  onun 
tarixi prototipinin mövcudluğu haqqında təsəvvür yaratmır. Bu, 
hər  şeydən  əvvəl,  başqa  bir  məqamla  bağlıdır  ki,  dastanın 


 
229 
əfsanəvi  qəhrəmanlarının  adına,  yaxud  lətifələrdə  verilən 
müqəddəs məzarlara insanlar daim baş əysinlər. 
Epik  süjet,  yaxud  onun  ayrı-ayrı  elementləri  müxtəlif 
kiçik  janr  formalarında  “Koblandı-batır”ın  xalq  qəhrəmanlıq 
dastanı kimi şöhrət qazanması onun populyarlığını sübut edir. 
Koblandı  adı  ən  monumental,  yenilməz  batır  kimi  kiçik 
batırlar  silsiləsindəki  poemalarda  da  yaşamaqdadır.  Məsələn, 
“Yer Sain” poemasında  Sain  kalmıkların üzərinə Koblandı  ilə 
birlikdə  hücuma  keçən  zaman  Kobandının  60  yaşı  olmuşdur. 
Sain  təcrübəli  hərbçi  olan  Koblandıya  qulaq  asmır,  onun 
sözlərini eşitmir, mübarizəyə öz 40 əsgəri ilə birlikdə atılır və 
elə  oradaca  məhv  olur.  Və  yaxud  “Bozmonay”  poemasında 
(onu  həm  də  “tarixi  nəğmə”  adlandırırlar  –  N.T.)  əsasən  Sain 
batırın  baş  qəhrəman  kimi  bioqrafiyası,  Koblandının  anadan 
olması,  uşaqlığı,  gənclik  dövrünün  təsviri  ilə  olduqca  oxşar 
məqamlara  malikdir.  Hekayət  olunur  ki,  burada  Bozmonayın 
oğlu  noğaylı  Sain  –  batır  qəbiləsindəndir,  o,  öz  tayfasını  düş-
mənlərdən  qorumağa  çalışır.  Qocalıb  əldən  düşmüş  Koblandı 
onun  haqqında  eşitdikdən  sonra  Bozmonayın  gücünü,  qəhrə-
manlığını  yoxlamaq  məqsədi  və  40  əsgər  ilə  ona  qarşı  hücum 
çəkir.  Saim  belə  bir  hücumu  qəbul  edir  və  mübarizəyə  atılır. 
Batırlar çox vuruşurlar və nəhayət Sain Koblandını atdan vurub 
yerə salır. Koblandı Sainin qəhrəmanlığına inandıqdan sonra öz 
gəlişinin  məqsədini  açıqlayır.  Bununla  da  Sain  qoca  batırdan 
xeyir-dua  aldıqdan  sonra  Koblandının  qəhrəmanlığını  davam 
etdirərək, düşmənlərin üzərində qələbə qazana bilir. 
“Koblandı-batır”  poemasının  məzmununda  əsasən  real 
tarixi hadisələr və şəxsiyyətlər öz əksini tapmışdır. Burada nə-
zərdən  qaçırmaq  olmaz  ki,  epos  həm  də  poetikləşmiş  tarixdir. 
Onun  bu  və  ya  digər  cəhətlərini  tarixdə  axtarmaq  üçün  ən 
mühümü odur ki, poema uzaq dövrlərdən üzü bəri süjet struk-
turunu  saxlamış  və  dövrün  daha  taleyüklü  ictimai  əhəmiyyətli 
hadisələrini  əks  etdirmişdir.  Təbii  ki,  bütün  bunların  hamısı 
xalq  yaddaşında  yaşamış və xalqın uzunmüddətli qəhrəmanlıq 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə